16. bölüm "İşgəncə"

84 66 6
                                    

Musiqilər🎧: boş adamlar, ay tənli qadın, yalan

🌙

Hər məğlubiyyət bir başlanğıcdır


O an belimdə bir əl hiss etdim. Və, bu hisslə irkilərək arxaya döndüm. "Sənə, ağlamaq yaraşmır ay üzlü qız" Bu səs Əliyə aid idi......

Tez əlimlə göz yaşlarımı silib ayağa qalxdım və gözlərimi ətrafda gəzdirdim. Ceyms yox idi. Lənət olsun ki, Ceyms yox idi və Əli tam önümdə idi.

Ay üzlü qız..... Bu sözü mənə ikinci dəfə deyişi idi. Və, bu söz mənə xoş gəlirdi.

Yox, Suzanna bu sadəcə bir oyundur!

"Mənə, nəyin yaraşıb yaramayacağını mən bilərəm və bu məni maraqlandıran bir şeydir. Səni deyil!" Dedim bütün qəzəbimi ondan çıxaraq. Ceyms məni satmışdı. Ya da, onu aparmışdılar.

Amma ən azından sənə bir xəbər verə bilərdi Suzanna.

O satqındır! Ona güvənərək ağılsızlıq etdin!

Sən tam bir beyinsizsən Suzanna! Düşməninə görə çalışan bir əsgərdən öz mənfəətin üçün kömək aldın!

Bu bir qumar olsada sonda zərər görən sən oldun!

Amma bu onun olacağını bilirdi.

Bilsədə bu tam bir beyinsizlərin edəcəyi hərəkət idi...

Artıq beynindəki səslər bir-biri ilə dalaşmağa başlamışdılar. Və, mən nə edəcəyimi bilmədən Əlinin üzünə baxırdım. O isə mənə sanki beysiz biriymişəm kimi baxırdı.

Sən bu beyinsiz sözündən nə vaxt əl çəkəcəksən? Özünü əzmə! Sən beyinsiz deyilsən!

Beynimdəki səslər mənlə zarafat edirdi rəsmən!

"Bilirsən Gloria, sənə baxdıqda həqiqətən sənə acıyıram. Çünki, heç kəsin yoxdur! Bax, təksən! Və, ən önəmlisi beynindəki səsləri susdura bilmədən qumar oynamağa çalışırsan." Dedi kinayə ilə gülərək.

Yox, Tanırım! Mənim ağlımı oxuyurdu?

"Düz bildin! Sənin, ağlını oxuyuram. " Dedi əllərini bir-birinə çarparaq və gülümsəyərək.

Bu, Aren adlı şəxs gülməsə olmazdı?

"Bunun necə olduğunu sorğulamayacam çünki, sənin kimi oyunbaz birindən gözlədiyim hərəkətdir bu" dedim arxama baxaraq.

Heç kəs yox idi və o tək idi. Və, bir planı olduğunu bilirdim. Çünki, Aren heç vaxt plansız biri olmazdı.

Ona qəsd Əli deyəcəkdim. Halbuki, ona Aren adı çox gözəl yaraşırdı.

"Bir, planın olduğunu ikimiz də, bilirik. Bura, gəlməyə səbəbin olmalıdır. Nə edəcəksənsə et və sonra get. Çünki, səni görmək istəmirəm" dedim qaranlıqda belə seçilən və parlayan qara gözlərinə baxaraq.

"Bir planım yoxdur. Sadəcə, səni görməyə gəlmişəm. Bu qədər pis bir vampirəm mən? Məncə, o qədərdə qəddar və əzazil bir deyiləm" dedi gülərək.

"Bugün məni cəhənnəmə atan və alovdan bir məxluqla boğuşamağıma sanki sizlər səbəb deyilmiş kimi davranma" dedim kinayə ilə gülərək

"Mən sarayda deyildim və xəbərim yox idi. Əgər, olsaydı belə bir sürpriz hazırlamazdım sənə. Daha, qəşəng və şahşalı fikirlərim ola bilərdi" dedi üzümə baxaraq.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin