Qaranlıq otaq. Saatın neçə olduğunu bilmirəm, doğrusunu desəm heç bu dəqiqə marağımda da deyil. Gözlərimi yumuram, lənətə gəlsin ki, həftələrdir olduğu kimi yenə yata bilmirəm. Yenə həmin səhnələr canlanır gözümün qabağında. Dözülməz dərəcədə zülm verir bu mənə. Həftələrdir elədiyim , əlimdən gələn tək şey gözlərimi tavana dikməkdir. Düşüncələrim məni yenə uzaqlara aparır. Yanağımda istilik hiss eləyirəm, axmaq gözyaşlarım yenə məndən icazəsiz süzülür gözlərimdən. Onlar belə mənə üsyan edirlər.
Qaranı sevdiyim qədər qaranlığı sevmədim heç bir zaman, amma uzun zamandır gözlərim alışıb qaranlığa. Saatlar, günlər, həftələr önəmini itirib artıq. Gözlərimi yuman da, açan da tək düşündüyüm ailəmin ölümüdür. Onları itirdiyimə inandirmaq istəmirəm özümü. Atam yanımdadır nədə olsa, nə qədər də 2 həftədir yanıma gəlmiş olmasa da o sağdır ən azından deyib özümü ovuduram.
Gözlərim yumulur, göz qapaqlarım düşüncələrimlə mübahisəyə girib. Düşüncələrim o qəzada anan, bacın kimi səninlə, atan da var idi deyir, indisə siz varsız onlar yoxdur deyirdi, siz nəfəs alırsız onlar artıq nəfəssizdir deyirdi. Göz qapaqlarım isə sanki üsyan edərcəsinə yenə yumulurdu. Bəlkə də düşüncələrimə bir neçə saatlıq da olsa xəyanət eləməyin vaxtı gəlib çatmışdı. Yavaş-yavaş gözlərimi yumdum, gözyaşlarım yanağımdan süzüldü. Və... mən bir neçə saatlıqda olsa xəyanət elədim düşüncələrimə.
Qolumdakı sızıltıyla gözlərimi açdım. Tibb bacısı yenə nə olduğunu bilmədiyim iynələri vururdu. Çoxda köməkliyi varmış kimi. Mənim bunların heç birinə ehtiyacım yox idi ki, bəlkə də ehtiyacım olan tək şey dostlarımın, qohumlarımın, atamın dəstəyi idi. Qəzadan sonra tək kəlimə belə danışmamışdım. Dəfələrcə danışmağa çalışdım, hər ağzımı açdığımda bir kəlimə etmədən yenidən susdum. Özüm özümü cezalandırır özüm özümə acı verir, canımın yanmağını istəyirdim. Sanki mən danışsam, ən kiçik gülümsəməmdə belə onlara xəyanət etmiş olardım.
Gözlərimi yumub udğundum. Tibb bacısı nə istədiyimi anlamış kimi kiçik addımlarla dərman masasının yanına irəliləyib, su dolu stəkanla yanıma yaxınlaşdı. Yatağda doğrulmağım üçün kömək etmək istəyəndə qoymadım. Ağır günlər yaşamış ola bilərdim, kiminsə mənə yazığı gəlməsı lazım deyildi. Həftələrdir yataqda uzandığımdan halsız olan bədənimi qaldırıb, başımı çarpayının başlığına dayadım. Tibb bacısı əlində ki, su dolu stəkanı dodaqlarıma doğru uzatdığında, stəkanı əlindən alıb yavaş-yavaş içməyə başladım.Titrəyən əllərimlə suyun yarısı qurumuş dodaqlarımı isladırdısa, yarısı da üstümü isladırdı. Boş stəkanı tibb bacısına uzatdım və artıq otaqdan çıxıb getməsi üçün içimdən bütün bildiyim duaları oxumağa başladım. Tək qalmaq istəyirdim qadın isə mənə inad otaqdan çıxıb getmək bilmirdi. Başımı pəncərə tərəfə çevirib günlərdir ağlamaqdan qızarmış gözlərim ilə ətrafı incələməyə başladım. Məqsədim çöldə xəstə yanına gəlib-gedənləri görmək deyildi, ya da skamyalarda oturan xəstələrə baxmaq deyildi. Xeyr, xeyr məqsədim bəlkə mənim də yanıma gələn olar deyə kiminsə yolunu gözləməkdə deyildi. Məqsədim bu qadının otaqdan çıxması və məni içimdəki mən ilə yalnız buraxması idi.
Qapının açılıb-bağlanma səsi eşidildi, gözlərimi pəncərədən ayırdım. Yenə baş-başa qalmışdım düşüncələrimlə, xəyal qırıqlıqlarımla, göz yaşlarımla və ən əsası içimdə susmaq bilməyən ikinci bir mənlə, ikinci bir Günəşlə.
" Ana...ana qulaq as mənə qurban olum qulaq as!!! Bircə dəfə mənə bax, eşit, gör məni.
Ana getmə qurban olum getmə. Sənə danışmadığım amma danışmaq istədiyim o qədər hadisələr var ki. Səndən almaq istədiyim o qədər məsləhətlər var ki. Getmə! Mənim səni yanımda hiss eləməyə ehtiyacım var. Bir dəfə olsun məni düşün yalvarıram getmə!!! "Uzaqlaşır məndən. Dönüb arxasına belə baxmır. Məni necə yıxıb tökdüyünü görmür. Öz əsərinə baxmırdı. Qaçıram, qaçıram çata bilmirəm, qışqırıram eşitmir. Arxasına baxmadan gedir. Öz əsərini tamamlamadan gedir. Səsimi eşitsin istəyirəm, dəlilər kimi qışqırıram.
" Sənə nifrət edirəm " eşidirsən məni
" Sənə nifrət edirəm "
Səsim çıxmır, artıq, tükənirəm, məhv oluram, qaçmaqdan yorulmuş bədənim dizlərimin üzərinə çökür." Səni çox sevirəm qızım "
Eşitdi məni, arxasına döndü, qızım dedi mənə
" Eləysə məni buraxma "
" Getməliyəm qızım getməliyəm "
" Mənim sənə ehtiyacım var "
" Bu günə qədər yanında olmağı bacarmadım, yoxluğum çox incitməz səni "
" Mənim sənin ruhunun varlığına ehtiyacım var "
" Bağışla qızım bağışla "
Getmə...!!!
Öz səsimə oyanıram. Hamısı yuxu idi. Yenə yalnız buraxmışdı məni.