13.bölüm "Dönüşüm"

142 126 4
                                    

Musiqilər🎧: S.U.S, Duman, sənə görə, Favorite

"İnsan üçün ən vacib olan şeylərdən biri ailədir" deyə oxumuşdum bir kitabda. O zamanlar kədərlənmişdim. Səbəbi həmin vaxtlar anamla atamın ölümü idi.

Amma mənim bir ailəm yox imiş....

Yox Suzanna, sənin ailən var. Keçmişinə xəyanət etmə!

Önümdə uzun saçlı və uzun saqqallı bir adam dururdu.

Qorxu, həyacan yada kədər gözlədim amma heç biri yox idi. Sadəcə nifrət var idi. Sadəcə kin... Həyatımı məhv etmişdi. Qısa bir müddətdə həyatımı məhv edən o idi.

Mənə hamıya baxdığı kimi baxırdı. Sanki, yoldan keçən hər hansısa biriymişəm kimi....

Zatən eləsən beyinsiz Suzanna!

Baxışlarımı ondan çəkdim və özümü sakit aparmağa çalışdım. "Bir əmiriniz var mı kralım?" Dedi Elsu baş əyərək.

Məndə onun kimi başımı əydim. Çünki, gözlərini məndən çəkmirdi. Və, bunu etməli olduğumu düşündüm.

Bu həyatda ən nifrət etdiyim şey, birinin mənə belə baxması idi. Özümü narahat hiss edirdim....

"Bu yeni qonağımız kimdir belə? Yeni, sürgün olunan vampirdir?" Dedi baxışlarını məndən çəkib Elsuya çevirdi

"Mənim xalam qızıdır. Alessia Grey. Təmizlik işi ilə məşğul olacaq mən ilə bərabər." Dedi Elsu baş əyərək. Niyə, sadəcə baş əyridi anlamırdım amma mən də diqqət çəkməmək üçün baş əyirdim.

"Sizə, xoş günlər" dedi və o da baş əyib yoluna dəvam etdi. Bu hərəkəti məni təəccübləndirdi.

Ağlımda suallar yaranmağa başlamışdı. Birincisi, kralın bu saatda öz otağında olması lazım deyildi? Və, onun normal insanların ya da vampirlərin olduğu qatda nə işi var idi?

İkincisi isə o niyə baş əymişdi? Normalda, bir krala baş əyilir bir kral isə uzağı qarşılıq verərdi. Amma, bu kral tam tərsini etmişdi. Elsunun ilk dəfə etdiyi kimi qarşılıqsız bir baş əymə idi bu...

Gözlərimi, yumdum və özümə sadəcə 1 dəqiqə beynimdəki səslərin susması üçün möhlət verdim. Təbii ki, də onlar susmayacaqdı. Amma, mən yenə də etmək istəmişdim. Çünki, susmurdular..... Və, bu səs bir dənə deyildi. Sözün əsil mənasında mən saymağı buraxmışdım. Və, belə məsələlərdə başlayırdılar danışmağa və mən belə özüm fikirləşə bilmirdim. Anlaya bilmirdim, bəzən hansı mənim öz fikrimdir ya da real hisslərimdir?

"Heyyy, Suzanna" dedi adımı pıçıltı ilə söyləyərək Elsu.

"Ahhh, üzür istəyirəm. Ağlım başqa yerdə idi." Dedim əlimi öndə birləşdirib önə uzadaraq.

"Gəl" dedi gülümsəyərək. Onun arxasınca getdim. Qəribə bir yerə gedirdik....

Gəldiyimiz yer, bir arşiv kimi bir yer idi. Burada, çoxlu qutular və dağınıq olan bir neçə əşyalar var idi. "Bunları, təmizləməliyik" dedi Elsu əli ilə tozları təmizləyərək. Hər yer toz idi. Və, olduqca dağınıq bir yer idi bura. "Buradan, minlərlə var və sürgün olunan vampirlər buranı təmizləmək üçün iki-iki və ya üç-üç qruplara bölünürlər. Bizdə sənlə birlikdə buraları təmizləyəcəyik. Təbii, səndə istəsən" dedi mənə baxaraq.

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin