2.bölüm "Bilinməzlik"

225 173 8
                                    

Bu kitabda keçən bütün hər şey tamamən reallıqdan uzaqdır. Xoş oxumalar☺️

Musiqilər🎧 Girls need love, friends,qəlbimin aynası,face to face
....

Gözlərimi açdıqda tanımadığım bir yerdə olduğumu gördüm. Mən bir evdə idim. Və bura tərk edilmiş bir evə bənzəyirdi. Ayağa qalxdığım da əlim yada ayağımın bağlı olmadığını gördüm. Pəncərəyə tərəf baxdıqda dəmirlər olduğunu gördüm. Qapıya gəldikdə isə kilidli olduğunu gördüm. Bunlar gözlədiyim şeylər idi.

Sadəcə qəribə olan bura gəlmədən öncə bir işığın göründüyü sonrasının isə tamamən qaranlıq olması idi. Çünki, heçnə xatırlamırdım. Huşumu itirmişdim və bunu etmək üçün mənim başıma nəysə ilə vurulmalı idi. Yada dərman verilməli idi. Dərman verilsə indi özümü pis hiss edərdim.Qusardım, ürəyim bulanardı və bir müddət çox şeyi anlaya bilməzdim.

Birdən qapı açılmadan içəri iki cavan oğlan girdi və bu mənim yerimdə donub qalmağıma səbəb oldu. Çünki, onlar qapının kilidini açmamışdılar. Onlar içəri qapının içindən keçib girmişdilər və bu həqiqətən çox qorxunc idi.

Onlara qorxduğumu göstərməmək üçün çənəmi qaldırdım və belimi dikləşdirdim. Nə qədər güclü görsənsəm o qədər çox yaşayardım. Çünki, zəif gücsüz və qorxaq insanları məğlub etmək asan iş olardı.

"Alvin, sənə dedim qapının kilidini açıb içəri girək?! Amma sən həmişəki kimi mənə qulaq asmadın!" Dedi uzun boylu qara uzun saçlı biri. Qəribə birinə bənzəyirdi. " Sus!" Dedi adının Alvin olduğunu öyrəndiyim oğlan. O, uzun saçlı oğlandan bir az kısa idi və sarı saçları var idi. Sarı saçları alnına yapışmışdı. Şirin birinə oxşayırdı amma üzü bunun tam əksini göstərirdi.

"Siz? Necə? Kimsiniz siz?!" Dedim son sözümü qışqıraraq. "Biz sənin dünən əməliyyatda xilas edə bilmədiyin adamın yəni Əlinin hər şeyləriyik. Onun... Nəysə nə! Onu orada xilas edə bilmədin. Etməliydin. Sən osan bilirik!!. İndi ya bizə hər şeyi danışıb xilas olarsan yada başına gələcəkləri iki qat yaşayarsan!" Dedi uzun boylu adam.

Bunlar nə danışırdılar bilmirdim. Anlamırdım. O zatən mən onu xilas etsəm də yaşamaycaqdı. "O da hamı kimi bir insandır və mən ona nə etsəm o yaşamayacaqdı. Çünki, mərmi ürəyinə dəymişdi və bunun sonu ölümdən başqa bir şey deyil. Siz istədiyinizi edin hətta istəsəniz məni öldürün amma onu xilas etmək üçün mən bir huri yada mələk olmalıydım. Çünki, onu normal bir insan oradan xilas edə bilməzdi." Dedim çənəmi qaldırıb danışaraq. Onlar nədən danışırdılar bilmirdim. Amma burada tutulmağım mənasız və vaxt itkisi idi.

"Bizə yalan danışma. Hər şeyi bilirik. Səni o göndərdi. Bilirik" dedi Alvin sakit səslə və dəvam etdi "Əli bizim hər şeyimiz idi. O bizim qolumuz, ayağımız idi. Onu bizdən alaraq bizi məhv etməyə çalışırlar və bunu siz insanlar edirsiniz. Yəni, belə deyim bizə xəyanət edib insanların arasında yaşayan vampirlər. Yəni bizlər. Səndə onlardan birisən və səni onu öldürməyin üçün Frank göndərib bilirik" dedi uzun boylu oğlan

Alvin uzun boylu oğlanın qoluna vuraraq onu susdurdu. Sanki, ağzından bir şeylər qaçırmış kimi. "Baxın, mən sizi anlayıram. Əli dediyiniz adam...." Demişdim ki, uzun boylu adam sözümü kəsib "Əli dediyimiz adam yox! Əli." Dedi üstünə basa-basa. " Yaxşı, Əli sizin üçün dəyərli biri ola bilər. Amma, kimi axtarırsınızsa mən o deyiləm. Mən sadə bir həkiməm. Və o gün təcili bir xəstə gəldiyini dedilər məndə əməliyyata aldım. Adam zatən öləcəkdi. Ürəyi dayanacaqdı. Frank deyirsiniz, vampirlər.... Anlamıram. Mən onların heç birini tanımıram" dedim.

İkisidə bir- birinə baxdılar. Sonra "Sən, Frankın qızı deyilsən? Yəni, Gloria." Dedi Alvin. " Yox!. Mənim atam illər öncə qəzada ölüb və mən sadəcə onu 7 yaşıma qədər görmüşəm və onu adı Frank yox, Süleymandır. Və adım Suzannadır!" Dedim üstünə basa-basa.

İkisi son dəfə baxışdı və sonra otaqdan gəldikləri kimi çıxdılar. Onlar çıxar çıxmaz yerə çökdüm. Onların qabağında belə görünmək istəmirdim. Və hara getdiklərini də bilmirdim. Vampirlər kim idi, Gloria, Frank. Heçnə anlamırdım. Ahu indi nə edirdi? Melin? Onlar yoxluğunu hiss edib polisə şikayət edə bilərdilər amma çox qəribə bir yerdə idim və onların yoxluğumu hiss etmədiklərini düşünürdüm. Hətta, içimdən bir səs başqa dünyada olduğumu deyirdi.

Yox Suzanna sadəcə aksiyonlu çox kitab və film izlədiyin üçün bunları düşünürsən. Və biz 21 əsrdə yaşayırıq. Bunların olma ehtimalı %0.5 belə deyil.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin