BÖLÜM.24

301 45 17
                                    

Salamlar... Bu bölüm gəl gəl gəlib çıxmaq bilmədi. İmtahanlar sağ olsunlar zülm verirlər bizə. Nəysə...
Ümid edirəm bəyənəcəyinoz bir bölüm olar. Gecikditdiyim üçün bu dəfə uzun bölüm oldu... Xoş oxumalar :) Və fikirlərinizi gözləyirəm :) Bu arada multudeki musiqi ile oxumaginiz məsləhətdir.

31 dekabr... bəzilərinə görə yeni həyat, yeni yaş, yeni il, yeni tarix. Bəzilərinə görə əyləncə... hah 31 dekabr dəyişən sadəcə rəqəm. Yeni il mənim xəstəliyimi də özü ilə aparacaqdı mı? Ah cavab çox sadə idi. Xeyr... Yeni il sadəcə olaraq aciz insanların bir ümid deyə düşündüyü bir hadisə idi. Yeni il... sadəcə və sadəcə aldatmaca idi. Sil baştan deyə bir şey yox idi...
Pəncərədən çöldə yağan qara baxırdım əlimdəki isti kofe stəkanı ilə. Üç gün idi dayanmadan qar yağırdı. Çöldə qar topu oynayan uşaqlara baxaraq gülümsəməyə davam etdim. Xoşbəxtlik... ah bir dəqiqə bu saf xoşbəxtlik idi... ən safından... Gülümsəyərək, səsləri bir-birlərinə qarışaraq əllərindəki qarları bir-birlərinə atıb qaçırdılar. Daha sonra balaca oğlan soyuqdan axan balaca qızarmış burnunu əlcəkli əlləri ilə silib ona atılan qar topulardan qaçmağa çalışarkən yerdəki qar yığınının içinə yıxılır. Başqa uşaqlarda fürsətdən istifadə qar topuları ona atmağa başlayırlar. Gülüşləri, soyuq havaya qarışan qəhqəhələri xoşbəxtliyin ən gözəl görüntüsüdür. Yoldan keçən gənc qızın ayağının sürüşüb yıxılması. Daha sonra deyinə-deyinə qaşını çatıb ayağa durmağa çalışarkən bir daha yıxılması. Əllərini qarda çırpıb deyinməyə davam etməsi. Əlində evə bayram bazarlığı eləmiş qadının ehtiyatla yeriməyə çalışarkən bir necə dəfə sürüşüb ancaq yıxılmaması. Məhlənin cavan oğlanların bayram üçün bəzədikləri şam ağacının üstündəki zərlər. Hə bir də qar yağandan sonra qarların arasında itib yoxa çıxan zərlər var. Heç vaxt saralmayan şam ağaclarının üstündəki ağ-ağ qar topaları. Hər şey o qədər gözəldirki... hər şey o qədər təmiz, safdırki bu anlarda.
Bir rəssamın çəkib çəkə biləcəyi ən gözəl mənzərədir. Bir rəssamın xəyal dünyasının ən gözəl parçasıdır.
Birdə unutmadan... O rəsmdə bir qadın var. Əlində isti kofe stəkanı, həzin bir musiqi ilə buğulu pəncərəsindən bütün bunlara tamaşa edən. Birdə bir adam var bu rəsmdə. Qadından gizlin şam ağaclarının arasından qadına baxıb gülümsəyən.
Bir rəssamın ən gözəl tablosu. Bir yazarın ən gözəl xoşbəxtlik əsəri bu idi. Saf sevgi...

Pəncərədən uzaqlaşaraq güzgünün qarşısına keçib çökmüş göz altlarıma baxdım. Arıqlamışdım mı mən? İçdiyim dərmanlar vəziyyətimi yaxşılaşdırmaq yerinə sanki daha da pisləşdirirdilər. Atama keçən gün xəstəliyimdən xəbər verməyə cəsarət eləyib yanına getdim. Ancaq noldu? Heç nə! İşi var bir neçə günlük Bakıda olmayacaq deyə, ağılı məndə qalmasın deyə heç nə deyə bilmədim. Susdum... hər zamanki kimi... Axıtdım içimə acılarımı, yandı bədənim ruhuma qarışdı ağrılar. Bəli... bəli bayram günüdür və mən təkəm hər zaman olduğu kimi. Bəzən olar insanlar sevdiklərinə şans verərlər. Daha bitdi! O artıq əvvəlki kimi olmayacaq! Gülün keçin bunlara hamısı yalandır... Atam məni yenə tək qoyaraq yox idi yanımda. Güzgüdə yorğun üzümə baxaraq dərin nəfəs alaraq əllərimi saçlarımın arasından keçirdib daraq misalı daradım. Əlimdə qalan tüklərə baxaraq gülümsədim. Mən ki, saçlarımı çox sevmişdim Tanrım... Sən insanların sevdikləri hər şeyi əllərindən almağla mı sınayırasan?
Ağlamaq istədim... İçim rahatlasın istədim... Bütün yorğunluğum çıxsın bədənimdən istədim alınmadı...
Bu gün, bu gecə ağlamaq yox idi. Bu gecə həqiqətən də yeni il, yeni bir həyat olacaqdı mənim üçün.
Əllərimi saçlarımdan çəkərək təmiz paltar, dəsmal götürüb çimmək üçün hamama keçdim. Suyu açıb vannada dolmağını gözləyərkən telefonu əlimə alıb mavi gözlü adamımdan gələn mesajı oxumağa çalışdım titrəyən əllərimlə.

Hekayəsi Yox Olan QadınTempat cerita menjadi hidup. Temukan sekarang