BÖLÜM.22

290 52 24
                                    

Bayramınız mübarək əzizlərim :)
Üzünüzdən gülüş eksik olmasın. Gözyaşlarınız sevinc gözyaşları olsun.
Bayramları sevmirəm beli. Dəyişən sadəcə 2015 əvəzinə 2016-dır. Başqa heç nə. Yatırıq dururuq və hər şey yenidən eyni olur. Dəyişən sadəcə rəqəm olur. Dəyişən zaman olur.
Ancaq bir gün sadəcə bir gün özünüzə vaxt ayırın. Yeyin, için deyin gülün əylənin. Çıxın şəhəri gəzin. Şəkillər çəkdirin. Hər şeyi unudun. Kim olduğunuzu unudun. Bayram adlanan o günün dadını çıxarın. Bayramınız mübarək :)



Toğrul gedəndən sonra uzun müddət özümə gələ bilmirdim. İçimdəki kəpənək can çəkişirdi. Ölmək üçün bir günü tamam olmuşdu mu? Ah xeyr! Mənim içimdəki kəpənəyin ömrü bir günlük deyildi. Onun xəyalları vardı... onun hər dəfə görəndə qanadlandığı sevdiyi vardı... onun aydınlaşdırmağı lazım gələn yalanlar vardı... onun bir neçə aylıq ömründə uzun bir həyatı yoluna qoymağa çalışdığı işlər vardı. Çünki bilirdi... çünki bilirdi içimdəki tozları tökülmüş, qanadları rəngini itirmiş, gözəlliyindən əsər qalmamış kəpənək... çünki bilirdi əyər o olmasa mənim yox olacağımı... Tozlarını bədənəmə qatırdı o olmasa mən yaşayım deyə... ancaq anlamırdı... bir kəpənəyin ömrü nə qədər idi? 1 gün mü? 1 ay mı? 1 il mi?

Havanın qaranlığı dənizin mavisini qollarına alırdı... dəniz qaralırdı... eynən Orxanın gözləri kimi... saatlar əvvəl bu qədər gözəl görsənən bir yerin qaranlıq çökən kimi qorxuducu olmağı doğru mu idi? Deyildi! Saatlar əvvəl xoşbəxt olan mənin indi belə düşüncəli olmağı doğru deyildi. Orxana əsəbi idim... yalvarışlarıma baxmayaraq çıxıb getməyinə, suallarımı cavabsız qoymağına, məni tək qoymağına əsəbi idim. Ancaq bir gəlsə... bir gülsə... uçub getməzmiydi hər şey?
Sol çiynimdəki şeytan fısıldadı "getməsin"-deyə
Mələk isə gülümsəyərək başı ilə təsdiqlədi "gedərdi"-deyə.
Bir gəlsə... bir gülsə... bir sarılsa... hər şey uçub gedərdi...
Axşam olduğu üçün külək bərkimiş, hava soyumuşdu. Mənim isə getmək fikrim yox idi. Birdən Orxan gəlsə? Məni burada buraxıb getmişdi axı saatlar öncə...
Telefona gələn mesaj səsi ilə düşüncələrimdən ayrılıb, soyuqdan axan burnumu çəkdim. Mesaj Orxandan idi... zəng etməmişdim ona, mesaj belə yazmamışdım. Çünki bilirdim Toğrul mənim yanımda idi ona heç nə olmazdı. Çünki bilirdim onların arasında olan hər nə isə Toğrul mənim canımı ağrıdacağdı.

"Necəsən balaca? Evə necə çatdın? Səni tək qoyub getdiyim üçün bağışla məni amma Toğrula dərsini verməli idim. İş orasındadı tapa bilmədim onu amma hansı sıçan deşiyinə giribsə tapıb ağzını s.....m"

Sonuncu oxuduğum sözdən sonra yanaqlarımın qızardığını hiss elədim. Axmaq oqlan... insan sevdiyi ilə söyüşlə danışardı mı heç? Danışmazdı! Bilmirdi mi mənim belə şeyləri sevmədiyi mi? Bilmirmiş demək ki!
Orxana olan əsəbim biraz daha artarkən ikinci mesaj səsi ilə telefonu əlimə aldım.

"Balaca söyüş söydüyüm üçün yanaqlarının qızarıb mənə əsəbləşdiyini hiss eliyirəm :) Bəsdir! "

"Arsız"-deyə cavab yazdım mən də ona gülümsəyərək. Saatlardır buraxıb getdiyi yerdə olduğumu bilmirdi. Ona əsəbi olduğumu bilmirdi. Ah bəsdir Günəş kimi aldadırsan?! Sən ondan ayrı qala bilməzsən ki! Ona ona əsəbləşə belə bilməzsən deyə içimdəki səs doğruları üzümə vururdu... içimdəki səs... içimdəki rəngi itmiş solğun kəpənək...
Mesajın geçikdiyini görüb özünü tribə salıb bir qab nutellanı qurtaran qızlardan deyildim ancaq bu qısqanclıq hissi var aaa bu qısqanclıq hissi... nəysə...
Oturduğum yerdən durub
üst-başımı təmizləyib evin yolunu tutdum. Bir müddət yeridikdən sonra başımın döndüyünü hiss edib ayaq saxladım. Yenidən telefona gələn mesaj səsi ilə bir həyəcan, bir sevinc dalğası keçdi bədənimdən. Uzun zamandır olan baş dönmələri, sancıların hamısının səbəbi bəlkə də hər dəfə onu görəndə keçirtdiyim həyəcan hissi idi.

Hekayəsi Yox Olan QadınWhere stories live. Discover now