3.bölüm "Keçmişin külləri"

205 164 8
                                    

~Bu kitabda keçən hər şey  tamamən reallıqdan uzaqdır. Xoş oxumalar🌙~

Musiqilər🎧
Baş hərfimiz, olmayanım, everything I wanted, brutal

Hisslərimdə heçvaxt yanılmamışdım. Və içimdən bir səs bu səfər də yanılmayacağımı deyirdi.

Tam yarım saat olmuşdu və hələ də otaqda tək idim. Alvin və uzun boylu oğlan hələ gəlməmişdi. Və bu məni narahat edirdi.

Birdən qapının ilk öncə kilidinin açılma səsi gəldi sonra, birdən Alvin, uzun boylu oğlan və keçəl bir oğlan içəri girdi. Keçəl oğlanın bir gözü mavi digər gözü qara idi. Keçəl oğlan gəzəndə özümü gülməmək üçün çətin tutdum çünki, çox gülməli gəzirdi. Qollarını açır, çənəsini yuxarı qaldırır və ağır-ağır gəzirdi. Bu qulağa havalı bir giriş kimi gəlsədə gözlərinizlə gördükdə gülməli görsənirdi.

Saçı tam keçəl deyildi. Sarı az saçları var idi. "Alvin, gəzəndə ayağımı tapdalama! Havamı söndürürsən." Dedi yekəpər oğlan. Tanrım səsi... Səsi çox gülməli idi. Bir oğlana görə çox incə idi.

Kənardan necə görsənirdim bilmirəm amma içimdə gülməmək üçün savaş verdirdim. "Salam Frankın qızı. Özünü necə hiss edirsən? Yəni xainliyin ikinci günündəsən necəsən? Acsan? Acmısansa sənə bir qədəh qan verək." Dedi gülərək. Qan nə əlaqə? Təbii... Beyinsiz Suzanna. Əlbəttə, ki... Onlar vampirdirlər və qan içmələri çox normaldır.

"Mən Frankın qızı deyiləm. Adım Suzannadır!" Dedim. Mənə Frankın qızı deməsi xoşuma gəlməmişdi. Çünki,  mənim atamın adı Süleyman idi.

Mən bunu deyəndə, keçəl oğlan qəhqəhə çəkib güldü. Amma, bu içdən idi sanki. Yada mənə elə gəldi o an. "Alvin, sizə dedim səhv qızı gətirmisiniz. Bu sadə bir insancıqdır." Dedi yekəpər oğlan gülərək. Sonra məni ələ salırmışcasına baxaraq. Bu baxışa dayana bilmədim və saatların verdiyi yorğunluq, hirs ilə danışmağa başladım

"Bəsdirin!. Mənə, insancıq deməkdən, Frankın qızı deməkdən, qatil və Gloria deməkdən əl çəkin. Mən heç kəsə heçnə etməmişəm. Bunu neçə dəfə deyim sizə bilmirəm. Əli.... Yəni, o sizin üçün dəyərli biri ola bilər. Amma, yenə deyirəm o öləcəkdi zatən" dedim yekəpər oğlanın, Alvinin və uzun boy oğlanın üzünə tək-tək baxaraq. Heç birində hiss deyişimi olmadı. "Bax, Suzanna biz sənə hər şeyi danışacağıq. Və sən də bizə hər şeyi danışacaqsan amma ilk öncə səni yalan aparatına qoşacayıq. Yalan danışıb danışmadığından əmin olmaq üçün." Dedi uzun boylu oğlan. Əlbəttə ki bunu qəbul edəcəkdim. Çünki, bu mənim buradan xilas olmağım üçün tək şansım idi. "Razıyam. Nə vaxt istəsəniz gəlib qoşarsınız. Mənim üçün problem yoxdur" dedim

Yekəpər oğlandan başqa hamısı çölə çıxdılar və gəlmələri çox çəkmədi. Əllərində dairə bir şey var idi. Və kompüter. Dairə şeyi başıma qoydular və məni qəribə bir stula otuzdurdular. Stul da qəribə toklar var idi. Alvin gözümün içinə baxaraq danışmağa başladı. "Biz sənə suallar verəcəyik və səndə sualları cavablandıracaqsan. Suallara yalan cavab verməyə çalışma zatən burada biz görəcəyik." Dedi və suallara başladı

"Əlini öldürməyin üçün səni Frank göndərib?"

"Yox" Bir iki, üç... Və yaşıl işıq.

"Əlini ölümündə barmağın var?"

"Yox" Yaşıl işıq

"Sən Frankın itmiş qızı Gloria'san?"

"Yox" Bir iki üç.... Qırmızı işıq və qəribə səs.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin