Salamm :) Zeynəbin yuxularını birlikdə anlayıb, birlikdə dərs çıxarmaq üçün bu yolda addımlayacağıq. Elə isə xoş mütaliələr <3
☆(Son nəfəsim)
- Bura qədər imiş sevginiz..?
- Sizə bu işin sonu yaxşı olmayacaq demişdim...
- Sizə ‘’-inandığım doğrularımdan vazkeçməyəcəm’’ demişdim...
- Və nəticədə bizdən, övladlarınızdan, ən əsasıda məndən vazkeçdiniz. Xülasə, siz ölümün ən ağırına layiqsiniz... –son sözləri ruhumu bədənimdən söküb çıxardı sanki, nəfəs almaq mənim üçün çətinləşdi, huşumu itirib yıxılacağımı hiss etdim.Təəccüb içində gözlərimi qırpmadan gözlərinə baxdım. O isə vicdandan yoxsun, soyuq və sərt bir şəkildə öz işinə davam etdi. Bir ömür məni qoruyub, sevəcəyinə and içən insan indi isə ölümüm üçün son hazırlıqlarını tamamlayır. Ona tanıdığım ilk gündən bura boş yerə ‘’cəlladım’’ demirdim... və budur... ‘’cəlladım’’ gözünü belə qırpmadan canımı alacaq .
Hər şeyi silib atmaq bu qədər asandırmı məgər? Asan imiş... Bəlkə də bunu son nəfəsimi verməzdən dəqiqələr əvvəl öyrənmiş olmağımın, yanlış seçim etmiş olmağımın, gözlərimin qarşısındakı həqiqəti görməzdən gəlişimin peşmanlığı ilə əlvida deyəcəm bu fani dünyaya. Bir insan onu qanının son damlasına qədər qoruyub, son nəfəsinə kimi sevəcəyinə söz verdiyi, evliliklə talesini birləşdirdiyi qadınını bu qədər asanlıqla ölümə tərk edə bilərmiş. Məhs onun ailəsinin, xalqının düşüncələrinə və mentalitetinə zidd fikirlər irəli sürdüyüm üçün...
Bu nəsil yeniliklərə qapalıdır və mən özümü bu dövürün insanı olaraq görə bilmirəm... Bəlkə başqa dövürdə, başqa zamanda daha azad yaşamaq inancı ilə bu dünya ilə vidalaşacağam...
~
- İt qızı it, imtahana gecikəcəksən, dur cəhənnəm ol !!! Neçə dəfə gəlib oyadacam səni ?? –və budur, qəfil, ‘’dram və hüzünlü sevgi hekayəsinin yer aldığı yuxumun’’ cəlladı, anamın çığırtısı ilə dik atıldım.
- Ana oyağam. Gəlirəm...Anamın qəzəbinə uğradığım üçün cəld-cəld hazırlanarkən eyni zamanda gördüyüm yuxunu düşünürdüm. Sevginin olmadığına inanmağım üçün
bir səbəb daha. Bəzən oğlanlara qarşı olan bu kinimin və nifrətimin səbəbini fikirləşirəm. Bu kinim bu günə kimi heç bir oğlanı tanımağıma, ona şans verməyimə fürsət verməyib.- Sənin yerinə mən girəcəm elə bil imtahana. Bu rahatlığa bax atası sifət.– anamın ikinci çığırtısı məni düşüncələrimdən ayırdı.
- Mən çıxıram, ana. Axşam ən gec səkkizdə evdə olacam. İmtahan yaxşı keçəcək, narahat olma.Ikinci universitet qəbulu üçün imtahan vermək üzrə evdən çıxdım və imtahan binasına gedəcək olan avtobusa mindim. Yuxumu, sevgi haqqındakı
inancsızlığımı və oksigen oğrusu olduğunu düşündüyüm oğlanları bir kənara qoydum. İndi isə tək düşündüyüm xəyallarım üçün bu gün atacağım ilk addım idi. İlk təhsilimi ailəmin məcburiyyətilə hüquq üzrə almışdım. İndi isə öz xəyallarımı həyata keçirmək üçün ilk addımımı atacağam.☆
☆
☆intagram hesabı: aytac.nurr_
ŞİMDİ OKUDUĞUN
Ruhumun Geri Qayıdışı
Espiritual"Özümü olduğum dövürə aid hiss etmirdim, ancaq dəyişməli olan dövür yox mən idim..." Bu hekayə Zeynəbin yuxularında gördüyü ruhunun keçmiş yaşamı ilə bu günü arasındakı əlaqələri öyrənib, müəyyən dərslər çıxarmasından bəhs edir.