9.bölüm "Bir qədəh qan"

469 147 12
                                    

Musiqilər🎧: Favorite, with my hoe, these days, cry, after hours, unuduram

Bu hekyədəki, hər şey reallıqdan uzaqdır🌙


Bədənin burada olsa da, ruhun burada olmaz bəzən. Mən indi elə idim. Bədənim, burada idi, amma ruhum dünyanı tərk etmişdi.

Amma, mən gücsüz görünə bilməzdim. Bu, bu dünyada istəyəcəyim son şey belə deyildi.

Tanrıçanın otağında idim. Otaqda Miles, Ceyms, Alvin və tanımadığım bir neçə sima var idi.

Aralarında sadəcə bir qız mənə tanış idi. Qara eynəkli bir qız. Bu qız mənə tanış idi. Amma, beynim o qədər dolu idi ki, bunu aydınlaşdıra bilmirdi.

Qız, mənə sanki məni öldürəcəkmiş kimi baxırdı və bu məni o qədər qəzəbləndirirdi ki, onu oracıqda öldürə bilərdim. Amma, təbii ki bunu etməyəcəkdim...

Qızdan baxışlarımı çəkdim, və baxışlarımı digərlərinə çevirdim.

Mavi göz bir oğlana çevirdim baxışlarımı. Sarışın idi və keçəl idi.

Sakit birinə bənzəyirdi amma baxışları ölü kimi idi. Sanki, bir ölüyə baxırdım. Elə ruhsuz və boş bir baxış idi bu.

Gözlərimi digərinə çevirdim. Saçı, biraz uzun idi və gözləri qara idi. Çox, qəribə bir aurası var idi. İnsana hüzur verən bir aura. Sakit birinə bənzəyirdi o da.

Tanrıça ortalıqda yox idi. Və, ayaqda durmaqdan ayaqlarım üsyan qaldıracaq dı rəsmən....

Baxışlarımı yenə eynəkli qıza çevirdim. Yenə, eyni şəkildə baxırdı. Yox, mən bu qızı burada öldürəcəkdim.....

Tanrım, axı məndə nə var idi ki, hamı mənə sanki düşmən görmüş kimi baxırdı?

Güldürmə, məni Suzanna. Sən, zatən onlar üçün bir düşmənsən..

İç səsim ilk dəfə doğru danışmışdı. Mən onlar üçün bir düşmən idim. Və, onlara çox pis bir xəbərim var idi, onların elə-belə bir düşməni yox idi, onların hər gecə bir gözü açıq yatmaları olacaqları bir düşmənləri var idi. Və, onlar gülməli kimi mənə sədaqət andı içdirəcəkdilər.

Qapının açılma səsi ilə baxışlarımı eynəkli qızdan çəkdim və o da məndən çəkdi. Şükür Rəbbim...

Tanrıça gəldi və, yerinə oturdu. Yerinə oturana qədər mənlə göz təmasını kəsmədi. Sonra isə mənə baxıb yalançı bir  gülümsəmə ilə "Xoş gəlmisən Gloria." Dedi. Damarıma basmaq istəyirdi amma, mən bu ayaqlara gəlməzdim. Gəlməyəcəkdim də.

Mən də onun kimi gülümsədim və "Xoş gördük tanrıça" dedim.

"Burada niyə olduğunu yəqin ki, bilirsən" dedi və sonra Alvin'ə bir baş hərəkəti etdi və sonra Alvin əlində qırmızı bir şeyi Tanrıçaya uzatdı. Tanrıça əlinə aldı və onu öptü sonra isə alnına qoydu.

Əliylə, yaxınlaşmağım üçün işarə verdi.

Məndə, yavaş addımlarla ona doğru yaxınlaşdım. Bir anda divarda bir şəkil yansıdı və bu mənim yerimdə donub qalmağıma səbəb oldu. Divarda, bir-bir həyatımda itirdiyim insanlarla olan şəkillərim görsəndi.

Yox, Suzanna burada olmaz. Əymə başını, dik tut belini, qaldır çənəni Suzanna. Sən bu deyilsən....

Zatən, belim dik, çənəm yuxarı və başım dik idi.

Baxışlarımı oradan çəkdim və Tanrıçaya çevirdim. Üzündə, zəfər qazanmış bir ifadə var idi. "Siz.." dedim dişimin arasında tıslayaraq. "Biz və biz Suzanna" dedi içəri girib qolunu iki yana açaraq Əli....

Adımı vurğulayaraq demişdi. Baxışlarımı ona çevirdim və necə baxdımsa üzündəki gülümsəmə silindi amma sonra yenə geri gəldi...

Mən bunu öldürəcəkdim. Və, elə bir şəkildə edəcəkdim ki bunu, mənə yalvaracaqdı.... Öldürəcəkdim onu....

"Siz, iyrəncsiniz." Dedim diksinərək baxaraq.

Əli, elə bir qəhqəhə çəkib güldü ki, səsi otaqda yansılandı. "Nə oldu? Yoxsa, lənətli biri olduğunun təsdiqi olan bir video səni narahat mı, etdi? Ha? Balaca insancıq. Hamınız eynisiniz" dedi diksinərək.

Güldüm, ona və bu olanlara inad güldüm və "Biz, insanlar yəni sizin bəyənmədiyiniz insanlar, sizlər kimi insanların yarasına basıb şərəfsizlik etmərik. Bu, bizə zidd olan bir hərəkətdir. Sizi bilmirəm, amma bu bizdə belədir" dedim gülümsəyərək

Gülümsəməsi solmadı. Bir anda eynəkli qız "Sizlərlə bizim fərqimiz budur. Siz, hisslərinizə hərəkət edirsiniz və həmişə məğlub olursunuz. Amma, bizlər bu səhvi etmirik." Dedi.

Üzündə o qədər qəzəb var idi ki, görən elə bilərdi ki, sanki ona nəysə etmişdim.

Bu qız həqiqətən mənə, çox tanış gəlirdi.

"Bizlərin, hissləri ilə hərəkət etdiyini haradan çıxartdın? Bizlər, sadəcə şərəfsizlik etmərik." Dedim

"Sakit! Aren, bu etdiyin üçün sənlə danışacam və bu düzgün bir şey deyil" dedi Tanrıça qəzəblə.

"Gəl, Gloria" dedi. Gəldim və aradakı məsafəni bağladım. "Bunu öp və alnına qoy. Sonra isə bu sözləri təkrar et.

A los vampiros, les prometo y juro que no los traicionaré ni los decopcionaré.

Sözləri təkrar etdim. Xəyanət edəcəyimi bilə-bilə etdim bunu. Sonra isə, mənə bir qədəh verdilər. İçində qan var idi. "Xoş gəldin, Gloria. Yaşasın vampirlər!" Dedi Ceyms mənə qədəhi uzadaraq. Sonra isə, öz əlindəki qədəhə vurdu və içməyə başladı. Məndə içməli idim və şübhə çəkməmək üçün içməyə başladım.

Sanki, mən bunu neçə ildir ki, içirdim. Dadı, o qədər aşina idi. İçdim. Və, o an başım dönməyə başladı. Otaqdan çıxdım. Bu hərəkətimin başıma iş açacağını bildiyim halda çıxdım oradan. Onların qarşısında gücsüz görünə bilməzdim.

Hansı, otağa girdiyimi belə bilmədim, qapını açdım və açar-açmaz qusmağa başladım. Allah'tan, bura vanna otağı idi.

Ayağa qalxdım amma qalxar-qalxmaz, yerə yıxıldım. Gözlərim yavaşca bağlanmağa başladı. Gözlərimindən yaşlar axmağa başladı. Məni, zəhərləmişdilər...... Ölməyimi istəmişdilər və mən sanki ölürdüm. Çünki, bədənimdə ölümün soyuqluğu var idi....

..........
Hellooooooo Gənclər.... Öncəliklə, bayramınız mübarək. Oruc tutanların oruclarını Allah qəbul etsin🤍.

Öhömm. Gələk, bölümüzə. Birazcıq qısa bir bölüm oldu🤏. Amma, siz idarə edin. Gələcək bölümlər də bommbbaaaaa şeylər olacaqqqq😍

Bəyəndinizsə, oy verməyi unutmayın🌙❤️‍🔥

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin