10.bölüm "Sevdiklərindən bir parça"

174 148 5
                                    

Musiqilər🎧: lose yourself, without me, end of begining

Mən ölsəm, göz yaşlarımı buludlara saxlayın...🌨️

Bir çox kitabda, filmlərdə ölümün necə olduğu haqda oxumuşdum. İnsan oxuyarkən, çox ciddiyə almır. Alsa belə, dərinlərdə yaşaya bilmir. Amma, indi mən bütün bədənimdə ölümün soyuqluğunu hiss edirdim.

Qəribə bir yerdə idim. Hər yer qaranlıq idi. Və, ətrafda heç kəs yox idi. Ruhum başı-boş bir şəkildə gəzirdi ətrafda. Qışqırmaq istədim, kömək istədim amma sanki səsim çıxmadı. Səsim tutulmuşdu sanki.

"Ana..." Dedim çətinliklə. Amma, səs yox idi. Heç kəs yox idi və mən dəli kimi üşüyürdüm. Qorxudan deyildi bu. Bu, ölümün soyuqluğu idi.

Biranda, bədimdən tər boşalmağa başladı. Bu nə idi belə?

Ahu... O burada idi. "Ahu?..." Dedim qışqıraraq. Amma, səsim o qədər yavaş çıxmışdı ki, mən belə çətinliklə eşitmişdim.

Ona doğru qaçmağa başladım. Qucaqlamaq istədim amma, qollarımın arasında toz oldu. O yenə yox olmuşdu.

Anam... O da burada idi. Amma, onu ağaca bağlamışdılar və nəfəs ala bilmirdi sanki.

Ona tərəf qaçdım amma önümə qəribə bir şey çıxdı. Yanğından göl... Hara qaçsam önümə bu çıxırdı.

Qışqırdım. Anama səsləndim amma səsim yenə çıxmadı. Boğulurdum... Və ölürdüm....

Birdən bir əl hiss etdim belimdə. Arxamı çöndükdə bunun Melin olduğunu gördüm. "Melin...." Dedim ona tərəf gələrək. O isə geri-geri gedirdi.

"Sən, lənətlisən Gloria. Sən ölməlisən!" Dedi Melin. Yox, bu mənim Melinim deyildi. O belə, baxmazdı.

"Melin..." Dedim amma sözümün arxasını gətirə bilmədim çünki, artıq o soyuqluq bədənimdə yox idi. Və, artıq nə anam, nə Melin nə də, yanğından göl var idi.

Artıq, sanki ruhum bədənimə geri qayıtmışdı. Səslər gəlirdi amma uğultulu eşidilirdi. "Aren, bu etdiyinin qarşılığını alacaqsan. O, ölsə başına gələcəkləri yəqin bilirsən" dedi Ceyms. Bu səs Ceymsə aid idi.

Sonra, isə səslər yenə kəsildi.


Yarım saat sonra....

Gözlərimi açdıqda xəstəxana otağına bənzər bir yerdə idim. Artıq, ölümün soyuqluğu yox idi. Qəribə yuxular görmüşdüm. Amma, indi hər şey artıq aydın idi.

Otaq ağ rəngdə idi. Və, yanımda çoxlu iynələr, dərmanlar var idi.

Otaqda heç kəs yox idi. Və, hava olduqca qaranlıq idi. Bütün pərdələr çəkilmişdi. Öz, evimdəki kimi....

Birdən, qapı açıldı və içəri tanrıça girdi. Necə olurdu? Tanrıça mənə görə bura mı gəlmişdi?

"Gloria, necə oldun?" Dedi yavaş yavaş yanıma yaxınlaşaraq. Cavab vermədim. Onlar məni zəhərləmişdi. Ölməyimi istəmişdilər və, mən bu saatdan sonra elə bir müharibəyə səbəb olacaqdım ki, fəlakətin səbəbi olacaqdım.

Susmağım onu təəccübləndirmiş olacaq ki, qaşları havalandı və "Bizdən, şübhələnmək də haqlısan. Amma, narahat olma mən cəzasını verəcəm. Heç kəsin sənə yada başaq birinə bunu etməyə haqqı yoxdur." Dedi və mənə diqqətlə baxmağa başladı. Sanki, məndən bir şey bir işarə yada bir hərəkət gözləyirdi Amma, mən sadəcə susdum. Susacaqdım və susmağa da dəvam edəcəkdim.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin