Beyimde yüzlərcə hekayələr var.Hər gün biri daha əlavə olunur bunlara.Mənə görə əsas olan hekayənin qurğusu deyil əsas olan hekayənin hər hansısa bir səhifəsində özümü tapacaq cümlələrin olmasıdır.Bu hekayəm mənim ilk göz ağrım,ilk yuxusuz gecələrimin bəhrəsidi.Qurğusunun necə olduğu yazdıqlarımın mənasının olup olmamasını fikirləşmədən içimdən gələnləri yazdığım ilk hekayəm.Bu hekayənin kitab olması mənim ən böyük arzumdur.Ancaq ilk öncə başqalarınında fikri mənə önəmlidir.Bilmirəm indi kimsə bir göz atacaq bu hekayəyə ya yox amma çox böyük ümidlərim var.Hər şeyin gözəl olmağı diləyi ilə Ya Allah deyib başlayım. :)
İnsanlar doğularkən qismətləri həmin andan etibarən yazılarmış. Mən heç vaxt qismətə inanmadım.Nə 5
yaşım da, nə 10 yaşım da, nə də indi. Özümü bildiyim gündən, həyatı anladığım gündən qisməti insanın yazdığını düşündüm.Mənə görə hər kəs öz qismətini özü yazardı.
Hər kəsin bir həyat hekayəsi vardır və hər kəs bu hekayəni öz istədiyi kimi yazmaq haqqına malik olmalıdır. Düşünsənizə dünyaya göz açan bir körpənin heç nədən xəbəri yox ikən tale, qismət eləyirik, Allah nə yazıbsa o deyirik, amma, biz bunu edərkən taleyə, qismətə baxmırıq, o taleyi özümüz yazırıq. Mənim taleyimi yazmaq isə deyəsən qarışıq məsələ olub. Nə vaxt əlimə qələmi aldım o zamanda biriləri gəlib mənim əvəzimə yazmağa başladı. Nə zaman həyat mənim həyatımdır dedim, sən sus qələm bizim əlimizdədir dedilər. Və mən qismətimi yazan qələmi başqa əllərdə itirdim.Unutma! Hər kitab sıxıcıdır. Və hər kitabda bir o qədər də gözəldir. Sən yetərki oxumağa davam et. Bir gün tapacaqsan o cümlələrdə özünü.