Musiqilər 🎧: bəli, istəmirəm, heç vaxt, Favoriter
Bəlkə də səma insanlardan uzaq olduğu üçün bu qədər gözəldir....❤️🩹
Birdən belimdə bir əl hiss elədim. Yox, biri məni görmüşdü....
Arxamı çöndükdə gördüyüm mənzərə ilə qorxub qorxmamaq arasında qaldım. Çünki, arxamda tanımadığım bir qız var idi. O, onlardan deyildi. Amma, ya o sarayda qalırsa və mən onu görməmişəm isə.....
"Heyy, qorxma dostum. Mən, sadəcə sənə sənin pis olduğunu düşündüyüm üçün yanına gəlmək istədim. Yaxşı, görünmürsən" dedi gülümsəyərək.
Çox açıq mavi rəngdə gözləri var idi. Üzü, ağappaq idi və sarı saçları var idi. Çox gözəl görünürdü....
"Mən, Elsu. Elda krallığından olan. Tanımıya bilərsən. Yəni, ora sürgün olunmuşam. Yeniyəm yəni. Sən?" Dedi 32 diş gülümsəyərək.
İnsanlara tez güvənməməliydim. Onlara, tez inanmamalıydım. Amma, iç səsim bu qıza güvənə biləcəyimi deyirdi.
"Suzanna.... Mən də yeniyəm. Yəni, biraz qarışıqdı məndəki..." Dedim.
Mənə doğru yaxınlaşdı. Üzümə diqqətlə baxmağa başladı. Sanki, bir şey axtarırmış kimi..... "Səni birinə bənzədirəm amma kimə?" Dedi. Daha çox sanki özü ilə danışırdı.
"Frank?" Dedim bezmiş halda. "Hahh. Bizim imparator. Onu çox bənzəyirsən. Ən çox da, belindəki ləkə diqqətimi çəkdi. Onda da, belə bir ləkə var və bu dünyada o ləkədən sadəcə onda var. Yəni, şey.... Arxadan gəldiyim üçün gördüm. Narahat etdimsə üzür istəyirəm" dedi əllərini öndə birləşdirərək.
"Yox, yəni.... Nəysə.... Mən..... Onun qızymışam..... Yəni, eləymiş" dedim kəkələyərək. Nə dediyimi belə bilmirdim. Daha çox öz özümə danışırdım. Sanki, bunu özümə dəfələrlə təkrarlasam buna alışcaqmışam kimi....
Qarşı tərəfdən bir səs gəlmədi uzun müddət. Sonra isə "Sən lənətli olan itmiş qız Gloria'san?" Dedi üzümə təəccüblünmiş şəkildə baxaraq. "Aha..." Dedim onu təsdiqləyərək.
"Səndən bir şey istəyə bilərəm?" Dedim 5 dəqiqəlik sakitçilikdən sonra. "Təbii ki." Dedi Elsu gülümsəyərək.
"Məni, Frankın yanına apara bilərsən?" Dedim bütün planlarımı məhv edərək.
Bir müddət düşündü sonra isə "Bura, balaca qardaşımla görüşmək üçün gəlmişdim. Yəni, sənlə qarşılaşmasam onla görüşəcəkdim. Buralarda bir yerlərdə olmalıdır. Onla görüşməliyəm. Məni, burada gözlə gələcəm. Sonra, birlikdə geri qayıdarıq." Dedi gülümsəyərək. "Yaxşı" dedim onun kimi gülümsəyərək.
Sonra, bir saniyə belə çəkmədən gözdən itdi.
Burada təbii ki, də tək deyildim. Beynimin içi həmişə çox dolu və səs-küylü olurdu.....
Bütün planımı məhv etmişdim. Özümə hələ ki, yeni dünya qurmaq xəyalını qadağan etmişdim. Çünki, beynimdəki səslər toplanıb belə qərar vermişdilər.
Bura haqda heçnə bilmirdim. Və, burada heç kəsi tanımırdım. Buna görə orada yaşayıb plan quracaqdım. Daha da, çox yanıma alacaq birilərini tanıyacaqdım.
ŞİMDİ OKUDUĞUN
Kod Adı:Gloria
Mystery / ThrillerHər şey Suzannanın o əməliyyata girməsi ilə başladı. Bir əməliyyatın həyatını alt üst edəcəyindən xəbərsiz Suzannanın macəralarını oxumağa hazır olun🌙