Zeynəb Nurlu
Yaş: 23Selammm :) Murad və Zeynəbin birlikdə keçirdiyi səhnələrlə gəldim sizə♡ Oy verib fikirlərinizi paylaşmağı unutmayın, dəyərli oxucularım:) Xoş mütaliələr <3
☆Yuxuların mənası
Nəhayət bu gün imtahan cavablarım çıxacaq. Anam, atam, hətta məndən altı yaş böyük qardaşım belə həyəcanlıdırlar. Bu həyəcanları mənim üçün deyil əlbətdə. Anam və atam qohumlarımıza, qonşularımıza və hətta iş yoldaşlarına ''qızımızı xaricdə oxuduruq" deyib, lovğalanmaq üçün dört gözlə cavablarımın çıxmasını göləyirlər. Qardaşım isə öz mənafesini düşünür, xaricdə iş tapıb yerləşmək üçün yardımımı gözləyir.
Bəs mən? Hər kəsdən daha çox həyəcanlı olmalıyam, amma mənə mane olan nədir? Muradla dünənki söhbətimizin təsirindən hələ də çıxmamışam. Bu axşam onunla görüşəcəm və bu halımı görməsini istəmirəm.
Bu qədər düşüncəli olmağımın başqa bir səbəbi də var. Gördüyüm yuxulara məna verə bilmirəm. Artıq ağlımdan şübhə etməyə başlayıram. Bir insan heç tanımadığı, görmədiyi insanları nəyə görə yuxularında görər? Anamla danışmalıyam, anaların hər zaman bu cür hallardan məlumatları olduğunu düşünürəm.
Baş ucumdakı telefonumdan saata baxdım. Bu qədər tənbəlləşdiyimi bilmirdim. Günorta saat bir idi. Yataqdan qalxıb duş qəbul etdim. Üzərimə yaşılın tünd tonunda paraşüt şalvarımı və qara kropumu geyinib, saçımı fenlədikdən sonra mətbəxə düşdüm. Anamı nahar hazırlayarkən gördüm.
- Allaha şükür, oyanmağa qərar verdi qızımız. Bu nə vaxdın oyanmağıdı?Axşam neçədə gəldin? Harda sülənirdin?
- Sizin də sabahın xeyir xanım. Ana, bəlkə bir-bir verəsən sualları?
- Kəs səsini. Gəl kömək elə. Özün də suallarıma cavab ver. Harda idin?
- Ana imkan ver biraz nəfəs alım. Muradla idim. Aygünün ad gününə getmişdim. Bir saat oturub evə qayıtdım.
- O qızla əlaqəni kəs deməmişdim sənə?
- Amerikaya gedəndə kəsiləcək onsuz.
- Cavablar çıxdımı? Qəbul olmusanmı?
- Hə
- Hə lap yaxşı. Təbrik edirəm. Gedib orda yolunu azma haa ifritə.
- Yaxşı.- Sevimli ailəmlə sevgi dolu söhbətlərimiz bu cür olur həmişə.
Əsas məsələyə necə keçim bilmirəm. Açığı deməyə də qorxuram. Dəli damğası yeməkdən qorxuram. Bir cəsarət söhbəti açdım:
- Ana mən yaxşı deyiləm. Ard-arda qəribə yuxular görürəm, oyananda isə gözyaşları ilə oyanıram. Özümü boşluqda hiss edirəm.
ŞİMDİ OKUDUĞUN
Ruhumun Geri Qayıdışı
Espiritual"Özümü olduğum dövürə aid hiss etmirdim, ancaq dəyişməli olan dövür yox mən idim..." Bu hekayə Zeynəbin yuxularında gördüyü ruhunun keçmiş yaşamı ilə bu günü arasındakı əlaqələri öyrənib, müəyyən dərslər çıxarmasından bəhs edir.