7.bölüm "Solmuş güllər"

179 155 10
                                    

Musiqilər🎧: so far, dear God, koptu ipim, can l exist, belə gözəldi o, derinlerde, bilməzdim

"İnsanın həyatda çox sevdiyi insanları itirməsi çox pis bir şeydir" demişdi atam bir dəfə. O vaxtlar anlamamıştım nə demək istədiyini. İndi o qədər yaxşı anlayırdım ki.....

Qəlbimin ortasında böyük bir yanğın var idi və o yanğını heç kəs söndərə bilməzdi. Gözlərimin önündə, iki çox sevdiyim insan ölmüşdü və mən heç bir şey edə bilməmişdim. Çünki, mən tam bir beyinsiz idim.

O gecənin üstündən 1 həftə keçmişdi və mən hələ də özümdə deyildim. Bir həftə boyu hər gün dayanmadan qar yağdı. Hâlbuki, hər qar yağanda Ahu ilə qış evimizin həyətində bir birimizi soyuqdan öldürənə qədər qar topu oynayardıq. İndi isə o yox idi.... Və yağan qarın isə bir mənası yox idi.

Melin... Mənim bu həyatda güvəndiyim ikinci insan... Mənim ikinci bacım.... Onun heç bir günahı yox idi və o günahsız Melinim acımasızca öldürülmüşdü.

Və, mən heçnə edə bilməmişdim....

Bir həftə beynimdə ki, səslər susmurdu. Onlar qatil olaraq Əlini hədəf göstərmişdilər. Mən ondan zatən şübhələnirdim. Amma, sadəcə bir həftə... Sonra, zatən intikamımı alacaqdım. Mən çünki, Suzanna idim və indiki səssizliyim sadəcə yas tutduğumu göstərirdi. Özümə əlbəttə gələcəkdim və gələr gəlməz olacaqlar sadəcə bir fəlakət yaratmayacaqdı... O... Əli... Mənim canımdan belə çox sevdiyim insanın ölümünə səbəb olmuşdu. Və, beynimdə susmaq bilməyən səs Ahunun ölümündə Əlinin barmağı olduğunu deyirdi. Və, o səs heç vaxt yanılmazdı.

Axşam saat 12 idi və mən Ahunun otağında idim. Bir həftə boyunca onun evində qalmışdım. Təbii, qalmaq deyiləcəksə.... Çünki, ruhum burada deyildi. Bədənim burada olsada....

Ahunun kompüterinin başında idim və bir həftə boyunca açmağa cəsarət edə bilmədiyim kompüteri açmağa qərar vermişdim. Açaqdım və o lənət şeyin içindəkiləri görəcəkdim.

Qapağını yavaşca qaldırdım və şifrə ilə qarşılaşdım şifrəni bilirdim. Çünki, bir həftə boyunca şifrəni açmağa çalışmış, çətinliklə də olsa tapmış amma, içinə baxmağa cəsarət etməyib geri bağlamışdım.

Şifrə girdim və açdım. Bir həftə boyunca boş boş baxdım ekran yenə eyni sıxıcılığı ilə qarşımda idi. Mesajların olduğu yerə baxdım. Hər şey normal görsənirdi. Ailə bilmə ehtimalı var idi.

Ahunun sevgilisi var idi və onla mesajların üstünə girdim. Hər şey normal idi. Amma, Ahu onla bir həftə öncə danışmışdı. Və bir həftə boyunca mesajlarına cavab verməmişdi. Bu qəribə bir şey idi. Çünki, Ahu onla hər gün danışardı. Və, onu çox sevirdi. Hətta, evlilik planları belə var idi...

Oradan çıxdım və e-mailə girdim. Orada heçnə yox idi. Yox... Var idi... Bir mesaj...

Qəribə bir adı idi, və Ahu ölmədən bir gün əvvəl mesaj atılmışdı.

Muerteysangre: Bugün hazır ol. Sabah hər şeyi həll elə və elə eləki, öl. Yoxsa, olacaqları bilirsən

Muerteysangre: Qorxma, bacın bir şəkildə həyatda qalar. Və, zatən yası bir həftə çəkər, sonra həyatına dəvam edər. Ailənizdə olduğu kimi.

Adında baxışlarımı çəkmədim. Bu adam kimi idisə onu tapıb öz əllərimlə öldürəcək sonra da cəsədini elə bir yerə göməcəkdim ki, yada elə bir şəkildə məhv edəcəkdim ki, ölmüş insanların yanında olmasın...

Məni, ən çox məhv edən son sözü olmuşdu.. Ailənizdə olduğu kimi.... Kim idi ki, O? Və ailəmizi haradan tanıyırdı?

Ahu bunlara mesaj atmamışdı. Amma, oxumuşdu. Və, buradan da bu nəticəyə gəlirdik ki, ölümü planlı olmuşdu... Tapacaqdım. O kimsə, onu tapacaqdım və dediklərimi edəcəkdim

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin