Bölüm 10

230 28 8
                                    

Birini sevmək çətindir...birinə inanmaq çətindir...amma ən çətini birini itirməməyə çalışmaqdır.
Xədicə bu an yalnız Ayxanı itirməməyi düşünürdü. Həyatında ilk dəfə birini sevmişdi və sevdiyi insan da ondan başqa bütün qadınlara nifrət edirdi. ən ağrılısı isə, əslində onun var olmayan "Xədicə"ni sevməsi idi...

Ayxan Xədicənin əlindən tutub, üzündəki böyük gülümsəmə ilə onu universitetə aparırdı. Xədicə isə onlara baxan insanlara göz ucu baxıb düşünürdü: " axmaq fürsətçi! Yaxşı, mən başa düşmürəm, sən niyə yapışmısan əlimə? Fürsətçi!"
- Həmişə əl-ələ tutuşub gəzən sevgililərə gülmüşəm.
Xədicə bu sözlərdən diksinib Ayxana baxdı. Ayxan isə ona gülümsəyərək baxıb davam etdi:
- Həmişə gülmüşəm. Amma indi anlayıram, birini sevəndə bunu bütün dünyanın öyrənməsini istəyirsən. Hər kəsin sənin onunla yanaşı getməkdən belə necə xoşbəxt olduğunu bilmək istəyirsən. Hər kəsin onun sadəcə və sadəcə sənə aid olduğunu bildirmək istəyirsən- deyib, onun gözlərinə baxaraq, tutduğu əli öpdü.Xədicə donub qalmışdı sanki. Sadəcə Ayxanın gözlərinə baxa bilirdi. " Bu oğlan... Məni öldürəcək"-deyə düşünüb, özüdə hiss etmədən gülüməyərək Ayxanın əlini daha bərk sıxdı. Birdən Ayxanın ona təəccüblə baxmasına ayılıb:
- Felsəfə yaratmaqdansa qaç. Gecikirəm- deyib, qaçmağa başladı.
Ayxan onun yenə belə anı pozmasına qəzəblənib, hələ də əlini tutduğu üçün onunla ayaqlaşmağa çalışırdı.

Universitetə çatdıqda Xədicə onun əlini buraxıb tengnəfəs halda içəri keçdi. ( müəllif: Cəmilə Məmmədli) Ayxan heç nə anlamayaraq getmək istəyirdi ki, birdən onunla sağollaşmadığını xatırlayıb, geri dönmək istədi...

Xədicə binanaya girdiyi an biri onun boynuna sarıldı:
- Jale burax, boğuldum.
- Olmaz! Mənə olanları danışasan. Ona etiraf etdin hər şeyi?
- Heç nə olmayıb, hələ ki, heç nə olmayıb. Dincəl.
Jalə Xədicəni buraxıb, sınayıcı baxışlarla onu süzdü. Gözlərini qıyıb ona baxaraq:
- Bəs nə vaxt etiraf etməyi düşünürsən? Getdikcə bu oyunun səni məhv edir, başa düşmürsən?
Xədicə gözlərini yerə dikib pıçıldadı:- Bilirəm, amma onu itirmək istəmirəm. Ona oyun oynadığımı bilsə əsla bağışlamaz məni. Mən isə onu sevirəm...
Jale Xədicənin qoluna girib, mehribanlıqla dedi:
- Hər şey yaxşı olacaq Xədiş.

Ayxan yenə masanın arxasında, qabağındakı böyük sənəd yığınına baxaraq düşünürdü.
- Beyin gücü ilə bu kağızların üzün köçürməyə çalışırsan?
Ayxan vecsizcə yenə yanında bitən Elmara baxıb dedi:
- ən azından mənim beynim var.
- Bax bu təzə xəbərdi. Nolub sənə belə?
Ayxan baxışlarını bir noqtədən ayırmayaraq dedi:
- Sadəcə düşünürəm. Bir yalanın üstün necə aça bilərsən?
Elmar təəccüblə ona baxıb:
- Mən nə bilim? Necə?
Ayxan:
- Ondan daha böyük bir yalanla. - deyib, Elmara gülümsəyərək baxıb davam etdi:
- Fikir vermə, gəl işləri həll etməyə kömək et.
Elmar göz ucu masadakı sənədlərə baxıb, başını "yox" mənasında yelləyərək dedi:
- Yox qaqam, mənim görüşüm var.
- Kimlə?
- Bu sənədlərə baxanda Bülent Ersoyla gıörüşmək belə məni cəlb edir. Oduki hələlik.- deyib otaqdan çıxdı.Ayxan isə Elmarın arxasıyca qəzəblə baxıb, əlini sənədlərə uzatdı...

Xədicə evə gəldikdə işıqların yenə sönülü olduğunu görüb, gülümsəyərək düşündü: " bu axmaq oğlan. Eyni nömrəni ikinci dəfə gəlir?". Elə bu an qonaq otağından çıxan Ayxan ona yaxınlaşdı. Xədicəyə tək kəlmə deməyə imkan vermədən, belindən tutub özünə çəkərək qulağına pıçıldadı:
- Xoş gəldin. Bayaqdan səni gözləyirdim.
Xədicə nesə demək istəyəndə, artıq onun yanağına bir öpüş qondurmuşdu. Buna təəccüblənən Xədicə Ayxanı azca itələyib, gözlərinə baxdıqda dəhşətə düşdü. Ona son zamanlar ancaq sevgi ilə baxan gözlər, indi bir qəribə baxırdı. Bundan qorxan Xədicə onu itələyib, təlaşla dedi:
- Mən gedim əynimi dəyişim.
Ayxan hiyləgər bir ifadə ilə:
- Niyə əziyyət çəkirsən? Gəl bir az söhbət edək.
Xədicə həyəcanla:
- Mən birazdan gələrəm- deyib, cəld otağına keçdi.
Telefonunu çantasından çıxararaq, mesaj yazıb göndərdi: " Jalə tez mənim evimə gəl. Unvan: ****. Təcili!"

30 DEQIQE SONRA:Xədicə Ayxanın qəribə baxışları altında dayanmadan yemək yeyirdi. Vaxt çox getsin deyə yavaş-yavaş çeynəsə də, artıq 3-cü boşqabı bitirmişdi. Ayxan isə uzundə hiyləgər təbəssümlə ona baxmaqdan bir an olsun əl çəkmirdi.
Xədicə sonuncu qaşığı zorla ağzına qoyub düşündü: " hələ də baxır. Bu Jalə harda qaldı? Artıq qazanda yemək qalmadı və mən partlayacam." yeməyi bitdiyindən məcburən ayağa qalxıb boşqabı götürdü. Mətbəxə aparırdı ki, Ayxan qapının ağzında yolunu kəsib, gözlərini ona dikərək dedi:
- Qoy qalsın, onsuzda sənin yeyib qutarmanı gözləməkdən yoruldum və anladım ki, Somalidəki aclıgın səbəbi sənsən.
Xədicə yüngülcə gülümsəyib, kecmək istəyirdiki, Ayxan ani hərəkətlə onu divar itələyib, iki tərəfdən əllərini divara qoyaraq yolunu kəsdi.(muellif: Cəmilə Məmmədli) Qorxudan az qala divara yapışan Xədicəyə biraz daha yaxınlaşıb, qulağına pıçıldadı:
- Bu gün nədənsə sənə o kinodakilərin nə etdiyini öyrətmək istəyirem gozəl qız.Xədicə əlindəki boşqabı yerə salıb, ona çox yaxın olan Ayxana dəhşətə düşmüş kimi baxdı. Ayxan ise buna fikir vermədən, ona yaxınlaşmaga davam edirdi. "Jalə! Harda qaldı axı. Ona nə olub? Mən nə edəcəm?"- deyə düşünən Xədicə, qeyri-iradi az qala onu öpəcək olan Ayxani itələdi. Ayxan bir-iki addım geriyə səndələyib, təəccüblə Xədicəyə baxıb dedi:
- Nə olub?
- Ha? Qapi döyüldü!
- Yox döyülmədi.
əslində bunu Xədicə də bilirdi, lakin başqa bəhanə tapa bilməmişdi. Elə indi də başqa bəhanə tapa bilmədiyindən, kəkələyərək dedi:
- H-hə, döyüldü.
Ayxan yenə ona yaxınlaşıb, gözlərinə baxaraq:
- Döyülmədi.
- Döyüldü, ya da döyüləcək. Mutləq döyülməlidi!
- Məni niyə itələdin? Bəs öyrənmək istəmirdin?
Xədicə qorxdugu bu sual qarşısında donub qalmışdı. Sadəcə Ayxandan gozlərini qaçırırdı. Ayxan isə ona daha da yaxınlaşaraq, divara yumruq vurub qəzəblə qısqırdı:
- Məni niyə itələdin Xədicə!

Xədicə ilk dəfə bu qədər qəzəbli gördüyü Ayxana baxarkən, hər şeyi etiraf etməli olduğunu anlayirdi.Lakin etiraf etmək, bu an onun üçün itirmək demək idi...

Müqəddəs "virgin"Where stories live. Discover now