Musiqilər🎧: bağışla, istərdim, zülmətim, necəsən bugün
Bəzən özümü boşluqda hiss edirdim. Sanki, bacara bilməyəcəkmişəm kimi, sonra özümə təkrarladırdım sən Suzannasan! Suzanna hər şeyi bacardı və bunu da bacaracaq!
Amma bəzən bu sözlər, o boşluqdan çıxmağıma kömək etmirdi. Nə qədər etsəm də boşluq məni içinə çəkirdi və orada həbs olurdum sanki.
Nə qədər belimi dikləşdirsəm də, bəzən olmurdu. Güclü ola bilmirdim.....
Səhər saat necə idi bilmirdim. Çünki, burada saat bizim dünyamızdakı kimi deyildi.
İndi harada olduğumu belə bilmirdim. Amma, başımın bəlada olduğunu bilirdim.
Qaranlıq bir otaqda idim. Yanımda heç kəs yox idi amma içimdə nədənsizcə bir qorxu var idi.
Axşam, Elsu ilə dönüşüm etdikdən sonra Elsu ilə öz yataqlarımıza girib yatmışdım. Sonra isə, bir gecə vaxtı boğazımda bir əl hiss etmişdim və huşumu itirmişdim.
Gözlərimi yavaşca araladım. Gözlərim üsyan edirdi rəsmən.
Birdən başımdan aşağı bir soyuq suyun boşaldığını hiss etdim.
Gözümü araladıqda bunun Lena olduğunu gördüm. Lənət qız......
"Oyandın lənətli şeytan? Bizdən xilas olacağını düşündürən nə idi sənə? Sən, deyəsən kimlə oyun oynadığını bilmirsən" dedi gülümsəyərək. Amma bu gülümsəmə içtən deyildi. Bu, kinayə ilə gülümsəmə idi.
Danışa bilmirdim. Sanki, məni susdurmuşdular.
"Nə oldu? Niyə danışmırsan?" dedi Lena. Bu səfər qəhqəhə ilə güldü
Gözlərim bulanıq gördüyü üçün ətrafı tam görə bilmirdim.
Çətinliklə də, olsa "Səni öldürəcəm...." Dedim tıslayaraq.
Arxadan gülmə səsi gəldi. Bu, səs mənə çox tanış idi.
"Görəsən, birazdan bunları deyə biləcək?" Dedi Lena. Bu qızı həqiqətən öldürəcəkdim... Mənə gülsə də onu öldürəcəm....
Artıq ətrafı görə bilirdim. İlk dəfə gəldiyim yerdə idim. Başımda, Lena var idi.
"Məncə, indidən yastığının altına bıçaq qoyub yatsan yaxşı olar. Çünki, mən dediyimi edirəm" dedim gülümsəyərək
"Bunu nəzərə alacam." Dedi üzünü buruşduraraq.
Sonra isə içəri Aoran girdi. Qolumu və ayağımı açtı və Lenaya baxdı. Lena, başını aşağı yuxarı salladı və Aoran məni sərtcə qolumdan tutub otaqdan çıxartdı " Bırax, qolumu! Lena səni öldürəcəm! Andım olsun ki, səni öldürəcəm!" Dedim qışqıraraq.
Lena isə sadəcə arxada gülürdü.
Bunlar niyə olurdu ya da, məni hara götürürdülər bilmirdim. Və, niyə hər şey bu qədər mənasızca və tez olurdu onu belə bilmirdim. Çünki, mən axşam yatdıqdan sonra bunlar necə icazəsiz saraya gəlmişdilər? Elsu nə edirdi?
"Burax qolumu! Sənə son dəfə deyirəm qolumu burax və məni hara apardığını de!" Dedim qışqıraraq
"Tanrıçanın yanına gedirsən balaca xain" dedi Aoran kinlə və sonra isə " Bilirsən, Gloria eyni atan kimisən. Onun kimi, xəyanətə meyilli birisən." Eyni kinlə dəvam etdi
Sözləri qarşısında, özümə hakim ola bilməyib qolunu dişlədim. O, isə acılar içində qolumu çəkdi və sonra isə daha sərt qolumu tutub yoluna dəvam etdi.
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Misterio / SuspensoHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙