Musiqlər🎧: let me down slowly, qadın, darıxıram
Bu hekayəni beynimdə öldürdüyüm insanlara bağışlayıram.....🌙❤️🩹
Günəşin pəncərədən sızan narahat edici işığı ilə yuxudan oyandım. Bu işıqdan nifrət edirdim.
Əlimdə olsa günəşin bir günlük çıxmasını əngəlləyərdim. Dekabr ayı olmasına rəğmən hələ də hava günəşli idi.Əlimi gözümə sipər edib, yorğanı üstümdən çəkdim. Yastığımın altındakı telefonu çıxardıb saata baxdım. Yenə iki günkü kimi alarmımdan tez durmuşdum. İki gündü gecələri gec yatırdım. Hətta dünən 24 saat yuxusuz qalmışdım.
Xəstəxana da işlər dəyişmişdi. Arşivdəki sənədlər oğurlanmışdı. Bütün işlərimiz bir birinə girmişdi. Buna görə iki gecədir ki, bu işlə məşğul olurdum.
Çılpaq ayaqlarım yerlə təmas etdikdə ayaqlarımın buz kəsdiyini hiss etdim. Nə vaxt stress olsam, bədənim buz kəsərdi. Və buna maneə ola bilmirdim.
Ayağa qalxdım və vanna otağına keçdim. İşlərimi həll etdikdən sonra vanna otağından çıxıb mətbəxə keçdim. Tez koffe hazırladım və fincanı əlimə alıb stolda oturdum. Başım dəhşət dərəcədə ağrıyırdı. Cəmi 3 saatlıq yuxu ilə həyatda qalmağa çalışırdım...
Birdən telefonumun səsi ilə düşüncələrimdən xilas oldum. Telefonun ekranına baxdıqda zəng edənin Melin olduğunu gördüm. Başımın bəlası...
"Aloo?!!"dedi Melin qışqıraraq. "Melin?" Dedim cavab gözləyərək. "Suzanna, müdir az öncə lənət olası qrupa yazıb ki, hamı xəstəxanada olsun. Bugün İtalya'dan həkimlər gələcəkmiş. Əgər, bugün içində sənəd məsələsini həll etməsək bizim üçün yaxşı şeylər olmayacaqmış. Yəni, biz sadəcə 4 saat içində milyonlarca sənədi təzədən həll etməliyik. Suzanna, anlaya bilirsən bu nə deməkdir??. Və bunu etməsək bizi işdən atacaqlarmış.." dedi. Dərin nəfəs aldım sonra "Melin, bu qədər işçini bir anda işdən çıxarda bilməzlər. Yenə və yenə çox təlaşlısan. Sənədlərin %90'ni həll etmişəm. Yarısını da 3 saata həll edərik" dedim. Arxadan nəyinsə düşmə səsini eşitdim.
"Suzanna, sən tanrı tərəfindən bizə göndərilmiş bir mələk olmalısan. Çünki, bu qədər işi sadəcə 2 günə bir insan həll edə bilməz" dedi. Melin həmişəki kimi hər şeyi böyüdürdü.
"Melin həmişəki kimi hər şeyi böyütmə. Nəysə, xəstəxanada görüşərik" dedim və telefonu bağladım. Melin çox danışırdı və mən çox danışan insanları sevməzdim
Koffemi bitirdikdən sonra otağıma keçdim və üzərimə qara boğazlı dizimin altında olan bir don geyindim. Qara botlarımı və qara paltomu geyinib, evdən çıxdım. Maşına minib radyodan qəşəng bir mahnı seçdim. Arxada Billie Ellishe'nin "six feet under" mahnısı gedirdi.
Çöldə hələ də günəş buludların arxasından özünü göstərirdi. Və bu məni həqiqətən narahat edirdi.
Xəstəxananın qabağında dayandığım da dərin bir nəfəs aldım. Çünki, bugün içimi qara buludlar sarmışdı. Nəysə olacaqdı.
Maşınımı uyğun bir yerdə park etdikdən sonra xəstəxanaya girdim. Girərgirməz gözüm Ahu'nu axtardı. Amma ortalıqda yox idi.
"Zeynəb, Ahu bugün işə gəlməyib?" Dedim qeydiyyatda oturan sarışın mavi göz qıza. " Yox doktor. Hələ ki, gəlməyib. Amma gəlsə mən sizin otağınıza göndərərəm." Dedi. Başımı oldu mənasında salladıqdan sonra otağıma çıxdım və kompüterdə sənədlərin dəvamını işləməyə başladım. Məni iki gündü yuxusuz qoyan bu lənət sənədlər...
Tam 1 saat sənədlərlə məşğul oldum. Sənədlərin yarısını tamamlamışdım. Amma, artıq beynim bunu etmək istəmirdi. Birdən qapı döyüldü və içəri Ahu girdi. Onu görər görməz üstünə atılıb onu sərt bir şəkildə qucaqladım. Bu lənət qız məni iki gündü o qədər əsəbləşdirmişdi ki, onu buracıqda boğub öldürə bilərdim. Amma bunu etmədim. Çünki, bu lənət qızı çox istəyirdim. "Ahu, sən iki gündü hansı cəhənnəmdəsən?!" Dedim səsimi yüksəldərək. " Sadəcə biraz iki gün sənsiz bir yerə getmək istədim. Və sən buna belə icazə vermirsən Suzanna. Sanki, mən olmasam öləcəksən" dedi sözlərin üstünə basa basa
Ahu mənim balaca bacım idi. Hələ 25 yaşında idi və tibbi bu il bitirmişdi.Mənlə yaşamırdı. Və bu mənim üçün yaxşı bir şey deyildi. Çünki, o ailəmdən tək yadigar idi və onu qorumalıydım. "Ölməyəcəm amma narahat qalacam. Heç olmasa telefonlarımı aça bilərdin Ahu!" Dedim səsimin tonunu qaldıraraq. "Offf, Suzanna artıq yorulmuşam sənin bu hallarından. Ayrı evə də çıxdım yenə də başımı buraxmırsan." Dedi. Sonra qapını açıb otaqdan çıxdı.
Artıq Ahunun dalından getmək istəmirdim. Buna görə artıq onun etdiyi pislikləri təmizləməyəcək, və onun dalından getməyəcəkdim. O, səhv edib dərs çıxartmalı idi. Çünki, mən həmişə onun yanında olmayacaqdım.
Yenidən komputerın başına keçdim və sənədlərin qalanını həll etdim.
2 saat sonra...
Birdən qapı şiddətlə döyülməyə başladı. Mən girin demədən içəriyə Aytac girdə və mənə " Doktor təcili hətta çox təcili xəstə gəlib təcili əməliyyata alınmalıdır. Əməliyyat otağını hazırlamışıq" dedi nəfəs nəfəsə.
Tez ayağa qalxdım və onunla bərabər əməliyyat otağına keçdim. Hər yer adamlarla dolu idi. Hətta bugün müdirin dediyi İtalya'dan heç kəs gəlməmişdi. Çünki, kimsə gəlsə idi Zeynəb yada Melin mənə xəbər verərdilər.
Əllərimi yudum və önlüyümü, əlcəklərimi geyindim. Sonra əməliyyat otağına keçdim. Xəstənin vəziyyəti həqiqətən çox pis görsənirdi. " Xəstə haqda məlumat!" Dedim qışqıraraq. Xəstə çox qan itirmişdi. "29 yaşında Əli Əhmədov. Silahlı vuruşma zamanı vurulub. Ambulansda iki dəfə ürəyi dayanıb" dedi Melin. İlk dəfə bu qədər narahat idi. Bu adam kim idisə elə belə adam deyildi. Yaraya baxdım və ilk pansuman etdim sonra mərmini çıxartdım. Nəbzi çox zəif idi. Buradan sağ çıxsa da sonra yaşama ehtimalı az idi. Mərmi ürəyinə girmişdi.
Mərmini çıxartmaq çox çətin oldu amma çıxardar çıxartmaz ürəyi dayandı. Tez əməliyyatı yarıda kəsib ürək masajına keçdim. Ürəyi nə qədər etsək təzədən atdıra bilmədik. " 200!!" Dedim elektron şoka keçərək. Olmadı. " 300!" Dedim təkrar amma yenə olmadı " 500" dedim. Bu axırıncı damla idi. Çünki, əgər bu səfərdə olmasa öləcəkdi.
Və olmadı. " Doktor, öldü. Olmur" dedi Aytac. Amma olmalı idi. Hələ çox cavan idi. Risk edərək "600" dedim. Hamı bir birinə baxdı. Amma aralarından sadəcə Melin " Suzanna, olmaz. Yaşatmaq istəyərkən öldürə bilərsən." Dedi " 600!" Dedim qışqıraraq. Amma yenə olmadı. Ürəyi atdıra bilmədik. Saata baxdım və " Ölüm saatı 17:28." Dedim və oradan çıxıdm. Əlimi yudum önlüyümu çıxartdım və ailəyə xəbəri vermək üçün çölə çıxdım.
"Doktor!! Əli... " Dedi sarışın bir oğlan. Çox cavan idi. 17 yaşlarının başında olmalı idi. "Biz əlimizdən gələni etdik, amma olmadı. Əli Əhmədov həyata gözlərini yumdu. Başınız sağolsun" dedim biranda arxadan bir qız üstümə atıldı. Arxadakı polislər onu üstümdən çəkdi "Siz qatilsiniz. Əlini... Öldü.. O öldü.." dedi qız kəkələyərək. Belə anları çox yaşamışdım buna görə də onları anlaya bilirdim.
Oradan uzaqlaşdım və otağıma keçdim. Çıxışıma az bir vaxt qalmışdı buna görə əşyalarımı yığıb arxa qapıdan çıxıdım. Əgər ön tərəfdən çıxsa idim, ölən xəstənin yaxınlarının hücumuna məruz qala bilərdim.
Maşına mindim və evə tərəf yol aldım. Evə çatdıqda bütün işıqları açdım. Pijamalarımı geyinib aşağı endim. Və yemək hazırlamaq üçün mətbəxə keçdim. Yeməyimi yeyərək sənədləri hazırlayırdım. Birdən bütün işıqları söndü. Və bu mənim yerimdə sıçramağıma səbəb oldu.
Tez telefonda fənlərin işığını açdım Amma mən hələ fənəri açmamış bir işıq mətbəxin içində peyda oldu və sonrası isə qaranlıq idi..
.........
Bu kitabı ümid edirəm ki, bəyənərsiniz. Kitabı oylamağı unutmayın. Gələcək bölümlərdə daha aksiyonlu bölümlər sizləri gözləyir☺️
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Mystery / ThrillerHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙