6.Bölüm

121 52 219
                                    

Selammm:D Bu bölümdə də Zeynəbin həyatından danışır. Olivia haqqında bölüm isə 7.bölümdə gələcək. Xoş mütaliələr♡




☆ ( Yeni həyatın ilk günü )

Bu gün necəmi hiss edirəm? Biraz düşünüm... Hissizlik də bir hissdirsə əgər, mən hissizlik dəryasında boğuluram. Yaxın bildiyim hər kəs az da olsa səbəbkardır, bu dəryaya düşməyimə.

Kimilərinə görə hissizlik ən gözəl mükafat ikən, kimiləri üçünsə, eynilə mənim kimi, üzə bilmədiyi sonu olmayan, dərin bir dəryadır. Bəziləri buna mükafat deyirlər, çünki onlar pessimistdirlər, hər zaman neqativə köklənirlər. Buna görə də yaralanmaqdan qorxurlar. Onlara görə hissizlik “insan” adlandırılan bu, qana susamış məxluqlardan ən rahat qaçış yoludur.

Bəziləri isə optimist olduqları üçün hər şeydə və hər kəsdə positiv tərəfləri görməyi seçirlər. Onlar da pessimistlər kimi acı reallığın fərqindədirlər, lakin görmək istəmirlər. İnadla kirli dünyada təmiz ruhları görmək istəyirlər. Pessimistlərə görə onlar saf və dünyadan xəbərsizdirlər, ancaq bu elə deyil.

  Bəs mən? Hansı tərəfdənəm? Necə düşünürəm? Əvvəllər soruşulsa idi, tərəddütsüz optimist deyərdim... Bəs indi...? Nə optimist, nə də pessimistəm.

Realist? Xeyir, realist də deyiləm. Çünki, acı reallıqlar ruhumu yavaş-yavaş zəhərləyərək öldürdü.

Xəyalpərəst? Əsla!!! Çünki, hər acı reallıq ruhumu zəhərləyəndə xəyallara sığınırdım. Hər qurduğum xəyal o an ruhumdakı ağrıları kəssə də, zamanla böyük boşluq yaratdı içimdə. Qurulan bir çox xəyal özü ilə hüsran xətirir. Xəyal ruhun qonağı, gətirdiyi hüsran isə ev sahibi olur.

Suallarımın cavabına gəldikdə isə, mən bunların heç biri deyiləm. Kimilərinə görə narsist, kimiərinə görə eqoist olsam da mən biraz narsist, biraz eqoist, biraz duyğusuz, biraz da ölüyəm...

Ailəmlə görüntülü zəngdən sonra yataqdan durub, soyuq duş qəbul etdim. Üzərimə rahat paltar geyinib otelin yeməkxanasına düşdüm. Səhər yeməyimi yedikdən sonra otağıma çıxıb, çantamı hazırlayıb dərsə yollandım. Sinifə girib yer seçib əyləşdim və çantadan dəftər çıxardığım vaxt bir nəfər qəfil sol yanıma atdı özünü. Qolu qoluma dəyən kimi sərt baxışımı ona çevirib deyinməyə başlayacaqdım ki, gördüyüm tanış üz gülümsəməyimə səbəb oldu. Eyni qarşılaşmanı bu adamla təyyarədə yaşamışdıq. Alex də məni görəndə gülümsədi. Söhbətə başladım:

- Hey, yenə sən? –dedim.

- Bəgənmədiniz, xanım? –dedi və saxta küsəyən baxışlar atdı. Azərbaycan dilində danışsa da tam öyrənmədiyi üçün danışığı mənə gülməli gəldi.

- Sizin hər dəfə sol qolumu əzməyinizi
bəgənmirəm, cənab. –dedim onu lağa qoyaraq.

- Sorry, dear. ( Üzr istəyirəm, əzizim ) –dedi və sol əlimi xəfif tutub centlmen kimi öpdü. Üzümdə axmaq gülümsəmə yarandı.

Söhbətə davam edəcəyim vaxt ortayaşlı keçəl, qarınlı bir kişi əlində kompyuter çantası ilə içəri keçdi. Sinifdə səssizlik yarandı, müəllim kompyuterini ağıllı lövhəyə ötürərək təqdimatını göstərdi və dərs izahına başladı.

İlk dərs insan psixologiyası olduğu üçün maraqla dərsi dinləyirdim. Mənim gözlərim müəllimdə, Alex’in gözləri isə mənim üzərimdə idi. Baxışlarımı ona çevirəndə təlaşlanaraq axmaq hərəkətlər edirdi.

Ruhumun Geri QayıdışıHikayelerin yaşadığı yer. Şimdi keşfedin