Bölüm 16

233 28 4
                                    

Xədicə donub qalmışdı. əslində elə bir anda nə demək olardıki?
Bir-birlərinin gözlərinə baxırdılar sadəcə. Keşkə belə anlar bir ömür sürsə... amma real dünyada:
Xədicə Ayxanı itələyib, sərt bir şəkildə:
- Yox bir! Sən get evlənəcəyin o qıza sahib ol!
Ayxan bir-iki addım geri səndələyib, Xədicəyə baxaraq, təəccüblə:
- Nə evlənmək?
- Asim babaya dediyini eşitdim, evlənmək istəyirsənmiş.
Ayxan təəccüblə çiynini çəkib, Xədicəyə yaxınlaşaraq:
- Evlənməyim ki? 23 yaşım var artıq.
Xədicə şoka girmiş vəziyyətdə Ayxana baxıb, birdən onun ayağına təpiklə vuraraq qışqırmağa başladı:
- Demək həm evlənəsən, həm də mənimlə oynayasan?! Axmaq! Öldürərəm səni!
Ayxan ayağını əli ilə tutub, ağrının verdiyi əsəbiliklə:
- Bir qulaq as axıra kimi! Hormonsuz rahibə! Mən səni nəzərdə tuturdum...
Ayxana ikinci təpiyi vurmağa hazırlaşan Xədicə, eşitdiyi sözdən donub qaldı. Surətlə qızaran yanaqlarını əli ilə tutub, başını aşağı saldı. Güclə eşidiləcək pıçıltı ilə:
- M-məni...- deyə bildi sadəcə.
Ayxan hələ də ağrıyan ayağını buraxıb, heyranlıqla utancaq bir vəziyyətdə dayanan Xədicəyə baxdı. Ona yaxınlaşıb, əllərini tutaraq üzündən çəkdi. Çənəsindən tutub, qaldıraraq:
- Sən utananda nə şirin olursan belə- deyib gülümsədi.
Bu sözdən daha da utanan Xədicə, onu itələyib süni qəzəblə dedi:
- Əsil sən belə şeyləri utanmadan necə deyə bilirsən?
Ayxan vecsizcə çiynini çəkib:
- Evlilik dedim da, toydan sonrası-filan demədimki.-deyib, Xədicənin qəzəbli baxışlarını görərək davam etdi:
- Və uzun müddət deməsəm yaxşıdı.
Xədicə gülümsəyərək:
- Məncə də.
Ayxan yerdəki çamadanı əlinə alıb, Xədicəyə baxaraq:
- Gedək?
- Hara?
- Hara olacaq, evimizə.
- Mən Jaləgildə qalsam yaxşıdı.
Ayxan qaşlarını çataraq:
- O ev nə qədər balacadı bilirsən? Özdə qonşuları heç də yaxşı deyil.
Xədicə təəccüblə dedi:
- Sən bunları hardan bilirsən?
- Araşdırmasam səni hardan tapardım. Bu arada qolum qopacaq birazdan. Çamadanın işində nə var belə? Gedək.
Xədicə Ayxanın ona uzatdığı əlindən tutub, gülümsəyərək:
- gedək.
- Bu ara da mən təklifimə cavab eşitmədim.
- Mən də təklif eşitmədim...

Ev və qonaq otağındakı masanın ətrafında toplaşan insanlar.( müəllif: Cəmilə Məmmədli) Hər kəs bir-birinə təəccüblə baxırdı.
Sonunda Asim baba, əli ilə yanında oturan başıbağlı qızı göstərib dilləndi:
- Bax bu balanın adı Nurdu. Özüdə maşallah nur saçır. Xədicə qızım yaxşıki qayıtdın. Yoxsa məni fikir aparmışdı ki, bu qız burda tək necə qalacaq. Siz iki bacı qalarsız bir otaqda.- deyib, üzünü Ayxana çevirərək davam etdi:
- Xədicə qayıtmasaydı səni başqa yerə qalmağa göndərəcəkdim. Nur qızım o qədər iffətlidi ki, burda mən olsam belə əsla tək qalmağa razı olmazdı.
Xədicə sözün kimə atıldığını anlayıb, başını aşağı saldı.
Ayxan babasının son sözünə əsəbləşib, bir söz demək istəyirdiki kiminsə ona baxdığını hiss etdi. Qeyri-iradi çevrildikdə nurun ona baxdığını hiss etdi. O nə olduğunu anlamadan, Nur üzünü çevirmişdi. Ayxanı əsl təəccübləndirən isə Nurun bir anlıqda olsa gördüyü baxışları idi...

Ayxan nə baş verdiyini anlama çalışarkən, Asim baba danışmağa davam edirdi:
- Qızım 3 aylıq bir tikiş kursuna gedəcək. Evləri uzaq olduğu üçün bizdə qalacaq. Xədicə, qızım sən ona kömək edərsən?
Xədicə başını qaldırıb:
- Baş üstə Asim baba.
- Onda qızım sən Apar Nuru otağına. İkiniz daha eyni otaqda qalacaqsız.
Xədicə yüngülcə başını yelləyib, ayağa qalxıb Nurun yanına gəldi. Gülümsəyərək dedi:
- Gedək.
Nur ayağa qalxıb, incə bir səslə:
- Gedək bacı.

Xədicə ilə Nur otaqdan çıxdıqları anda Asim baba Ayxana baxıb, gülümsüyərək dedi:
- Həəə. Necə qızdı a bala?
Ayxan vecsizcə çiynini çəkib:
- Yiyəsinə qismət.
- Yəni sənə inşAllah.
Ayxan təəccüblə Asim babaya baxıb:
- Nə?!
- Sənə dediyim qız bax budu. inşAllah toyuzu görmək qismət olar tezliklə...

Xədicə qapını aşıb, otağa girərək əli ilə Nuru da çağırdı.
Nur otağa girdiyi anda başını açıb, Xədicəyə baxaraq dedi:
- Ayxanla aranızda nə var?
Xədicə ani sualdan çaşaraq:
- Nə? Bu hardan çıxdı?
Nur gülümsəyərək:
- Anlamaq çətin deyil- deyib, Xədicəyə yaxınlaşıb, sərt tonda dedi:
- Aranızda indiyə kimi olanlar vecimə deyil, amma bil ki, mən onunla evlənməyə gəlmişəm bu xarabaya. Böyüklər evlənməyimizi məsləhət biliblər, həm Ayxan kimi qisməti qaçırmaq günah olar hə?...

Xədicə şoka düşmüş bir vəziyyətdə, az öncə demək olarkı onu təhdid edən Nura baxarkən, Ayxan digər otaqda Asim babanı fikrindən döndərməyə çalışırdı. Nur isə elə ilk baxışdan xoşuna gələn Ayxanla evlənməyə qərar vermışdı artıq və qarşısındakı bu kənd qızı əsla onun üşün əngəl deyildi.
Oyun hələ indi başlayır....

Müqəddəs "virgin"Tempat cerita menjadi hidup. Temukan sekarang