Bu hekayədə olan hər şey tamamən reallıqdan uzaqdır. Xoş oxumalar
Musiqilər🎧 let on you, runaway, bored, happier than ever, o bilər mən bilərəm
Gözlərimi açdıqda öz otağımda idim. Biraz başım ağrıyırdı. Saata baxdıqda saatın gecənin 2'si olduğunu gördüm
Ayağa qalxıb bütün işıqları yandırdım. Nə qədər işıqlardan nifrət etsəmdə......
Sonra, telefonumu əlimə alıb Ahu'ya zəng etdim. Ahu mənə 8 dəfə Melin 10 dəfə zəng etmişdi və tonlarca mesaj atmışdılar.
Bir neçə çalışdan sonra Ahu telefonu açdı, ilk öncə "Alo?" Dedi yuxulu səslə. Gözünü açmadan telefonu açdığını bilirdim. Səs vermədim, sonra birdən "Suzannaaa?!"dedi təlaşlı səslə sonra dəvam etdi "Sən başını itirmisən? Bilirsən mən sənə nə qədər zəng etdim? Polisə gedəcəkdim amma dua elə Melin qarşı çıxdı" dedi əsəbi səslə.
"Evdə deyildim, təcili şəhərdən çıxmalı oldum. Və telefonu yanıma almaq tamamilə yadımdan çıxıb." Dedim dünyanın ən məntiqsiz yalanını uyduraraq. İnanmayacağına əmindim. Və, ona hər şeyi danışacaqdım. Melinə də danışmağı düşünürdüm. Çünki, əgər onlar məni buradan götürdüklərində onlara hər dəfəsində yalan uydura bilməzdim.
"Nəysə nə, Suzanna! Birdə mənə xəbər vermədən heç bir yerə getmək yoxdur." Dedi. Yalan danışdığımı anlamışdı. Çünki, əgər inansaydı çox sorğulayardı.
"Yaxşı" dedim və biraz havadan sudan danışdıqdan sonra telefonu söndürdüm.
Bütün mesajlara qısa cavablar verdikdən sonra, aşağı endim. Qonaq otağındakı laptop'mu açıb vampirlər haqqında araşdırma etdim
Araşdırmalarımdan çıxan nəticələrə görə vampirlər qaranlığı sevirlər, Alvinin də dediyi kimi heyvan qanı içmirlər və insanlara aşiq ola bilməzlər.
Biran bunların məndə olub olmadığını sorğuladım. Məndə qaranlığı sevirdim və günəşdən nifrət edirdim. Heyvanların qanından irgənirdim. Buna görədə, Qurban Bayramında qoyun və ya hər hansısa bir qurbanlıq heyvanı kəsdiklərində orada dura bilməzdim. Uşaq vaxtı nə vaxt Qurban Bayramı olsa və heyvan kəssələr, sadəcə qusardım.
İnsan qanı.... Bəs insan qanına qarşı istək.... Bu olmuşdu. Bir dəfə bir əməliyyatda olmuşdu. Ürək əməliyyatı idi və mən biranda özümü qana susamış kimi hiss etmişdim. O an o xəstənin qanını içmək istəmişdim. Amma, özümə əngəl olmağı bacarmışdım. Və bu bir neçə dəfə olmuşdu. İlk başlar bunun sadə bir maraq olduğunu düşünmüşdüm. Amma, işlər elə deyilmiş...
Ahu... Ona nə deyəcəkdim? Mən bir vampirəm və sən mənim bacım deyilsən mi deyəcəkdim? Yox bunu etsəm Ahu bir daha özünə gələ bilməyəcəkdi. Anamla atamın ölümdən sonra birdə bunu heç vaxt qaldıra bilməzdi.
Bəs Melin? Ona desəm hər şeyi böyütdüyü kimi bunu da böyüdəcəkdi və bu Ahunun qulağına çatacaqdı.... Buna görə də ikisinə də deməyəcəkdim. Zatən, mənlə birlikdə qalmırdılar. Və bu işimə gələn bir şey idi
Mətbəxə keçib soyuducudan tapdığım şeylər çörəyin arasına yığıb sandivich kimi hazırladım və yanında içməyə meyvə şirəsini alıb yeməyə başladım. Bu həyatda sevdiyim şeylərdən biri də yemək yemək idi...
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Mistero / ThrillerHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙