10.Bölüm

119 41 137
                                    

Salamm :) Artıq 10.Bölümə çatdıqqq! Bura qədər səbr və maraqla oxuyub düşüncələrini paylaþan hər kəsə təşəkkürlər. Düşüncə və rəyləriniz dəyərlidir mənim üçün♡.
Xoş mütaliələr! <3

Həyat heç də hər kəs üçün eyni məna daşımır. Kimiləri üçün nəfəs aldığı hər an ümid varkən, kimiləri üçünsə aldığı hər nəfəs onu ümidsizlik girdabına çəkir. Hər şeyə rəğmən nəfəs aldığı müddətcə sevgisinə olan ümidini itirməyən Aryanın tam əksinə, Olivia hər gün biraz daha ümidsizləşir. Sevgi hər kəsin anlaya biləcəyi bir şey deyil, Olivia bunun fərqində olduğu üçün başına gələcəkləri təxmin edirdi.

Lakin nəzərə almadığı bir şey var idi; əgər mübarizə aparmadan ümidini kəsib kənara çəkilsə onları ayıran başqalarından öncə Olivianın bu inancsızlığı olacaq. Həyatda heç nə asanlıqla əldə olunmur, hələ ki, bu sevgi kimi dəyərli bir xəzinədirsə.. Sevgi qarşılıqlı inanc və mübarizə ilə qazanılan xəzinədir. Arya və Olivianın sevgisində isə qarşılıqlı olan sadəcə qorxu hissidir. İnanc və mübarizə tək tərəfli idi, Olivianın əksinə Arya qorxularına rəğmən ümidini itirməmişdi.

Tövlənin açarını Oliviaya verib pəncərədən çıxdıqdan sonra Arya öz otağına qayıtmışdı. Bu vaxt otağında o tərəf bu tərəfə gəzən, düşüncələrində boğulan Olivia isə gözünə sataşan açarı alıb gecənin qaranlığında, səssizcə tövləyə yollandı.

Atın qapısını açıb bağa çıxanda arxasında ağacın altında oturub səssizcə onu izləyən Aleksisdən xəbərsiz idi. Olivia atın yəhərini düzəldərkən qəfil arxasından gələn səslə dik atıldı:

-At çapmaq üçün necə də mükəmməl bir zaman seçimi ?! –səsində qəzəb və ya kin yox idi, sadəcə kədər və kırqınlıq hiss olunurdu.

-Siz nə edirsiniz burda ? –Olivia çəkinərək soruşdu.

Aleksis Oturduğu yerdən qalxıb üst-başını təmizləyərək ona tərəf yaxınlaşdı və dedi:

-Evdə dura bilmədim. Sakitləşmək, nəfəs almaq üçün bağa çıxmaq istədim. Biraz atları tumarlayıb sakitləşdim və yenicə oturmuşdum ki, siz gəldiniz.

-Anladım. –dedi Olivia. Sonra baxışlarını ondan çəkərək ata çevirdi, sığal çəkdi və Aleksisə heç nə demədən keçib ata mindi.

-Bu saatda çöldə olmağınız təhlükəlidir. Xahiş edirəm otağınıza qayıdasınız. –Aleksis dedi.

-Sizi maraqlandırmır. Çox istəyirsinizsə gedib bunu da böyüklərə çatdıra bilərsiniz. Bəlkə məni də cəlladların qarşısına atarlar Arya ilə birlikdə.

Aleksis Olivianın nə demək istədiyini anladı. Baxışlarını Olivianın üzərindən çəkərək yerə saldı. Dərin nəfəs alıb, udqunaraq yenidən başını qaldırdı və Olivianın gözlərinin içinə baxaraq:

-O hadisədən heç kimin xəbəri olmayacaq. Və Aryaya gəldikdə isə cəlladların qarşısına atılmayacaq, buna icazə verməyəcəm. Çünki, o, sənin üçün dəyərlidir. –dedi.

Olivia bu sözlərdən sonra çox təəccüblənsə də inanmadı:

-Sizə inanmıram. –qəzəblə cavab verdi.

Ata hərəkət etməsi üçün yavaşca qamçı vurdu və bu zaman at şaha qalxaraq Aleksisin yanından keçərək sürətlə qaçmağa başladı. Aleksis Olivia üçün narahat olaraq onu gecə yarısı tək buraxmaq istəmədi. Cəld tövlədən atlardan birini çıxararaq o da Olivianın arxasınca getməyə başladı.

Olivia içindəki yanğın, düşüncələrindəki zəlzələ ilə nə etdiyinin, hara getdiyinin fərqində olmadan atı qaranlıq meşəyə tərəf çapırdı. Aleksis isə arxasınca ona çatmağa çalışır, hey səsləyirdi ancaq boş yerə boğazını yorurdu. Olivia Aleksisin arxasınca gəldiyindən belə xəbərsiz idi. Dəqiqələr sonra artıq meşənin dərinliklərinə çatmışdılar. Qəfil atın qarşısına çıxan tülkü ilə atın şaha qalxıb Olivianı üstündən atması bir oldu. Yerə yıxılan Olivia ayağında, qolunda və başında hiss etdiyi ağrı ilə nəhayət düşüncələrindən qoparaq harda olduğunun fərqinə vardı. Aleksis isə çox keçmədən gəlib ona çatdı və atı saxlayıb cəld aşağı düşərək Oliviyaya tərəf qaçdı:

-Sənə dedim axı başına bir iş açacaqsan, bir dəfə də söz dinləsən nə olar sanki.. Yaxşısanmı? Başını qaldır yarana baxım. –səsindəki təlaş aydın şəkildə hiss olunurdu.

-Çəkil kənara! Toxunma mənə! Yaxşıyam.

-Olivia, inadlaşmağın yeri deyil! İcazə ver kömək edim.

- Köməyinə ehtiyacım yoxdur. Çəkil kənara dedim! –Olivia daha yüksək səslə çığırdı.

Əli ilə Aleksisi sinəsindən kənara itələyərək qalxmağa çalışsa da başından aldığı zərbəyə görə müvazinətini itirərək yenidən yerə oturdu. Aleksis nə qədər kömək etmək istəsə də inadla kömək əlini geri çevirərək üçüncü cəhdində oturduğu yerdən qalxdı və Aleksisin arxasındakı ata tərəf yollandı. Tülküdən qorxan qara at isə ortalıqda görünmürdü. Olivia Aleksisin atına mindi və üzünü ona tərəf çevirərək:

-Sən əvvəlcə özünə kömək et. -Olivia istehza ilə güldü və yenidən ciddi ifadəyə bürünərək sözə başladı.

-Bu saatda meşədə olmağınız təhlükəlidir. Özünüzdən muğayat olun. –dedi və atı çaparaq arxasına belə baxmadan oradan uzaqlaşdı.

Meşənin qaranlığında çakkal və bayquş səsləri ilə baş-başa qalan Aleksis isə bir müddət Olivianın arxasınca onun gedişini izlədi. Gülümsədi və başını aşağı sallayaraq sağa sola yellədi, sonra alçaq səslə mırıldanmağa başladı:

-Ah, Olivia, ah.. Dəli və inadkar bir uşaqsan...

Olivia gözdən itdikdən sonra ətrafına göz gəzdirdi, itən qara atı axtarmağa başladı, nəhayət onu ağacın altında otlayarkən tapdı və ata minərək evə tərəf yollandı. Evə gəlib çatanda tövlənin qarşısında Olivia ilə Aryanı söhbət edərkən gördü. Onların biraz uzaqlığında isə Olivianın atası Felix'in onları qəzəbli halda izlədiyinə şahid oldu.

Suallar:

1. Aleksis bundan sonra nə edəcək? Doğurdan da Aryanı qoruyacaqmı, məhs Olivia üçün?

2. Hansının sevgisi daha gerçək və böyükdür; Arya yoxsa Aleksis?

3. Felix bu gördüklərindən sonra ikisinə (Arya və Olivia) nə edəcək?

Yeni bölümdə görüşənədək<3

☆instagram: aytac.nurr_

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 11, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Ruhumun Geri QayıdışıHikayelerin yaşadığı yer. Şimdi keşfedin