5.bölüm "Çarəsizlik"

186 162 8
                                    

Musiqilər🎧: Fenekot mockingbird, ah canım sevgilim, adore you, eyess of you, ozeno, Talıb Tale başqadı, Nəfəs darıxmışam, Gönül Davası

İnsan bəzən, nə hiss etdiyini, necə bir şeyin içində olduğunu anlamadan həyatı məhv olur. Mən indi elə bir şeyin içində idim.

Heç kəsə danışa bilməzdim. Danışsam inanmayacaqlar. Həmişə, olduğu kimi.....

Mən oturub, yaşadıqlarımı belə sorğulaya bilmirdim...

Yağış yağırdı və saat 8 idi. Mən işə getməliydim amma buradan gedə bilmirdim. Getməliydim.

Birdən telefonumun səsi ilə olduğum yerdə səksəndim. Ekrana baxdıqda, Ahunun zəng etdiyini gördüm.

Nədənsə o an içimi qorxu sardı. Çünki, Ahu bu saatlarda ya yatar ya da işdə olardı.

İçimdəki, mənasız qorxudan xilas olub telefonu qulağıma götürdüm "Alo?" Dedim yorğun səsimi gizlətməyə çalışaraq.

Hıçqırıq səsi... Bu səs Ahu'ya aid idi. "Alo? Ahu??" Dedim təlaşla ayağa qalxaraq "Suzanna. Mən... Çox pisəm.. Olmur... Alınmır..." Dedi hıçqıra-hıçqıra ağlayaraq. Anlamırdım. Ahu məndən belə güclü biri idi və mən bəzən ağlasamda o sadəcə anamgil öləndə ağlamışdı. Çünki, bizim sözümüz var idi, anam və atam ikimizə də ayrı-ayrı söz verdirmişdilər. Bir-birimizdən xəbərsiz. Göz yaşlarımız birgün dəniz suyu qədər çox olsa, bizlə danışmayacaqlar.....

"Ahu, nə olub? Anlamıram nə olub? Niyə ağlayırsan?" Dedim son sözümü deyərkən səsimi alçaldaraq. Sanki, anamla atam eşidəcəkmiş kimi....

"Mən... Ölmək istəyirəm Suzanna. Mənə əngəl olmağa çalışma, sadəcə xəbərin olsun deyə deyirəm" dedi ağlamağı kəsərək

"Sən nə danışırsan? Nə ölməyi Ahu? Mənə danış nə baş veribsə həll edək. Heç bir şey çarəsiz deyil bilirsən. Həll edəcəm Ahu söz." Dedim çarəsizcə "Həmişəki, yerimizdə olacam. Gəlmək istəsən gələrsən" dedi və telefonun lənət olasıca bip səsi. Zəngi sonlandırmışdı

Tam ayağa qalxacaqdım ki, yenə eyni işıq qabağımda yandı və yenə eyni qaranlıq..

Yarım Saat Sonra...

Gözlərimi açdıqda yenə eyni yerdə idim. Yox bu, bu qədər çox tez olmamalı idi. Axşam burada idim və sadəcə 4 saata tapmış ola bilməzdilər Əlini...

Başım dəhşət dərəcədə ağrıyırdı. Və ağlıma gələn şeylə dəhşət içində ayağa qalxdım. Ahu o, intahar edəcəkdi.

Və mən burada idim. Onu oradan xilas etməliydim. Nəysə, olmuşdu bilirdim və mən heçnə edə bilmirdim.

Birdən qapı açıldı və içəri Ceyms girdi. Fikirli görsənirdi. O gələr gəlməz ayağa qalxdım. "Məni bura niyə gətirdiniz?!" Dedim qışqıraraq. Artıq həqiqətən çarəsiz idim.

"Bilməmiş kimi eləmə. Əlini tapdıq. Şükür elə ki, onu tapdıq" dedi

"Bax, mənim indi dünyada təcili getməli olduğum bir yer var. Ölüm qalım məsələsidi. Məni indi buraxın işimi həll edim sonra gələrsiniz yenə, Əli ilə də görüşərəm. İstədiyinizi edərsiniz amma indi olmaz. Həqiqətən olmaz." Dedim çarəsizcə. Biranda belim düşdü və mən nə qədər etsəm də dikəldə bilmədim. Olmadı.

"Bilirəm, amma edə biləcəyim bir şey yoxdu" Səsində kədər mi var idi?

"Biz buradan dünyanı izləyə bilirik və Aren yəni Əli tərəfindən və tanrıça Diana tərəfindən izlənirsən. Biz istəsək səni izləyə bilərik amma, buna bəzən ehtiyac duymuruq" dedi eyni üz ifadəsi ilə

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin