Mart aylarının sonlarına yaxın gən cütlük özlərini yenə xəstəxananın qarşısında tapdılar.
Alp dərin nəfəs verib, maşından enib Mia'nında enməsinə kömək edib elindən tutub xəstəxanaya doğru irəlilədilər. Həkim bütün yoxlanışlardan Mianı keçirdib cavabları gözləyirdilər. Aradan dəqiqələr keçdi. Gənc cütlük cavabları öyrənmək üçün həkimin otağına daxil oldu.
+Mən sizi təbrik edirəm, 3 ay sonra gəlib cinsiyyətini öyrənə bilərsiz.
+Necə yəni ? Bizə ayın əvvəli problemi olduğunu dediniz axı
+Biz tibbdə buna möcüzə deyirik Mia xanım bu xəstəxanada stajdadı idi yalnız düz xatırlayıramsa Mia cərrahiyə bölməsində oxuyurdu yəni belə hadisələrlə tək-tük qarşılaşa bilər.
Mia və Alp sevinc dolu hallarında maşına oturub olanları düşünməyə başladılar.
+Bizim ki nadinc olacaq deyəsən, ayın başı deyir yoxdu olmuyacaq, artıq ayın sonudu deyir təbrik edirəm 3 ay sonra gələrsiz. Mənə çatmayan bir şey var, niyə indi demirsən 3 ay adamı gözlədirsən ?
-Alp, uşaq hələ noxud boydadı hər ay o böyüyür 3cü ayda artıq cinsiyyətin göstərir, gələn həftədən müayinələrə başlıyaq onun sağlamlığı hər şeydən önəmlidi.
+Narahat olma nur gözlüm, evə gedək sənə bir şey göstərəcəm.
-Yenə supriz ?
Alp başı ilə təsdiqləyib maşını işlətdi.
-Yadıma düşmüşkən deyim bil, hər hamiləlikdə hormonlar olur durduq yerə məni ağlayan görsən qorxma.
Alp yenə başı ilə işıqforun dəqiqəsinə baxdı.
-Mən elə hiss edirəm ki qız olacaq, səncə ?
+Nə olur olsun sağlam olsun ən önəmlisi odu.
-Danışdı molla. Mən sənə deyirəm ki uşağ səncə nə olacaq qız yoxsa oğlan ne hiss edirsən bir ata olaraq ?
+Qız uşağı mələydi...
-Oğlanda şeytan ?
+Gözəl gözlüm izin ver cümləmi bitirim.
-( gülərək) yaxşı, yaxşı susdum bitir cümləni.
+Qız uşağı mələydi, onu böyütmək qaradan çəhrayıya keçmək kimidi gərək nazı ilə oynayasan. Oğlan uşağı isə...
-Şeytandı ( gülməyə başlayır)
+Mia ! ( oda gülür) hələ inana bilmirəm ki həyatım olan, ailəm dediyim xanımdan övladım olacaq.
~Aradan 3 ay keçir.
+Haydi Bismillah !
Alp maşından enib Mia'yanın düşməsinə kömək edib, həkimin otağına doğru getdilər. Mia yoxlanışdan keçib hekimin otağına gəlməsini gözləyirdilər.
+Sizi təbrik edirəm oğlunuz olacaq.
Alp Mia'nı bağrına basıb qucaqlayıb, saçından öpürdü. Maşına əyləşib evə doğru getdilər. Alp Rəsula və Azəri evə çağırıb salona keçdi.
+Deməli nəsil davamçısı oğlum olacaq və adı Araz olacaq.
-Xeyr Dəniz !
+Araz !
-Dəniz !
+Araz olacaq söhbəti bağla !
-Xeyr Dəniz olacaq, xatırladım ki uşağı dünyaya gətirən mənəm !
+Uşağın bezinidə alan mənəm !
+Bir dəqiqə niyə dalaşırsız ? Ondansa Dəniz Araz olsun. Biriniz Dəniz deyin digərinizdə Araz.
+Elə şey olur Rəsul ? Qərar verilmişdir. Araz olacaq bəs Azər səmcə nə olsun adı ?
+Mən Rəsulun fikriylə razıyam. Dəniz Araz olsun gəlinbacı Dəniz deyənde müdür səndə Araz deyərsən.
-Mən ikisinində fikri ilə razıyam. Dəniz Araz olsun.
+Bilirsiz nə var ? Nə Dəniz olsun nədə Araz rəhmətliyin adın qoyacam Fizuli olsun
-Ölülərə hörmətim var, adın düşər-düşməzi olur.Dəniz Araza razı olmasan oğlumla birlikdə səni yataqdan qovarıq çox sevdiyin divanda yatarsan.
+Nə ilə təhdit edəcəyini yaxşı bilirsən razıyam Dəniz Araz olsun. Hazırlaş aparıram sizi İsmayıllıya oğlumla gəzməyə gedirik.
O söhbətin üstündən 6 ay keçdi. Mia həkimin ona qoyduğu diaqnoz əsasında doğumuna 1 həftə qalmış xəstəxanada yerləşdirilmişdi. Alp Mia'ya dediyi kimi mafyalıq işini Rəsul qəbul etməsədə ona vermişdi. Şirkətdə dəyişikliklər etdirib Mia'nın stajını bitirib həkim vəzifəsi verməsində müdürü razı salmışdılar. Alp işlərini tezliklə bitirib xəstəxana çıxışına bir çox planlar hazırlatmışdı.
~1 həftə sonra~ 07.11.23
Onlar bu gün 2 nəfər deyil 3 nəfər olmuşdular.
-Bəzən insan qabaqcadan nəsə deməməlidir. Mən evləndiyimiz gün və o qaçırıldığım günü desiyim söz üçün peşmanam.
+Hansı söz ?
-Bizim xoşbəxt ailə olacağımızı düşünmə demişdim amma indi ən xoşbext ailə məncə bizik. Bizi bu həyatda dim-dik saxlayaq oğlumuz var. Xoş gəldin möcüzəm. Anasının şəhzadəsi
+Və atasının varisi. Unutmayın məni zəhmət olmasa. Deməli həyətdə aslan oğlumun gözəllər gözəli anasının hədiyyəsi dayanır pəncərədən ora baxsanız sevinəcəm.-Sevdiyim bu çox baha hədiyyədi və mənim pravam yoxdu sürə bilmərəm.
+Sen və oğlum siz ikiniz mənim üçün bu həyatda ən bahalı hədiyyəsiniz o ayrı lakin pravam yoxdu bilirəm Azər özəl sürücündü məndə boş vaxtım olanda sənə sürməyi öyrədəcəm Dəniz Araz bir az böyüsün prava alacam sənə narahat olma.
Onlar artıq 3 nəfərlik ailə oldular.
Bölümün sonu.
( fotolar pinterest programından tapılmışdır)
____________________________________
Sizdə sizi sevənləri yada sevdiklərinizin qədrini bilin və onlara hörmət edin. Bəlkədə sevdiyiniz insanlar sizə Alp kimi yoldaşına maşın hədiyyə edə bilməz ve yaxud tanınmış iş sahiblərinin gözünün önündə boyunbağı (sep) hədiyyə edə bilməz unutmayın səvən hər cür sevgisini göstərir. Heç kimin sevgisini bir hədiyyə ilə ölçməyin. Hekayədə rol alan adlar hamısı yazar Ayan tapıb heç yerden oğurluq deyildir və adların hər hansısa hekayədə işlənməsinə könüldən razı deyiləm. Oxuduğunuz üçün çox təşəkkürlər.
ŞİMDİ OKUDUĞUN
Sevgi peşəyə baxmır
No FicciónBir borc söhbətinə görə evlənən gənc cütlük bir-birlərinin yarasını sağaldıb, son nəfəslərinə kimi bir-birlərini sevəcəklərinə söz verirlər. Başlarına gələn hadisələr belə onları ayırmır çünki bir-birlərinə ehtiyacları var.