BÖLÜM.26

252 39 16
                                    

Salamlar :) hekayənin bir bölümünü daha yazmağa çalışdım ümid edirəmki bəyənərsiniz. Bundan sonrakı bölümləri yazıb yazmayacağımı bilmirəm. Buna söz verə bilməyəcəm. Ancaq hekayənin artıq 8000-ə yaxın baxış sayısı var. Buna görə hər birinizə təşəkkür edirəm yanımda olduğunuz üçün.
Fikirlərinizi bölüşməyinizi hər zamanki kimi gözləyəcəm. :) buyurun çalışln multideki musiqiue qulaq asa asa oxuyun :)


Həyat qumar idi. Və mən bu oyunun ən şansız oyuncusu idim. Bir ruletin arxasında oturub dəfələrcə qan tər içinə batan, bəlkə bu dəfə udaram, bəlkə bu dəfə bəxtim gətirər deyə şansını sınayan qumarbaz idim. Bəs şans? Bəs şans mənə gülürdümü? Hah mən bu suala gülüb keçərdim ancaq şans mənə üzünü belə çevirməzdi. Həyat bir qumar idi əvvəlcə səni cəlb edər, diqqətini çəkərdi, alışardın ona. Daha sonra səni ən yüksəklərə qaldırıb o yüksəklərdən saniyələr içində yerə çırpardı. Bəlkə bu dəfə yaxşı olar deyə dəfələrcə bəlkələrə sığınmaqdan yorulmuşdum. Bəlkə düzələr, bəlkə hər şey keçər, bəlkə görər, bəlkə başa düşər bəlkə, bəlkə,bəlkə... Qaranlıq hər gün biraz daha ruhuma işləyirdi... hər gün biraz daha quyunun ən diblərində, görmədiyim bir yolda yarı yıxıla yarı qalxa addımlar atırdım. Hər yıxılanda ruhumda bir yeni yara yenidən açılırdı və mən daha o yaralarımı sağaltmadan yenidən yaralarım yaranırdı. Hər yeni yaranan yarada bir digərini yarım buraxıb yenisinə keçirdim. Bağlanmırdı üstü, qaysaq tutmurdu yaralarım. Səbəbi bəlkədə yarımcıq buraxdığımdan idi. Sizə bir sir vermişdim yaralar qaysaq bağlamaz deyə. Bağlamaz əzizlərim yaralar qaysaq baxlamaz. Yaralar unudulmaz sadəcə zamanını gözləyər. Zamanı gələndə ruhunda daha geniş yaralar açar. Yaralar sağalmaz yaralar zamanını gözləyər sadəcə.
İnsan beyni bir müddət sonra hər şeyə bağlayardı özünü. Və mən bilmədiyim bir yolda mənə yad addımlarla addımlayırdım çılpaq ayaqlarımla. Yerdə olan yüzlərlə şüşə parçaları batırdı ayağıma mən isə hiss eləmirdim. Görünən sadəcə hər addımımda qalan qan izləri idi. Beynim artıq ağrıları qəbul eləmirdi, yorulmuşdu. Bəlkə də səbəb mən idi... bəlkə də hər şeyin səbəbi mən idim... mən isə səbəbləri özüm də görmək əvəzinə gözlərimi yumaraq kor olmağı diləyirdim. Çünki qorxaq idim və mən doğru olan hər şeydən qorxurdum. Bəlkə də...
Artıq günlər keçmişdi Toğrulun məni qaçırtmağının üzərindən. Qaranı sevdiyim qədər qaranlığı sevmədim deyirdim artıq günlərdir qaranlıqla bir bütün olmuşdum, qaranlığa qarışmışdım, mən qaranlığın özü olmuşdum. Neçə gün keçmişdi qaçırılmağımın üzərindən? 3 gün? 5 gün? Bəlkə bir həftə? Bilmirdim... zamanı tutdura bilmirdim... günün gecə və ya gündüz olduğunu bilmirdim... saatın neçə olduğunu bilmirdim... Mənim bütün günlərim qaranlıq keçirdi qaçırıldığımdan bu yana. Günün bilmədiyim bəzi zamanlarında Toğrul gəlir yeməyim üçün qarşıma 2 dilim çörək, biraz pendir və isti su qoyub gedirdi. Yemirdim, çörək dilimləri qalıb quruyur, isti su soyuqlaşır, pendir isə xarab olmağa başlayırdı. Günlər keçirdi mən isə bir ümid deyə gözləyirdim... bəlkə bir ümid buradan sağ çıxaram deyə... Gülünc deyildimi Tanrım? Beynində bir zəhərlə gəzən birinin olanlara qarşı yaşamaq arzusu? Bəlkə ümidi? Gülünc idi...
Toğrulu görməyimin üzərindən təxminən bir neçə gün keçmişdi. Mənə yemək gətirib qarşıma keçib oturduğunu hiss elədim. Gözlərim qaranlığda onu tam seçə bilmirdi ancaq qapının aşağısından düşən işıq ilə ən azından onu qaranlıqdan ayıra bilirdim. Dəqiqələrcə mənə baxdı danışmadan,susdu, o susdu deyə mən də susdum. Daha sonra isə heç nə demədən ayağa qalxıb çıxışa doğru yönəldi. Bir anlıq bir ümid canlandı, içi isti su dolu stəkanı əlimə alaraq Toğrula tərəf atım. Stəkanın qırılmaq səsi otaqda əks səda doğuraraq havaya qarışdı. Toğrulun əli başına gedərək bir inilti töküldü dodaqlarından. O an bildim stəkanın başına dəydiyini.

Hekayəsi Yox Olan QadınDonde viven las historias. Descúbrelo ahora