3.Bölüm

268 115 766
                                    

Selammmlarrr<3   Həyəcan, romantizm və dram dolu yeni bir bölümlə geri döndüm. Bu bölüm klassik sevərlərin daha çox bəyənəcəyi bir bölümdür. Oxuyub bitirdikdən sonra fikirlərinizi bölüşməyi unutmazsaz sevinərəm♡ Elə isə yuxardakı musiqini açaraq oxumağa başlaya bilərsiniz:) Sizə xoş mütaliələr<3

~~~

( Cinayətdən 3 ay əvvəl )
 


İnsan sevdiyi adamın doğru seçim olub olmadığını necə anlayar? Və ya anlaya bilərmi, mümkündürmü bu? Mənim fikrimcə, doğru və ya yanlış insan yoxdur. Doğru sevgi vardır. Doğru sevmək və doğru sevilmək vardır. Çünki, hər insanın qəlbində pis və yaxşı tərəfi vardır, önəmli olan bizim hansına layiq olduğumuzdur, o insanda hansı hissi oyatdığımızdır.

Qarşımda duran bu adam məndə xoş hisslər oyadır, qəlbimi hüzurla doldurur. Onun yanında özümü dünyanın ən xoşbəxt qadını hiss edirəm. Mənə sevgisini etiraf etdiyi gün anladım ki, o mənim üçün hər şeyi gözə alıb, ölümü belə...

- Olivia, sevgilim, yenə hansı dərin düşüncələrə daldınız? Sizi dərin düşüncələr içərisində seyr etmək dünyanın mənə bəxş etdiyi ən dəyərli
xəzinədir. Onu itirməkdən, bu mənasız həyatda sözün əsl mənasında müflisləşməkdən çox qorxuram. Mənim üçün əvəzsizsiniz, gözəl qadınım. Sizə olan sevgimi saatlarla oturub danışsam da içimdəki sevginin böyüklüyünü izah edə, hiss etdirə bilmərəm. –sevgi dolu sözlərlə hisslərini bir daha dilə gətirdi.

- Arya, sevgilim, başımıza gələ biləcək fəlakətləri düşünürəm. Bizim sevgimiz duyulsa, heç kəs bizi anlamayacaq. Sanki, bütün dünya bizə qarşıdır. Sizin canınızdan çox narahatam. –qorxaq və titrək səslə, dolmuş gözlərimlə ona baxıb içimdəki qorxuları dilə gətirdim.

- Sevgilim, sizdən xahiş edirəm bunları düşünməyin. Tanrı bizimlədir.Bir-birini sevən iki məsum insanı ayırmayacağına inanıram. İndi isə sizdən xahişim odur ki, bu mənzərənin verdiyi hüzurun dadını çıxarasınız. –məni təsəlli etmək üçün sevgi dolu sözləri ilə ümid verdi.

  Bizim cəmiyyətdə kölə olaraq işlədilən qara dərili insanlardan biri ilə nəinki sevgi yaşamağım, onun mənə üç saniyədən artıq baxması belə Arya üçün ölüm fərmanı demək idi. Daha sonra Aryanın dediyini etməyə çalışdım. Bu qorxulu fikirlərimdən ayrılıb, gözlərimi qap-qara qıvrım saçlarından və qəhvəyi gözlərindən çəkərək səssizcə mənzərəni izlədim. Uçuşan quşların insana hüzur verən nəğmələri, həzin əsən qərb küləyinin ağacları, otları xəfif titrətməsi ilə çıxan səslər, ağac yarpaqlarının xışıltıları, yaz günəşinin insan ruhunu isidən istiliyini saçması və ən əsası isə sevdiyim adamın, uğruma canını təslim edəcək, uğruna canımı verə biləcəyim adamın varlığı sanki mənə bu dünyada cənnəti bəxş edirdi.

İkimiz də zamanın necə keçdiyini anlamadan hava artıq qaralmağa doğru gedirdi. Gün batımını ilk dəfə bu gün birlikdə seyr etdik. Bu günün bitməməsini arzu edirdim. Ancaq həyat o qədər qəddardır ki, məni bu yuxu zənn edə biləcəyim xoş anlarımdan ayırırdı. Yavaş-yavaş ayağa qalxıb şirniyyatları və yeməkləri səbətə yerləşdirdik, daha sonra süfrəni də səliqə ilə qatlayıb əlimə aldım. Ayrılıq zamanı çatmışdı.

- Sevgilim, bu gözəl günü mənə bəxş etdiyiniz üçün sizə sonsuz minnətdaram. Qəlbimin, ruhumun tək və sonsuz sahibi, sizi yenidən görmək arzusu və diləyi ilə tanrıya əmanətimsiniz. –dedi və sol əlimi xəfif qaldırıb, qarşımda bir centlmen kimi əyilərək öpdü.

Ruhumun Geri QayıdışıHikayelerin yaşadığı yer. Şimdi keşfedin