Bölüm 6

248 31 0
                                    

Bəzən bu dünyada ən çox ehtiyacımız olan şey inanmaqdır. Sadəcə və sadəcə birinə inanmaq. Sorğulamadan, əmin olmadan, heç bir səbəb yox ikən sadəcə inanmaq. Qəlbimizin dərinliyində inandıqlarımızın bizi atacağını bilsək də, bilə-bilə, təkrar-təkrar eyni bataqlığa düşmək. Ey, bizi insan edən elə dərs almadığımız xətalarımız deyilmi?...

Ayxan Xədicənin əlindən tutub apararkən, elə bunları düşünürdü. Səhərki hadisədən sonra, onu aparmağa gəlmişdi. “bu baş bəlası”nın arxası ilə qaçmaqdan yorulduğunu desə də, üzündəki ifadədən heç də belə olmadığı anlaşılırdı. Onlar danışmadan evə gəlib çatdıqda qapının ağzında donub qaldılar. Kiçik həyət evinin qapısı yarı açıq idi. Ikisi də təəccüblə bir-birlərinə baxdılar. Ayxan qaşlarını çatıb, əli ilə işarə edərək:
- Sən burda gözlə, əgər 5 dəqiqəyə səni çağırmasam, polisə zəng vur.
Xədicə əsəbiliklə:
- Əsl sən burda gözlə və mən çıxmasam polisə zəng vur.
Ayxan qəzəblə yumruğunu sıxıb:
- Anormal bəlkə içəri də 5-10 oğru var? Bu qız halınla neynəyəcəksən onlara? Gözlə burda!
Xədicə vecsiz bir ifadə ilə:
- Qız olanda nə olar ee? Həm mən sənin kimi şəhər uşağından daha güclü olaram yəqin- deyib kinayəli bir baxış atdı.
Buna gülümsəyən Ayxan, ani bir hərəkətlə Xədicəni yanındakı divara sıxışdırıb, ona yaxınlaşıb mənalı bir tərzdə dedi:
- Doğurdan? Bəs indi bu kənd qızı, mən şəhər uşağına nə edəcək?- deyib, başını azca əyib, Xədicənin üzünə daha da yaxınlaşıb, gözlərinə baxaraq davam etdi:
- Heç nə. Amma mən sənə bu vəziyyətdə çox şey edə bilərəm. Həmdə ço...
Ayxan hiss etdiyi ani ağrının sayəsində, Xədicəyə söykənmiş bir vəziyyətdə donub qalmışdı. Birdən özünə gəlib arxaya çevrildik də, ikinci çanta zərbəsini əli ilə son anda saxladı. Ayxan qarşısındakı, onu öldürməyə çalışan qadının kim olduğunu anlamağa çalışarkən, Xədicə qulaq batırıcı səslə:
- Ana! - deyə qışqırıb, onun boynuna atılmışdı artıq.
Ayxan ağrıyan boynunu əli ilə tutub. Olanları anlamağa çalışarkən, ana-bala çoxdan içəri keçmişdilər belə. Ayxan qapının ağzında dayanıb, əli ilə başını tutaraq “ anası da balası kimidirsə öldüm mən.”- deyə fikirləşib içəri girdi.

2 SAAT SONRA:
Artıq bayaqdan söhbət etdiklərindən, hər şey anlaşılmışdı.(müəllif: Cəmilə Məmmədli) Xədicənin anası Məlahət xanım, həsrətinə dözməyib qızını ziyarətə gəlmişdi. O gəldiyi vaxt Ayxan Xədicəni gətirməyə getdiyindən rastlaşmamışlardı. Lakin əsas məsələ, son zamanlarda ağlı başında olmayan Ayxanın qapını açıq qoyub getməsi idi. Bunun sayəsində Məlahət xanım içəri girə bilmişdi. Və bir az əvvəl onların qışqırıqların eşidib, çölə çıxdıqda təbii olaraq hər şeyi yanlış anlayıb, Ayxana hücum etmişdi.

Məlahət xanım təkrar üzr istədikdə. Ayxan hələ də ağrıyan boynunu əli ilə tutub, gülümsəyərək dedi:
- Eybi yox xala. Elə-belə şeydi bu. Amma görəsən o çantanızın içində nə var idi elə?
Məlahət xanım yüngülcə gülümsündü. Birdən pəncərədən çölə baxıb, qayğılı bir şəkildə soruşdu:
- a bala. Hava yaman qaraldı. Sənin evin uzaq da deyilki?
Ayxan əvvəl təəccüblənsə də, sonra gülümsəyərək:
- Xala elə mən burda yaşa...
- Ayxan gəl mənə dərin boşqabların yerini göstər da- deyə qışqıraraq onun sözünü kəsən Xədicə, qolundan tutub mətbəxə çəkdi.
Ayxan onu təlaşla mətbəxə gətirən Xədicəyə sual dolu baxışlarla baxıb dedi:
- Nə olub?
Xədicə pıçıltı ilə:
- Anam sənin bu evdə yaşadığını bilmir.
- Niyə?
Xədicə saf bir ifadə ilə:
- Onlara Asim babanın 1 ay burda olmayacağını deyəndə dəliyə döndülər. Ancaq sənin də olmayacağını deyəndə sakitləşdilər. Bilmirəm niyə.
Ayxan kinayəli bir ifadə ilə:
- görəsən niyə qızlarının 1 ay oğlanla qalmasına razı deyilmişlər.
Xədicə ciddi şəkildə:
- Valla bilmirəm.
Ayxan əli ilə başını tutub, pıçıldadı:
- Deməli bu genetik deyil. Bu anormallıq ancaq onda var- sonra Xədicəyə baxaraq davam etdi:
- Bəs indi mən harda qalacam?
Xədicə məsum bir ifadə ilə:
- Bilmirəm. Sən bir yer taparsan da hə?
Ayxan Xədicənin bu baxışlarına dözməyib, gülümsəyərək:
- Taparam – dedi.
Məlahət xanımla sağollaşdıqdan sonra, gödəkcəsini götürüb evdən çıxdı.

2 SAAT SONRA:
Pijamalarını geyinmiş Xədicə, pərdəni çəkib otağı havalandırmaq üçün pəncərələri açanda bir öksürək səsi eşidib cəld çölə baxdı. Ayxan dizlərin qucaqlayaraq, pəncərənin dibində oturmuşdu.
Xədicə təəccüblə:
- Sənin nə işin var burda?
- Elmar bu gün evdə olmayacaqmış, o biri uşaqlarda çox uzaqda yaşayırlar. Bir gecə burda qalsam heç nə olmaz.
Xədicə vecsizcə çiynini çəkib, pəncərəni örtmək istəsə də, Ayxanın yenə öskürdüyünü eşidib əlini saxladı. Bir az düşündükdən sonra, astaca dedi:
- İstəyirsənsə, bu gün mənim otağımda qal.
Heç Xədicə sözünü bitirməmiş, cəld ayağa qalxan Ayxan gözlərini ona dikib təəccüblə dedi:
- Nə?! Sənin otağında?
- Hə..
- Səninlə bərabər?
- Hə..
Ayxan Xədicənin üz ifadəsindən ciddi olduğunu anladıqdan sonra, çiynini pəncərəyə söykəyib bilmiş bir ifadə ilə Xədicəyə baxdı. əlini uzadıb, saçının ucundan tutaraq, bic bir gülümsəmə ilə dedi:
- Əminsən? Burda bir çarpayı var, mən harda yatacam?
- Şkafda
Xədicənin vecsizcə dediyi söz sayəsində, yenə şoka girən Ayxan, güclə özünü toplayıb dedi:
- Niyə?
- Çünki mən uşaqlıqdan anamla yatıram və bu gündə elə olacaq. Bu otaqda anamın səni görməyəcəyi tək yer şkafdı.
Ayxan Xədicəyə öldürəcəkmiş kimi baxıb:
- Bunu bayaqdan de. Gedib öz otağımda yatımda. Da niyə xəyallarımla oynayırsan.
- Nə xəyalların?
Pəncərənin kənarını qəzəblə sıxıb:
- Heç..- deyən Ayxan, başını kədərlə aşağı saldı.
Birdən Xədicə qollarını boynuna dolayıb, onu qucaqladı. Ayxan nə baş verdiyini anlamağa macal tapmamış, qulağına:
- Mənə görə əziyyət çəkdiyin üçün bağışla- deyə pıçıldayıb, yanağına bir öpüş qondurdu.
Ayxan nə edəcəyini bilmədən, qeyri-iradi Xədicəni qucaqladı. Nə isə demək istəsə də, alınmırdı. Sonunda anı yaşamağa qərar verib, gözlərini yumub gülümsəyərək, Xədicəni daha da özünə sıxdı. Elə bu an qapının arxasından gələn səsdən ikisi də diksinib, ani bir hərəkətlə bir-birlərini itələdilər. Xədicə cəld pəncərəni örtüb, pərdələri çəkərkən, müvazinətini saxlaya bilməyən Ayxan yerə sərilmişdi.
Hələ də yerdən qalxa bilməyən Ayxan, sanki baş verənləri hələ indi anlamış kimi səssizcə güldü. əlini qaldıraraq, yerə yumruq vurub pıçıldadı:
- Bura metlaq döşədiyin üçün sağ ol baba, Məlahət xalanı göndərdiyiniz üçün sağ olun Lütac əhli, Xədicəni qarşıma çıxardığın üçün sağ ol ALLAHım...

Müqəddəs "virgin"Donde viven las historias. Descúbrelo ahora