Salamlar. Hər bazardan bazara bölüm paylaşmağı adət eləmişəm deyəsən. Napah ancaq bu gün vaxt tapıram >_<
Nə isə gələk bölümə. Ümid edirəm ki bəyənərsiz. Bu bölümlər demək olar ki, keçid bölümlərdi və daha bir çox hadisələr bundan sonra başlayır. Gözləmiyəcəyiniz, yox artıq! deyəcəyiniz bölümlər olacağ gələcəkdə buna əminəm. Sizdən tək bir xahişim oxuduğdan sonra bəyənib fikirlərinizi bölüşəsiniz çox sevinərəm. Bu mənim üçün ən yaxşı motivasıyadır. Xüsusəndə anonim oxurlar yetər artıq! :D
Nəysə çox danışdım deyəsən. Mən qaçdım )))Həyatın məni mənasızca apardığı, səbəbini bilmədiyim, amma ağlıma hər an keçmişi, yaşadığlarımı gətirən zamanlardan...
Bir dəniz sahilindəki, unudulmuş bir küçədəki, şəhərin tarixi meydanlarında ya da parklardakı məkanlardan...
Yəni o qədər saymama rəğmən dünyama aid olan bütün o səslər, rənklər, hadisələr içimdə bir nöqtəni hərəkətə keçirir və hər şey başa sarır. Hər şey yenidən başlayır. Canım yenidən yanır. Keçmişdən gələn kabuslarım bir boşluq tapıb həyatıma süzülür və içindən çıxa bilmədiyim bir xaosa çəkirdilər məni.
Gəmilərin dənizdə buraxdığı izlər qısa vaxta itir. Amma hər zaman bir yol vardır dənizdə. Hardan başlayıb harda bitdiyi bəlli olmayan. Mənim keçmişimin üzərimdə buraxdığı yollar kimi. Mən onu görmürəm amma o hər zaman burdadır. Mənimlədir...Günlərdir qaranlıq otağda düşüncələrimlə baş-başayam. Bir də gün də 3 dəfə yanıma gəlib mənə hər şeyin yaxşı olacağını, məni xoşbəxt edəcəyini deyən Vuqar. Tanrım... sevgi bu idi mi? Sevmədiyini, sevməyəcəyini bildiyin halda birindən ümid gözləmək... sən də məni sevəcəksən deyə hər gün yalvaran gözlərlə baxmaq mı idi sevdiyinin gözlərinə? Xeyr! Bu sevgi ola bilməzdi... Bu manyaklıq idi... Mən isə bir manyakın əlində idim!
Bəzən birinə kömək eləmək üçün atdığın addım həyatımızı bambaşqa nöqtələrə gətirə bilərdi. Bu işə heç qarışmalı deyildim. İşlər bu nöqtəyə gəlməli deyildi. Günayın yaşadığı xəyal qırıqlığını düşündüm. Kim bilir nələr fikirləşmiş, nə xəyallar qurmuşdur. Vuqarın onu sevdiyinə inanmışdı, onu incitməyəcəyinə inanmışdı. Onu sevmişdi... Bəs mən? Görəsən məni də günahlandırırdımı? Görəsən mənim haqqımda nə düşünürdü? Onu sevdiyi oğlanla aldatdığımı? Ona yalan dediyimi? Tanrım bircə bu olmasın bircə mənə inamını itirməsin.
Atam... o görəsən narahat olub mu mənim üçün? Yoxluğumu hiss edibmi? Məni axtarırmı? Məni, qızını axtarırmı görəsən?
Suallar beynimə zəhər kimi yayılırdılar. Tək qalmaq istəmirdim, bu xarabadan qaçıb canımı qurtarmaq istəyirdim.Sol çiynimdəki şeytan əllərini çənəsinə qoyub yanağını şişirdib əsəbi halda oturmuşdu. Onun da çıxış yolu yox idi.
"Bəs Orxan, bəs Orxan yoxluğunu hiss edib mi?" Sağ çiynimdəki mələk saatlardır qaçdığım sualla geri qayıtdı.
Hiss edirdimi yoxluğumu?
Dərslərə gəlirdimi?
Mənim haqqım da nələr düşünürdü?
Rəfiqəsinin sevgilisinə göz dikən exlaqsız birini əlbət...Göz yaşlarım yanaqlarımı isidirdi. Bundan sonra olacağlardan, ola biləcəklərdən qorxurdum. Bundan sonra ola biləcəkləri yaşamaq istəmədiyimdən qorxurdum... Gəlib qurtarmalı idilər, məni bu cəhənnəmdən qurtarmalı idilər.
Bir boşluqda gəzirəm. Heç kim, heç nə yoxdur kəsilmiş ağac kötüklərindən başqa. Bu ağacları niyə kəsiblər? Niyə hər yer buludlu, hər yer duman içindədir?
"Qurtarın məni!"
"Hey eşidirsiz? Kimsə var?"
Dizlərimin üzərinə çöküb əllərimi başımın arasına alıb ağlamağa davam eləyirəm.