11.Bölüm "Qaçış"

159 145 6
                                    

Musiqilər🎧: we still don't trust you, slut me out 2, the kill, onu bağışlamaq olar mı?

Sadəcə gülümsə... :)

Bəzən, insan özünü boşluqda hiss edir. O, boşluq əslində keçər deyə düşündüyümüz bir şey deyil. Çünki, o boşluq insanın əlindən bütün hisslərini alır və çox uzaqlara məhkum edir.

Uşaqlıqda, hissləri olan biri idim. Sevirdim, sevinirdim, kədərlənirdim. Amma, indi heç bir şey hiss etmirdim. Qəlbimin ortasında böyük bir yanğın var idi amma mən o yanğını belə söndürmək istəmirdim...

Güzgüdə saçımın arxasındakı muncuqlara baxırdım. Bir səs eşitmişdim və kimə aid olduğunu bilmirdim. Və, biranda saçımın arxasına muncuqlar yayılmışdı. Və, bunun haradan gəldiyini belə anlamamışdım.

Otaqdan çıxdım, və kolidorda yavaş addımlarla gəzməyə başladım. Hava qaranlıq idi. Və, bu məni sevindirmişdi.

Buradan gedəcəkdim. Bu gecə, hər kəs yatdıqdan sonra buradan qaçacaqdım. Amma, hara gedəcəyimi belə bilmirdim. Sadəcə, buradan çıxıb getmək istəyirdim çünki, bura güvənli bir yer deyildi.

Ya, özümə yeni bir dünya quracaqdım ya da Frank deyilən adamın yanına gedəcəkdim. Onun artıq, dünyada olmadığını burada olduğunu deyirdilər. Özünə, yeni bir dünya yaratdığını və büyük bir yanğına səbəb olduğunu.

Amma, mən heç kəsin əmrində yaşamağı sevmirdim. Buna, görə də özümə yeni dünya quracaqdım. Amma, mən bura haqda heçnə bilmirdim. Bu dünyanın bir adı olmalı idi.

Bura, adaya bənzəyən bir yer idi. Ətrafda heç bir şey yox idi. Və, sarayın yanında çox böyük bir dəniz var idi. Mənim, sığınacağım yer.... Həmişə,dəniz olmuşdu və səma...

Ətrafda heç kəs yox idi. Və, məndə ətrafa baxmağa başladım.

Upuzun bir kolidorda idim. Divarlar sarı rəngdə idi. Və, yerdə qırmızı rəngdə xalça var idi. Divarlarda, qəribə şəkildə rəsimlər var idi. Qarmaqarışıq idi. Və, heçnə anlamaq olmurdu. Bu rəsmi hansı rəssam çəkibsə, onun da başı mənim qədər qarışıq imiş deyə keçirtdim içimdən.

Kolidorun sonunda, bir işıq gəlirdi və, pıçıldaşma səsləri.

Yavaşca ora doğru irəliləməyə başladım.
Qapının ağzında durduqda, buranın bir yemək otağına bənzər bir yer olduğunu gördüm. Upuzun bir masa var idi. Təxminən 30 yada 40 nəfərlik idi.

Masanın arxasında, tanıdıqlarım və tanımadıqlarım var idi. Başda, Diana otururdu, onun solunda Əli, sağında Alvin otururdu. Əlinin yanında Ceyms, Miles, bir qız, onun yanında Aoran, və onunda yanında Lucas.

Alvinin yanında isə, tanımadığım bir qız var idi. Gözləri, Əlinin üzərində idi və qəribə baxırdı. Saçları, qıvırcıq kimi idi amma tamda qıvırcıq deyildi. Belə, deyim sanki başında fen partlamışdı. Elə, bir havası var idi.

Aoranın yanındakı qız eynəkli olan qız idi. Diana, qəribə saçlı qıza "Adalyn sən necə oldun. Qolun, necədir?" Dedi o qıza baxaraq.

Adı Adalyn idi. Anlamı lider demək idi. Öz qərarlarını verən və heç kəsə qulaq asmayan. Baş qaldıran idi qısaca.....

Kod Adı:GloriaHikayelerin yaşadığı yer. Şimdi keşfedin