Musiqilər🎧: yenəmi sən, yaxşı ki varsan, uzaq ol ondan Ayaz Babayev
Həyatda çox qumar oynamışdım. Bu oyun olaraq deyildi, bu həyatda etdiyim ya da qazandığım uğurların səbəbi idi. Qumarda həmişə qazanan tərəf mən olmuşam. Amma, bugünki qumarı qazanmağım məni çox sevindirmişdi. Çünki, bu sadəcə bir qumar deyildi. Bu, əslində bir çox şeyin başlanğıcı idi.
Oxumuşdum və həkim olmuşdum. Bunu əvvəlki Suzannaya desəniz sizə gülərdi. Çünki, onun həyatında ən xoşbəxt olduğu an bütün çətinliklərə rəğmən oxuyub həkim olduğunu öyrəndiyi gün idi. Amma, artıq mən balaca bir uğlara belə günlərcə sevinə bilərdim. Çünki, mənim burada qazandığım uğurlar elə-belə uğurlar deyildi.
Ceyms, Elsu və mən otaqdan çıxdıqdan sonra özümüzü bir müharibənin ortasında tapmışdıq. Elsu ona dediyim kimi tək gəlməmişdi. Bir neçə əsgər ilə gəlmişdi. Ağlımda olan tək sual isə bu olanlardan Frankın xəbərinin olub-olmaması idi....
"Gəlin...." Dedi Elsu bizə yol göstərərək. Onun arxasınca gedirdik. Və, olduqca bitgin vəziyyətdə idik. Ceymsin bir gözü bağlanmışdı. Və, çətinliklə gəzirdi.
Məndə yaxşı deyildim amma buna o qədərdə əhəmiyyət verməyəcəkdim.
Bir yerdə dayandıq və Elsu bizə baxdı. Sonra isə "Vəziyyətiniz çox ağırdır. Yaxşı görünmürsünüz. Buna görə sehr etməliyəm" dedi Elsu və sonra isə "Gözlərinizi bağlayın" dedi və o qədər yorğun idik ki, o nə desə edirdik sorğulamadan. Gözlərimi bağladım və bir neçə dəqiqə sonra "Aça bilərsiniz" dedi Elsu və gözlərimi yavaşca araladım.
Orada idik. Mənə tək hüzur verən yerdəydik. Buranın mənzərəsi həqiqətən insanı sakitləşdirən tipdə idi. Sanki, bütün bədənim artıq sakitləşmiş, ağrılarım artıq bitmişdi.
Hava olduqca sakit görünürdü. Amma, sanki qara buludlar özünü göstərməyə başlamışdı. Sanki, yağacaq yağışdan xəbər verirdi.
Elsu, Ceyms'i qolları arasında tuturdu mən isə özüm gəzəcək halda olduğum üçün Elsuya ehtiyacım olmurdu.
Artıq sarayın qapısının önünə gəlmişdik. Qapıda bizi iki qardiyan qarşıladı. Bizə baxdı sonra isə başı ilə Salam verərək, geçməyimiz üçün qapını yavaşca açdı.
İçəri də çöl kimi sakit idi. Yavaş addımlarla kolidorda gəzirdik. "Bizim buraya gələcəyimizdən xəbərləri var?" Dedim ağlımdakı ilk sualı verərək.
"Məktubu onlara göstərdim. İnandılar, ya da inanmış kimi etdilər amma qəbul etdilər" dedi Elsu "Krala heçnə demədim. Burada, kraldan sonra bütün xəbərlər Kendrick deyə bir katibəyə verilir. Bütün icazələr onun tərəfindən verilir. Ona dedim icazə verdi. Hətta, sizin üçün yaralı olsanız xəstəxanada yer belə ayırtdırdı." Dedi Elsu.
"Anladım..." Deyə bildim sadəcə. Sonra isə sakitcə yolumuza dəvam etdik. Ağrılarım çox idi və hər an yıxılıb huşumu itirə bilərdim. Çünki, başım dəhşət dərəcədə dönürdü.
Xəstəxanın yanına çatdıqda, özümü yerə atmamaq üçün çətin tutdum. Çünki, həqiqətən huşumu itirəcək kimi idim. Bu lənət olası vampirlər mənim başıma necə vurmuşdularsa özümdə deyildim sanki.
Xəstəxanın girişində bir vampir var idi. Bir şeylər dedi amma mən anlamdım çünki onu dinləyəcək ya da dediklərini idrak edəcək halda deyildim.
Heç bir reaksiya vermədiyimi görən Elsu vampir həkimlə özü danışmağa başladı.
Sonra isə bizi içəri aldılar. Otaq olduqca böyük idi və yan-yana onlarca yataq var idi xəstələr üçün. Və, dərmanların olduğu bir yer var idi. Hər yatağın yanında pərdə var idi. Bunları çəkdikdə yanındakı xəstə ilə aranızdakı pərdəyə görə bir-birinizi görmürsünüz.
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Mystery / ThrillerHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙