BÖLÜM.18

323 51 0
                                    

Salamlar)) bir yeni bölüm daha. Ümid edirəm bəyəniləcək)) buyurun


"Ancaq gün gələr heç düşünmədiyin bir nöqtəyə gələr insan. Öz içində ya da kənarda bir yerlərdə heç görmədiyi, boş verdiyi bir hadisə hər şeyi tərsinə çevirər. Bütün o gizləndiyi otağlardan, öz çevrəsinə hördüyü divarlardan azad olmaq, həyatına yenidən başlamaq istər. Gec yada tez böyük addımlar böyük acılara səbəb olar. O acıları unutmarıq ancaq əsas olan əlimizdə qalan addımların yaratdıqları hadisələrdir. Kim nə deyirsə desin irəli getmək üçün addım atmaq şərtdir. Acı verəcəyini bilə-bilə!"

Bulvarda dənizə yaxın skamyalardan birində oturub kitab oxuyurdum. Bir tərəfdən solğun düşən günəş şüaları bir tərəfdən payız küləyi. Payız qoxulu yaz fəsli.
Birinin yanıma oturub baxışlarını üzərimə çəkməsi ilə kitabı bağlayıb, başımı qaldırdım.

Qəhvəyi saçlar, uzun burun lakin sifət quruluşuna tam oturan. İri qəhvəyi gözlər. Düz cizgi halında bir dodaq. Üz cizgiləri heç də tanış deyildi. Bu adam mənə niyə belə baxırdı?

"Bağışlayın tanışıq?"

Dodaqlarında bir gülümsəmə yaranaraq dişlərini ortaya çıxartdı.

"Xeyr. Ancaq ortaq tanışlarımız var"-dedi qollarını bir birinə çarpazlayıb, ayaqlarını uzadıb skamyada yerini rahatlayaraq.

Ortaq tanışlarımız?

Nə gözəl! Bir bu çatmırdı çünki!

"Tanışlarımız?"-dedim qaşlarımı çatıb ona diqqətli baxaraq.

"Orxan kimi məsələn"-dedi dişlərini bir-birinə sıxaraq. Sakit olmağa çalışırmış kimi bir halı var idi.

"Orxan"deyə təkrarladı başını sallayıb dənizə baxaraq.

"Bundan mənə nə?"-dedim sakit olmağa çalışaraq. Çünki bilirdim. Çünki onun gözlərində nifrət görürdüm. Çünki onum gözlərin də gizləməyə çalışdığı kimi görürdüm.

"Toğrul"-dedi əlini uzadıb saxta gülüşünü sərgiləyərək.

"Başa düşmədim?"

"Adım deyirəm Toğruldur"-dedi üzündən gülümsəməsini silməyərək.

"Orxanı hardan tanıyırsan?"

Məqsədim onu sorğuya çəkmək deyildi. Sadəcə bilmək istəyirdim. Bəlkə də Orxanın dostu idi? Xeyr... xeyr! O gözlər də mən birinə qarşı dostluq görmürdüm. O gözlər cəhənnəmi yaşadacaq dərəcə də qorxunc idi.

"Yaxında öyrənərsən"-deyib əllərini bir birinə vuraraq ayağa qalğıb getməyə başladı.

Bu nə demək idi?! Bu nə idi! Mən nə idim bu insanlar üçün?! Hər gələn bir sual buraxıb gedirdi həyatımda... Bu haqqı onlara kim verirdi axı Tanrım?!

"Hey mənə bax! Eşitmirdən məni?! Səninləyəm!!!"

Qaçaraq yanına gedib biləyindən tutaraq onu saxladım.

"Mənə bax! Kimsən sən?!"-dedim səsimin bərk çıxmasına maneə olmayaraq.

İnsanlar məni yorurdu. Bəsdir! Bu qədər oyun bəs idi! Bu qədər yorğunluq bəs idi.

"Sənə həqiqətləri göstərəcək adam"-dedi üzünə arsız gülüşlərindən biri yerləşdirib biləyini əlimdən qurtararaq.
"Çox yaxında Günəş, çox yaxında öyrənəcəksən hər şeyi"

Sənə həqiqətləri göstərəcək şəxs

Sözlər dəfələrcə qulağımda təkrarlanırdı.

Hekayəsi Yox Olan QadınDonde viven las historias. Descúbrelo ahora