6.bölüm "Məhv oluş"

181 156 7
                                    

Musiqilər🎧: white mustang, you belong to me, l need my girl, biri var,uzaqlaşmaq istədim

Oy verməyi unutmayın. Xoş oxumalar🌙🤍

Artıq öz dünyamda idim. Saatlardır Ahu'ya zəng edirdim amma açmırdı. Miles yalan danışmışdı dünya ilə o lənət olasıca yerin saatları eyni idi. Və mən çatmamış ola bilərdim..... O ölə bilər.... Bu düşüncə məni məhv edirdi.

Həmişəki yerimizdə olacam demişdi. Ağac ev. Buradan çox uzaqda deyildi. Amma, gəzərək getsəm çatmayacaqdım. Sanki, acığa məni dəniz kənarına göndərməmişdilər. Məni xəstəxannın yanına göndərmişdilər. Və maşınım yanımda deyildi.

Yoldan taksi çevirdim və adresi verdim. Saat 10 idi. 2 saatdır orada idim və bu iki saatda hər şey ola bilərdi.

10 qəqiqə sonra ağac evin yanında idim. Ürəyim yerində çıxacaqmış kimi atırdı. Qaçırdım və sanki, səma mənə pis bir şey olacağından xəbər verərmiş kimi, dəhşətlə göydən yağış damcılarını tökürdü. Nədənsə o an bu damcıların anamla atamın gözyaşları olduğunu düşündüm.

Mən tam bir beyinsiz idim. Ailəmin əmanətini qoruya bilməmişdim.

Qapını açmağa çalışdım amma, açılmadı. Yumruqlamağa başladım. Amma, yenə də səs yox idi. Pəncərələrə baxdım heçnə görsənmirdi. Biranda geri çəkildim və qapıya sərt bir təpik atdım. Qapı taxtadan olduğu üçün açılmışdı.

Tez hər yerə baxdım. Heç bir yerdə yox idi. Sonra, o otağa girdim. Orada idi. Yatağın üstündə oturmuşdu və əlində haradan tapdığını bilmədiyim bir silah var idi. Birdə yerdə bir şəkil.

Məni gördükdə üzümə baxmadı. Sadəcə əlindəki şəklinə baxırdı. "Gələ bildin axır ki." Dedi üzümə baxmayaraq.

"Ahu o əlindəki şeyi mənə ver" dedim yanına yaxınlaşaraq "Mən bugün anamla atamın yanına gedəcəm Suzanna" dedi baxışlarını üzümə çevirərək.

"Mənim, gözyaşlarım artıq dəniz suyunu dolduracaq qədər çoxdur. Mən, ölümə layiqəm. Mən, ölsəm bəlkə məni bağışlayarlar" dedi yerə baxaraq və hıçqıra-hıçqıra ağlayaraq.

"Bax, yalvarıram eləmə. Mənə, bizə, özünə bunu etmə.... Həm, anamla atam bizi həmişə bağışlayıb. İndidə bağışlayar bilirsən.  Qoy əlindəkini yerə" dedim

"Yalvarma. Sən yalvarmarsan heç kəsə. Zatən bir mənası yoxdur yalvarışlarının." Dedi sonra əlindəki şəklə daha diqqətlə baxdı. Şəkil bizim ailə şəklimiz idi və bu uşaqlıqda Tomris bibinin evində itmişdi. O gün şəklimiz itdi deyə çox ağlamışdım.

Sonra əlindəki silahı ürəyinin üstünə qoydu. "Eləmə. Yox Ahu. Mən sənsiz yaşaya bilmərəm.... Olmaz Ahu.... Nə olar yalvarıram" dedim. O an səsim sanki çıxmırdı. Tutulmuşdu.

"Yaşayarsan. Mən özümü bu dünyaya aid hiss etmirəm. Olmur.... Alınmır.... Həm, əgər mənim ölümüm səni narahat etsəydi, o lənət olasıca işindən çıxıb yanıma tez gələrdin. İki saat məndən daha önəmli xəstəxanada qalmazdın. Eşidər eşitməz yanıma gələrdin Suzanna" dedi. Səsi titrəyirdi.

Əlimi ona doğru uzatdım ki, heçnə etməsin amma qorxduğum şey oldu biranda bir səs gəldi və Ahu qollarımın arasına yıxıldı.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin