Selammm :) Bu bölümdə bizi bir çox suallar düşündürəcək. Bölümü bitirdikdən sonra oy verməyi, yorumunuzu bildirməyi unutmazsanız sevinərəm :)) Xoş mütaliələr!<3
☆ (Cinayət)
Qulaqlığımı qulağımdan çıxarıb, hər kəsin cəmiyyət içərisində taxdığı xoşbəxtlik masqamı geyib içəri girdim.
Bu səslər, mənasız işıqlar, problemlərindən qaçmağa çalışaraq içkiyə sığınan cəsarətsiz, qorxaq insanlar... hər biri mənə o qədər yaddır ki...
Gənclərin belə yerləri nəyə görə sevdiyini heç vaxt anlamamışam, deyəsən, heç vaxt da anlamayacağam. Gənclər deyəndə özümü səksən yaşında nənə kimi hiss etdim, halbuki, mən də bu yeni nəsildənəm... Lakin mən özümü bu dövürün insanı olaraq görmürəm. Saxta, hər kəsin dilində saqqız olmuş ‘’səni sevirəm’’lərin yer aldığı sevgilər, xəyanətlər, qısqanclıqlar, bir-birinin quyusunu qazan dostlar və daha nələr nələr...
Bəzən insanlığımdan utanıram. İnsanın insana güvəni qalmayan bu dövürə lənətlər oxuyuram. Sanki ruhumun başqa bir dövürdə yaşamı yarım qalıbmış da özümü o dövürə aparmaq istəyirəm kimi hiss edirəm.
Düşüncələrimlə birlikdə saxta təbəssümlə, barda oturub içki içən, gülüb əylənən, söhbət edən dostlarıma yaxınlaşdım.
- Ooo..?! Zeynəb xanım, xoş gəlmisiniz. Sizi burada görmək nə böyük bir şərəfdir. –dedi Aygün.
İçimdə ona qarşı zərrə sevgi və hörmət olmayan, ikiüzlü qrupyoldaşım Aygünə saxta səmimiyyətlə salam verdim.
- Salam. Xoş gördüm.
- Zeynəb, necəsən? Necə keçdi imtahan? –canayaxın bir səmimiyyətlə Muradın səsini eşidib ona tərəf çevrildim.
Burdakı, hətta nəinki burdakı, həyatımdakı tək sevdiyim, səmimi olduğum yeganə dostum idi Murad. Uşaqlığımız birlikdə keçmişdi. Nə zaman sığınacaq, durulacaq bir limana ehtiyacım olsa mən çağırmadan hər daim yanımda olub. Bəlkə də bu səbəbdən onu itirməkdən bu qədər çox qorxuram.- Pis deyildi. Sənin kimi müəllimim olacaq və mən gedib zəif yazacağam?! –dedim gülümsəyərək.
Aygünün ad günü hədiyyəsini verib bir saat sonra hazırlanıb çıxdım. Ardımca Muradın da çıxdığını gördüm və taksi çağırdığını, birlikdə gedəcəyimizi dedi. Evə gecikdiyim üçün etiraz etmədim. Beş dəqiqə keçməmişdi ki, taksi gəlib düz qarşımızda saxladı və ikimizdə arxa oturacaqda əyləşdik.
- Sənin üçün çox darıxacam, Zeynəb.
Muradın səsi ilə başımı ona tərəf çevirib dolmuş gözlərini gördüm. O isə gözlərini məndən qaçırmağa çalışırdı, onu bu halda görməyimi istəmirdi.
- Hələ gedəcəyim bəlli deyil. Bu gün sadəcə imtahan verdim və cavablar bəlli deyil.
- İkimiz də sənin xəyallarının ölkəsi olan Amerika üçün illərdi gecə-gündüz oxuduğunu, əziyyət çəkdiyini bilirik və əminəm ki, qəbul olub gedəcəksən. Yanlış anlama, sənin xoşbəxtliyin, xəyalların mənim üçün çox önəmlidir. Sənin xoşbəxt olmanı yanımda olmandan daha çox istəyirəm.
- Mənim dostum da, ailəm də sənsən. Səndən ayrı qalmaq fikri məni də üzür. Kaş sən də gəlsə idin.
- Çox düşündüm bunu. Səninlə gəlməyi hər şeydən çox istəyirəm, ancaq anam xəstədir və mənə burda ehtiyacı var, bilirsən. –həzin səsi ilə sözünü bitirib başını pəncərəyə tərəf çevirdi.Səssizcə çöldə yağan yağışı izlədik. Evə qədər nə o, nə də mən bir kəlimə danışmadıq, danışa bilmədik..
Səbəbini bilmədən sol gözümdən bir damla yaş axdı. İllərdi xəyalını qurduğum, özümü aid hiss etdiyim ölkəyə getməyim üçün çox az bir zaman qaldı. Ruhumun aid olduğunu düşündüyüm ölkəyə gedəcəm, burda yaşananlardan, bütün yaralarımdan, ailəmdən uzağa gedəcəm. Ancaq indi sanki bir parçamı burda qoyub gedəcəkmiş kimi hiss edirəm. Onu da valizimə alıb özümlə aparmaq istəyirəm indi.
- Çatdıq, Zeynəb. –Muradın səsi ilə düşüncələrimdən ayrılıb, yanağımdakı yaşları sildim və taksidən düşdüm.
Muradla səssizcə qucaqlaşdıq. O dəqiqə zamanın donmasını istədim, əminəm o da bunu istəyirdi. Yağışlı havanın altında dəqiqələrcə o vəziyyətdə donub qaldıq.
- Ayrılıq zamanı çatdı, Zeynoşum. Xəstələnəcəksən sonra da məni günahlandıracaqsan. İçəri keç artıq.
- Gecən xeyirə. –tək bir cümlə və soyuq bir təbəssüm. Boğuq və titrək səslə güclə verilmiş bir cavab. Boğazımda yüzlərlə kəlimələr düyümlənmişkən mən yalnız və yalnız ‘’gecən xeyirə’’ deyə bildim.Qapını açıb içəri keçəndə işıqların yanmadığını gördüm. Anam və atam çoxdan yatmışdılar. Mətbəxə keçib masada bir boşqab yemək və yanındakı üzərinə not yazılmış kiçik vərəqi gördüm. Anamın ‘’nuş olsun, atası sifət’’ yazısını oxuduqda üzümdə kiçik bir gülümsəmə yarandı. Onları da atıb getmək çətin gəlirdi mənə. Hər şeyə rəğmən onlar mənim ailəm idi. Onlara qarşı nə qədər soyuq olsam da, içimdə sonsuz sevgim vardı.
Yeməyimi yeyib, duşa girdim. İsti su başımdan aşağı axarkən düşüncələrimin də axıb getməsini, rahatlaşmağımı istədim o an. Lakin tək rahatlaşan bədənim oldu, düşüncələrim isə mənlə birlikdə yatağa girdi. Təqribən beş dəqiqə sonra yorğunluqdan yuxuya getdim.
~
- Xala, məni də bu ziyafətə apardığınız üçün sizə minnətdaram. Xoş zaman keçirdim. Bir çox yeni biliklər qazandım.
- Nə xoş mənə, gözəl qızım.Qapını açıb içəri keçdikdə ikimiz də gördüyümüz mənzərə qarşısında bir anlıq donub qaldıq, daha sonra şok və hüzün içərisində çığırmağa başladım:
- Aman Allahımm...?!! Anaaa... Ataaa... Nə baş verib burda, ilahiii..??? –şok içində yerdə qanlar içərisində yatan anamla atamın baş ucuna yıxıldım.
- İlahiii... Bu nə fəlakətdir bizi gəlib tapdı?! –xalam da göz yaşları içərisində fəryad etməyə başladı daha sonra təsəlli etmək üçün üzünü mənə çevirib dedi:- Qızım, güclü olmalısan. Onlar səni bu cür görmək istəməzdilər, qalx ayağa.
Xalamın səsini belə eşidəcək vəziyyətdə deyildim. O an sanki dünyam başıma yıxılmışdı, yetim qalmışdım. Heç kəsə bir pisliyi keçməmiş, məsum, dünyanın ən mehriban iki insanını, anamla atamı kim, nəyə görə qətlə yetirmişdi ??? Ağlımı itirmiş, gözlərim qan çanağına dönmüş halda anamın yanına uzanıb başımı sinəsinə qoymuşdum, bir əlimlə isə atanım cansız bədənini qucaqlayırdım. Bu halda neçə saat keçirdiyimi xatırlamıram...
~
Qəfil telefonuma gələn mesaj səsi ilə yuxumdan dik atıldım. Gözlərim yaşarmışdı. Əlimlə göz yaşlarımı silərkən, gerçəkliyə çox yaxın olan yuxumun şokunda idim. Sanki o an yuxu deyildi, yaşadığım bir an idi.
Səbəbsiz, məna verə bilmədiyim bir hüzünlə saatlarca çarpayımın ortasında oturub iki gecə ard-arda gördüyüm yuxumu düşünürdüm, xüsusilə bu gecəki yuxum məni daha çox sarsmışdı.
O insanlar kim idi?? Nə üçün öldürülmüşdülər?? Kim öldürmüşdü?? Və ən əsası nəyə görə yuxumda tanımadığım insanları görürdüm???
☆
☆
☆
☆İnstagram: aytac.nurr_
ŞİMDİ OKUDUĞUN
Ruhumun Geri Qayıdışı
Espiritual"Özümü olduğum dövürə aid hiss etmirdim, ancaq dəyişməli olan dövür yox mən idim..." Bu hekayə Zeynəbin yuxularında gördüyü ruhunun keçmiş yaşamı ilə bu günü arasındakı əlaqələri öyrənib, müəyyən dərslər çıxarmasından bəhs edir.