9.Bölüm

103 44 165
                                    

Selammmm. Təqribən bir ay olar ki, bölüm gəlmirdi bəzi səbəblərdən. Nəhayət, sirlərin daha da düyümləndiyi əsas bölümlərə çatırıq. Bu bölüm əsas kulminasiyaya nöqtələrinin başlanğıcıdır. Olivianın dilindən qələmə alınmışdır. Xoş mütaliələr <3

 Xoş mütaliələr <3

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Aleksis Fleming

☆(Doğru bilinən yalan üzlər)

Aryanın göndərdiyi bu vərəqə dəqiqələrdir baxıram. Qəlbimi həyəcan basır, gözlərimi vərəqdən çəkə bilmirəm.

İçim ümidlə dolur. Sonra o ümidləri bir başqası puç etməsin deyə özüm puç edirəm. Sonra qəlbimə söz keçirə bilmədiyim üçün xəyallar qurmağa başlayıram. Amma qurduğum bu xoş xəyallar belə içimə qorxu salır. İnsan qurduğu xəyallardan qorxarmı? Mən qorxuram. O xəyalların altında qalmaqdan qorxuram, o xəyalların əlimdən alınmasından qorxuram.

Xəyal qurmağın nə qədər bahalı olduğunu bilirsinizmi? Xəyal qurmağın pulsuz olduğunu deyirlər, dünyanın ən asan şeyi olduğunu deyirlər. Bu cür düşünənlərə səslənirəm: Neçə dəfə puç olan xəyallarınızın ağırlığı altında əzilmisiz? Neçə dəfə puç olan xəyallarınıza görə ruhunuza borclanmısız? O borcları bağlaya bilmisinizmi? Kül olan xəyalları yenidən canlandırıb bir daha yandığınız anlar olubmu? Bəs xəyal qurmaqdan qorduğunuz anlar? Bu qorxunuza rəğmən xəyal dünyanıza yenidən qaçıb sığındığınız anlar?

Bu anları dəfələrlə yaşayan biri olaraq hələ də xəyal dünyama qaçıram. Çünki, içimdə həyat sevgisi var, mənim ruhum var. Yaralı amma ölü olmayan, sağalmaq üçün can atan ruhum var.

Bu ruhum Arya’ya olan kırqınlığıma rəğmən ona sonsuz bağlıdır. Atların və Aleksisin yanından ayrıldıqdan sonra mənə verdikləri otağıma çıxmışdım. Beş dəqiqə sonra isə qapını döyən xadimə heç bir söz demədən bu vərəqi verərək çıxıb getmişdi. Əl yazısı Aryaya məxsus idi. Açıb oxuduqda isə nə edəcəyimi bilmədim.

“Axşam yeməyindən sonra hər kəs otaqlarına çəkiləndə səni atların yanında gözləyəcəm. Bu gün “sevgilinizlə” sığal çəkdiyiniz qara atın yanında olacam. Məni evə girməyə vadar etmə, Olivia.”

Bu insanın məqsədi nədir axı? Niyə belə edir? Artıq onu anlaya bilmirəm. Qısqanclıqdan nə etdiyini özü də bilmir. Aryanın mənə görə bu evə girməsi intihar etmək deməkdir.

Arya’ya zərər gəlməsindən qorxduğum üçün ona nə qədər kırqın olsam da
çağırdığı yerə getmək qərarı aldım. İndi ev xalqının otaqlarına çəkilməsini gözləyirəm. Nəhayət, axşam yatmaq vaxtı gəlib çatdı. Hər kəs otaqlara çəkildiyi üçün səslər kəsilib, işıqlar söndürülmüşdü. Tam səssizlikdə və qaranlıqda otağımdan çıxıb heç kəslə qarşılaşmamaq üçün dua edərək pilləkənlərə yönəldim.

Ruhumun Geri QayıdışıHikayelerin yaşadığı yer. Şimdi keşfedin