Səhər-səhər qulağımda qulaqcığımla dəniz sahilində gəzirdim. Evimizin dənizə yaxın olmağı tək müsbət hadisə idi.
Withen Temptation- frozen. Sevirəm bu mahnını.Dərin nəfəs aldım. Dəniz üçün darıxmışdım, qumsalın qoxusu, əsən küləklə dalğaların ahəngi üçün darıxmışdım. Evdən xeyli uzaqlaşmışdım. Qumsalda ayaqlarımı uzadıb başımı yuxarı qaldırdım. Bu tərəflər çimərlik kimi istifadə olunmadığından insanlar çox gəlib-getməzdilər. Bu isə buranın ən gözəl cəhəti idi. Dənizi sevirdim, sakitləşdirirdi məni, içimi rahatladırdı. Gözlərimi yumdum, bir neçə dəfə dərin nəfəs aldım, verdim, aldım, verdim. Neçə dəqiqə elə qaldığımı bilmirəm, ancaq, gözlərimi açıb bu anın pozulmasına səbəb olan o hissə lənətlərimi yağdırdığımı çox yaxşı bilirəm. Gözlərimin qabağından bir qaraltı keçdiyini hiss elədim. Gözlərmi açanda isə heç nə yox idi. Axmaq gözlərim yenə mənə oyun oynayırdılar.
Evə çatanda qapının ağzında balaca bir qutu var idi. Üstündə "Günəşə" yazılmışdı. Əlimdə ki, qutunu qoyub, soyuducuya yönəldim. Qutu biraz gözləyə bilərdi, ancaq, mən susuzluqdan ölmək üzrə idim!
Suyu içib otağa qayıdan da evdə heç kimin olmadığını hiss elədim. Normal halda da bu evdə çox səs-küy olmadığı üçün alışmadığım bir hal deyildi. Atam işdə, Kəmalə xala da yəqinki bazarlıqda idi. Qutunu əlimə alıb, tənbəl addımlarla pilləkənləri qalxıb otağıma keçdim.Xalid Hüseyn-Çərpələng uçuran. Bunu kim hansı ağılla qapıma qoymuşdu bilmirdim, doğrusunu desəm bilmək də istəmirdim. Tək bildiyim bu kitabı çox uzun zamandır oxumaq istədəyim idi. Həm də çox-çox uzun zaman. Vaxt itirmədən kitabı oxumalı idim. Eləyəcək daha yaxşı işim olmadığı üçün bu fikir mənə daha cazib gəlməyə başlamışdı. Başımı çarpayının başlığına söykəyib, ayaqlarımı uzadıb, yerimi rahatladım. Kitab oxumaq zamanı!
"Yenidən yaxşı biri olmaq mümkün"
Çərpələng uçuran. İkici səhifə,ikinci paraqrafın üçüncü cümləsi.
Yenidən yaxşı biri olmaq mümkünmüydü?
Bu kitab mənə bir yerlər də, bir gün yenidən yaxşı bir insan olmaq ümidi verirdi.Həsən kimi dosta ehtiyac duydum bir an. Hardaydı mənim o dost dediyim axmaqlar? Hah! Nağıl kimi bir gün var idilər, bir gün yox oldular.
Səhər saatın zəngi çalmadan yuxudan durmuşdum. Günlük rutin işlərimi görüb paltar şkafına yönəldim.
Yeni gün, yeni həyat, tələbəliyin ilk günü.
Hər zamankı kimi boz rəng köynək,
açıq rəng cins şalvar geyindim. Makyaj vurmağı sevmədiyimdən əziyyət çəkib o iyrənc şeyləri üzümə vurmadım. Kəmalə xalayla salamlaşıb, mətbəxdə hal-əhval
tuta-tuta yeməyimi yeyirdim. Əslinə qalsa o danışır, mən də qısa-qısa cavablar verirdim.Atamla aramızda keçən son söhbətdən sonra iki bilmədin üç dəfə görmüşdüm. Səhərlər mən oyanmadan evdən çıxır, axşamlar o gəlmədən otağıma keçirdim. Unutmaq üçün bu ikimizə də sərf eləyirdi.
Yeməyimi yeyib, Kəmalə xalanın xeyir, dualarına məruz qalıb evdən çıxan da qapının ağzında başqa bir qutunun olduğunu gördüm.
Eh məndə tənbəl biri olduğum üçün nə qutunu evə aparacaqdım, nə də burada buraxacaqdım. Əslinə qalsa qutu burda qalsa da olardı əsas onun içindəki idi.Mark Zuzak-Kitab oğrusu
Bir müddət kitaba key kimi baxdım. Bunu edən kimiydi bilmirdim. Düşünmək üçün zamanım var idi, ancaq, dərs üçün az zamanım qalmışdı.
Mən isə ilk gündən gecikib qrubun diqqət nöqtəsi olmaq istəmirdim.İlk gün universitetə başlayan tələbələrdən fərqli olaraq asanlıqla auditoriyanı tapıb ən arxa sıralardan pəncərə tərəfdə olanı seçib oturdum. Arxa sıralar mənim üçün hər zaman ideal seçim olmuşdur. Belə baxıram ki, hələdə olmağa davam edirdi.
Otağda üç-dört nəfər tələbə məndən fərqli olaraq salamlaşıb, tanışırdılar.
Mən isə kitabı kimin gətirdiyini fikirləşirdim.
Kim idi görəsən?
Məni hardan tanıyırdı?
Mən onu tanıyırdım mı?
Mənim evimi hardan bilirdi?
Kitabları gətirib qapıma qoymaqda məqsədi nə idi?
Ən əsası özünü niyə gizlədirdi?
Tezliklə bu sualların cavabını öyrənməli idim. Bu qədər gözəl kitab zövqü olan birini tanımalı idim.