Telefonu söndürüb Alpa baxmağa başlayır.
-Bir açıqlama gözləyirəm.
+Başım ağrıyır şirkətdən asistanımdı.
-A, indidə xanımları asistan vəzifəsinə qoyurlar ? Bəs deyirdin səni asistanım edəcəm noldu planların suya düşdü ?
+Qurban olduğum valla söz güləşdirməyə gücüm yoxdu, sabah axşama hazır ol yeni il şənliyinə gedəciyik, bu gün ayın 30'du, sabah bayramdı xahiş edirəm orda qan tökməyim normal bir şey geyin.
-Narahat olma onsuzda o tür geyinməyi sevən deyiləm. Bu gün 2 ay olur biz ailə adı aldığımız gündü. Seher demişdin qəşəng yemək hazırla məndə hazırladım gedək mətbəxə günorta yediyim salatın üstündəyəm. Sən ilk öncə get əynini dəyiş qəza olmamış namazını qıl sonra gələrsən mətbəxə məndə gedim isidim yeməyi soyuqdu.
Alp Mia'ya təbəssüm edib "baş üstə" deyərək salondan ayrılıb yuxarı namaz otağına getdi. Mia yemeyi isidib süfrəni hazırlamağa başladı. Alp yuxarıdan enib süfrənin başına keçdi. Mia yeməyi serviz edib Alpın yanı başında əyləşdi, ele bu zaman Alpın telefonuna mesaj gəldi. Mia bir qaşını qaldırıb telefona baxdı.
-Sesizə al onu xahiş edirəm.
+Mia bu gün nə ( zəng gəlir) çox üzür istəyirəm, işdən olar cavab verim gəlirəm.
-Olmaz ! Özün demişdin axı bu evin bir qaydası var. Süfrədə heç kim telefona baxmayacaq, gələn zənglərə cavab verilməyəcək. Zəng edən adam ölməz yəqin ki, sonra cavab verərsən.
+Bu gün nə olub sənə ?
-Nə olmuyub ki, yoldaşıma bir xanım zəng edir,deyir planımız necə gedir, sənin davranışların qəribələşib, süpriz edəcəm deyirsən televizoru açmasaydım xəbərim olmuyacaqdı. Evə gələndən bir qəribə davranırsan deyəcəm içmisən ? Sonra xatırlayıram ki namaz qılan niyə içsin ? Yoxsa artıq məni sevmirsən ?
+Belə şeylər fikirləşdirdiyim üçün özümdən nifrət etməyə başlayıram. Qurban olduğum olan qalan ailəmsən səni itirsəm peşman olaram ve heç vaxt səni itirməyə razı olmaram. Bəs sən niyə belə davranırsan ? Mən düşünmüşdüm ki, sən o xəbərlərdən sonra məni qucaqlayacaqsan amma olmadı eybi yoxdu. ( Mia süfreden qalxıb onu qucaqlayır)
+Qurban olduğum. Nur gözlüm səni heç kimə dəyişmərəm.
-Yeməyi yeyəkde artıq əgər bir problem çıxsa evə təcili yardım çağıracaqsan.
Alp ona təbəssüm edib yeməyi yeməyə başladı.
+Hardan bildin mərci mənim sevdiyim yemək olduğunu ?
-E, bir yerlərdən öyrendim.
Onlar yeməklərini yedilər, bir-birlərinə kömək edib süfrəni yığıb yatmağa getdilər. Səhər Mia Alpı işə yola salıb, Azərlə birlikdə paltar almağa getdi. Axşama yaxın cütlük evdə hazırlaşmağa başladılar. Alp Mia'ya baxmağa başladı. Mia makyaj masasında s axtarırdı.
+Torpaq gözlüm nə axtarırsan ?
-Subaykən hər dəfə taxdığım üzüyüm var idi yoxdu tapmıram.
Alp kostumun iç cibindən qutu çıxardıb Mia'ya uzatdı.
-Nədi bu ?
+İlk yeni ilimiz mübarək, bizim evliliyimiz kağız üzərində oldu, adına söz çıxmasın deyə yüngül vari toy etdim, qohumların haqqında yaxşı şey eşitmədim. Bu bizi əbədi olaraq bağlayan üzüklərimizdir. Qutunun içində həm sənin, həmdə mənim üzüyüm var, və söz ver ki heç vaxt barmağından çıxartmayacaqsan.-Söz verirəm, nə yaxşı ki həyat yoldaşımsan.
Alp qutunu açıb üzükləri əlinə alıb qutunu masaya qoydu. Mia'nın üzüyünü barmağına taxıb öz üzüyünü ona verdi. Mia üzüyü Alpın barmağına taxıb güzgüdə özlərinə baxdı. Qara geyim ikisinədə yaraşırdı.
+Gözəlim bir çantaya bir neçə günlük geyim qoy və restoran kimi yerə gedəciyik ora uyğun geyimdən qoy uşaqlar gecəyə yaxın gəlib evdən götürəcəklər. Biz tez gəlsək biz götürərik. ( Mia ona tərs baxış atır) Mənə o gözlərlə baxma sənin sevəcəyin bir şey edirəm. Mia Alpın dediklərimi edib, evdən ayrıldılar. Salona daxil olanda bütün gözlər onların üstündə idi. Alp kişi geyimində, Mia isə qara libasda saçlarını burmuşdu, həfif makyaj etmişdi. Alpın bu qədər tez gəldiyini, üstəlik yanında xanım görən dostları təəccüblə onlara baxırdı. Alp Mia'nın əlindən tutub səhnəyə doğru addımladı. Mia'nı sağ görən Elşadın əlindəki içki yerə düşdü və qırıldı.
+Hər birinizin bayramını təbrik edirəm. Diləyim budur hər kəs mənim kimi xoşbext olsun, olmaq istəməyən özü bilər. Yanımda gördüyünüz mənim xanımım, qəlbimin sultanı, şirketimin yeni sahibi Mia Dağlıdır.
+Mənim bir suprimiz var, zəhmət olmasa onu gətirərdiniz.
Salona 20'ə yaxın adam daxil olub ikiyə ayrıldılar, və qapıdan Alpın üzü görsənməyən gizli işlərde sağ qolu olan dostu əlində qutu ilə daxil oldu. Alp qutunu dostundan alıb açaraq içini salondakı hər kəsə göstərdi.Qutunun içində boyun bağını götürüb Mia'nın boynuna taxdı. Mia'nı görən hər gənc qadın yoldaşına tərs gözlərlə baxmağa başlamışdı. Gecə boyunca şənlik dəvam etdi. Gənc cütlük hər kəslə sağollaşıb evə gəlib geyimlərin dəyişib hazırladıqları çantasını götürüb evdən ayrıldılar.
ŞİMDİ OKUDUĞUN
Sevgi peşəyə baxmır
Non-FictionBir borc söhbətinə görə evlənən gənc cütlük bir-birlərinin yarasını sağaldıb, son nəfəslərinə kimi bir-birlərini sevəcəklərinə söz verirlər. Başlarına gələn hadisələr belə onları ayırmır çünki bir-birlərinə ehtiyacları var.