Oxuduqca fikirlərinizi bölüşməyinizi və sondakı sualları cavablamağınızı istəyirəm, mənim üçün maraqlıdır düşüncələriniz♡
Xoş mütaliələr<3~Arya Wilson
~Olivia Madison
☆☆☆
Varlığı bir dərd yoxluğu min dərd... Nə etməli, necə reaksiya verməli onun bu sətirlərinə?
Əlimdə Aryanın məktubu, göl kənarında, bir ağacın altında oturub göz yaşları axıdıram. Onunla birlikdə oturub güldüyüm, cənnət deyə adlandırdığım görüş yerimiz indi cəhənnəm əzabı verir. Bu dünyadakı cənnətim olan tək yer artıq cəhənnəmimdir.Yazdığı hər bir cümləsi onun üçün döyünən qəlbimin dayanmasına səbəb olur, qəlbimi xəncərləyir. Onun isə bundan xəbəri yoxdur. Ona olan sonsuz sevgimdən xəbərsiz olduğu kimi yazdığı məktubunun ruhumu darmadağın edəcəyindən də xəbərsiz idi. Sevgim onun üçün heç nə ifadə etmirdimi?
"Olivia, sevgilim... Sənə olan bu sevgim məni məhf edir. Bundan şikayətim yoxdur, lakin bu sevgi mənimlə birgə sənin də həyatını risqə atır. Nəinki, sənə dəyəcək kiçik bir xəsarət, ruhunu zədələyəcək ən kiçik səbəblərdən belə qaçmağa çalışıram. İndi isə səni qorumaq üçün səndən qaçıram, sevgimdən qaçıram və ya qaçmağa çalışıram. Əgər bu məktubu oxuyursansa deməli səndən və sevgimdən qaçmışam.
Səndən məni anlamağını istəyə bilmərəm, bu sənə və sevginə haqsızlıq olar. Lakin bu qərarıma qarşı çıxmamağını xahiş edirəm. Məni bir daha görməyəcəksən, bunu sənin yaşamağa davam etməyin üçün edirəm.
Gözündən axan hər bir damla yaş qəlbimə xəncər salıb çıxarır. O gözəl gözlərindən axan hər bir damla yaş bir xəncər yarasına bərabərdir. Ağladığını görməyə cəsarətim yoxdur. Bu səbəbdən sənlə üz-üzə danışmaq əvəzinə bu məktubu yazıram.
ŞİMDİ OKUDUĞUN
Ruhumun Geri Qayıdışı
Espiritual"Özümü olduğum dövürə aid hiss etmirdim, ancaq dəyişməli olan dövür yox mən idim..." Bu hekayə Zeynəbin yuxularında gördüyü ruhunun keçmiş yaşamı ilə bu günü arasındakı əlaqələri öyrənib, müəyyən dərslər çıxarmasından bəhs edir.