Musiqilər🎧: Loss control, big boy, older, feeling good
Bəzən, sadəcə həyatda qalmağa çalışmaqdır güc. Bəzən, ağlamamaq, bəzən dikbaşlılıq, bəzən isə belini dikəldib, çənəni yuxarı qaldırmaqdır güc.
Amma, elə bir an gəlir ki, bunların heç birini etməyə gücün, taqətin olmur. O an bir əl, bəlkə bir söz ya da bir şəkil ya da bir xatirə səni özünə gətirə bilər. Məni, o bataqlıqdan bir söz çıxartmışdı
Uşaq idim. Hava o gün çox pis idi. Yəni, günəşli idi. Atam mənə nisbətən günəşli havaları sevirdi. Atamdan o gün niyə hara getsəm göyə baxdıqda səmanı gördüyümü və göydə ay, günəş, ulduz olduqda mən hərəkət etdikdə onların mənlə birlikdə niyə hərəkət etdiklərini soruşmuşdum. Atam ölmüşdü və mənə "Mənim, balaca qızım, ay, günəş və ulduzlar bizlə birlikdə hərəkət etməzlər. Onlar, sadəcə olduqları yerdə dayanarlar və sən hara getsən səni tərk etməzlər. Yəni, mənim balacam, sən hara gedirsənsə get səma səni tərk etməyəcək. Sən, başını qaldırıb yuxarı baxdıqda səmanı görəcəksən. Səni, kim tərk etsə də səma tərk etməz qızım. Buna görə, sevdiklərimiz mələk olduqda, səmaya uçarlar və orada yaşamağa başlarla. Və, oradan sevdiklərini izlərlər. Beləliklə, sən səmaya baxdıqda sadəcə mavi bir səma görməyəcəksən, orada sevdiklərini də görəcəksən. Yağış yağdıqda, onlar ağlayır, qar yağdıqda onlar səni qucaqlamaq istəyir və hava günəşli olduqda isə onlar xoşbəxtdirlər deməkdir.
Bu sözləri dedikdə heçnə amlamamışdım. Amma, o sözlərdən iki gün sonra onlar öldükdə atamın yazdığı məktub sayəsində anlamışdım hər şeyi.
Məzarlıqdakı gecənin üstündə iki gün keçmişdi. Və, mən bu iki gündə dünyanı tərk etməyə qərar vermişdim. Zatən, burada heç kimim qalmamışdı. Və, mən hara getsəm də sevdiklərim yanımda yəni səma da olacaqdı. Gedəcəkdim buradan. O dünyanı onların başına yıxacaqdım.
Mən Suzanna idim. Yıxıldımmı, ayağa qalxmağını da bilərdim. Və qalxacaqdım da. Çünki, mən Süleymanın qızı idim.
Onlar mənim həyatımı, ailəmi əlimdən almışdılar və mən onlara elə bir oyun oynayacaqdım ki, heç birinin xəbəri belə olmayacaqdı. Onlar mənə etdiklərinin cəzası çəkəcəkdilər. Çəkməli idilər. Və mən, günahsız heç kimə heçnə etməzdim. Ailəmdən öyrəndiyim bu idi.
Qarlar lapa-lapa yağırdı. Və, hava olduqca qəşəng idi. Saatın gecə yarısı olmasına az qalmışdı. Və, onlar gələcəkdilər. Bilirdim.
Divanda oturmuş əlimdəki fincana və pəncərədən yağan lapa-lapa qarlara baxırdım. Bu gecə, son gecəm idi və hər şey artıq təzə başlayırdı.
Hər şeyi həll etmişdim. Xəstəxanaya getmiş və işimdən ayrılmışdım. Hamıya, İtalya'ya gedəcəyimi demişdim. Və, telefonumu itirdiyimi yenisini alacağımı demişdim. Məqsədim, mənə yazdıqlarında ya da zəng etdiklərin də və mən açmadıqda şübhələnməmələri idi.
Bir... İki....Üç....Dörd... Və o işıq.
Bu səfər işıq gəldi sonra isə Alvin.. Pis görsənmirdi amma bura gəlməsini anlamamışdım.
"Salam" dedi sakitcə gəlib yanıma oturaraq. Nə olduğunu anlamırdım.
"Salam?" Dedim sorgulayıcı səs tonu ilə. "Bura niyə gəldiyimi soruşursacaqsan bilirəm amma, mənimdə bura niyə gəldiyimi bilmirəm." Dedi üzümə baxaraq
"Yəni? Götürməyəcəksən məni o lənət yerə?" Dedim tərəddüdlə ona baxaraq.
"Aparacam. Amma.... Səni gördüm... Çox pis idin.... Yəni, biz belə şeyləri çox nadir yaşayırıq. Yas tutmaq bizə görə deyil.... Hətta, bəzən içimizdə mərhəmət hissi daşımağımız belə qadağandır. Amma, bilirəm qadağan olsa belə, içimizdə mərhəmət hiss var və bu bəzən elə bir anda meydana çıxır ki, özümüz belə təəccüblənirik. Səni görəndə, nədənsə sənin yanında dəstəyə yəni, göz yaşlarını silməyə kiminsə olmalı olduğunu düşündüm. Əslində, çox əvvəldən bura gələcəkdim amma, bizim qan içməkdən başqa, dünyaya gəlməyimiz qadağandır. Məndə, qan içmək bəhanəsi ilə bura gəldim." Dedi ara verdi. Və sonra dəvam etdi.
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Mystery / ThrillerHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙