BÖLÜM.11

373 66 12
                                    

Mesaj qutuma gələn, bölümlərdə yazılan fikirlər hər biri məni çox sevindirir. Hər biri mənim üçün ayrı bir motivasıyadır. Hardasa 10 bölüm sonra final etməyi düşünürəm Allahın köməkliyi, sizin dəstəyiniz ilə... Bölüm qısa olduğunu bilirəm. Ancaq inanın ki, bir saat içində vaxt ayırıb tələm tələsik yazanda bundan artığını bacara bilmirəm. Ümid edirəm bəyənərsiniz.




İçimdə susmayan bir səs var. Məni məhv edən. Canım yanır, canım çox yanır...

Günayı düşünürəm, ümid dolu gözləri, sevgisini. Yağan yağış belə düşüncələrimi yuyub aparmır. Boğuluram öz dibsiz qaranlığımda. Birinin məni sevməyini düşünmürdüm, inanmırdım, birinin məni sevə biləcəyinə, inanmırdım. Kim sevərdiki bütün gün yas tutub ortalıqda gəzən, özünə qapanan, buz parçası kimi soyuq birini?! Sevsə belə o, olmamalı idi, Vuqar olmamalıydı! Lənət olsun! Çıxılmaz yolda idim, ətrafım qaranlıq mən isə aciz bəndə. Dönüb-dolaşıb eyni yollara gəlirdim, dönüb-dolaşıb eyni bataqlıqa ilişirdim. Gələcək düzəlmirdi, gələcək hər keçən gün daha da cəhənnəmə çevrilirdi. Mənim cəhənnəmimə.

Günaya nə deyəcəkdim?
Onun üzü necə baxacaqdım?
Bəlkə də ən yaxşısı heç nə deməmək idi... susmaq... bəlkə də susmaq hər şeyi başa salmağın ən gözəl yolu idi.

Daha sonra saatlardır düşüncələrimdən uzaq tutmağa çalışdığım mavi gözlü adam işğal elədi fikirlərimi. Bütün yaşananlar silindi, üzümdə yalnız ona məxsus, yalnız onu düşünən də yaranan təbəssüm yarandı. Yağış damcıları üzümə vururdu, onu sevirdim, mavi gözlü adamın üzümdə yaratdığı təbəssümü sevirdim, mən sevginin nə olduğunu bilmədən onu sevməyi sevirdim.

Düşünməyə, hər şeydən uzaq qalmağa, dincəlməyə ehtiyacım var idi. Telefon sönəcək, bir həftə dərslərə getməyəcək, yalnız qoxusunu sevdiyim kitablarımla başa-başa qalacaqdım.

Günəşin oxuduğu kitabdan.
(Bu cümlələri sevirəm. Həkayəmdə yeri olsun istədim. Ümid edirəm sizdə mənim bəyəndiyim qədər bəyənərsiniz)

Deyəsən keçmişin paketləndiyi kiçik bir qutucuq var. Həmişə işləyən bir disket hər şeyi qeyd edir. Zaman, yaşananları bir daha silinməzcəsinə salır qutucuqlara. Bu qutucuqlar daha sonra böyük bir qutuya qoyulur sonsuza kimi. Beyin ehtiyac hiss etdiyində qutudan xatirələri seçir, işi bitdikdən sonra isə təkrar yerinə qoyur. Zaman keçdikcə yaşadıqlarını qarışdırır insan, yada yaşamadıqlarını yaşadığını sanmağa başlayır.
Bütün bu yalnız insanlar əslində yalnız olduqlarını fikirləşdikləri hər anda ətrafları insanlarla dolu idi. Amma yenə də çarəsizlik bitmir, quyunun dibində qalmağa davam edirsən. İşıq görünmür... Keçmişdəki acılar işığı qaraldır zamanla. Həyatıma xoşbəxtlik qatan xatirələr silinir zamanla. Geriyə sadəcə boşluq qalır, bir də ara sıra tökülən gözyaşları, amma yenə səssiz, yenə içimə.
Yaşananları düzəltmək asandır əlbət. Bəs kim keçmişdə qalan bomboş bağa ağac əkməyi bacara bilərdi? Kim geri gətirib düzəldə bilərdi bütün bu axmaqlıqları?
Çox kabuslar gördüm mən. Cizgi filmlərindəki canavarlarla, cadılarla, div adamlarla, əqrəblərlə savaşdım yuxularımda. Bədənimdən çıxan təri silmədim heç bir zaman. Səsizliklərin, kimsəsizliklərin çoxaldığı bir dünyada yalnız, bir zəlzələdən geriyə tək sağ qalan insan kimi oyandığımı düşündüm. Öz yuxularımdakı dağıntıları yenidən toplayıb başlaya bilmədim mən yaşamağa. Yuxularımdakı uşaq yalnız, külək yalnız, yağış yalnız, dəniz hər zaman dalğalı. Mən kimi... mənim kimi...

Bir həftə sonra

Günlərdir telefonlara cavab vermir, gələn mesajlara baxmır, dərslərə getmirdim. Qorxurdum... olanlardan qorxurdum, ola biləcəklərdən qorxurdum, içimdəki susmaq bilməyən səs yox olmuşdu günlərdir, sol çiynimdəki şeytan qaçıb gizlənmişdi, mələk bağladığım qəfəsində çırpınırdı, qaçmaq istəyirdi oda. Onlar da qorxurdular...
Otağa girən də bütün gözlər üstüm də idi. Tanrım kömək ol mənə!!!
Arxadan birinin adımı qışqırıb məni qucaqlaması ilə özümə gəldim. Günay... ona baxmağa qorxurdum ancaq eşitdiyim səsindən xoşbəxt görünürdü.
Bəlkə unutmuşdu? Bəlkə oda Vuqarı sevmirdi? Bəs bütün o sevgi sözləri?
Bəs bütün o cümlələr? O cəsarət oyunları? Bəsdir Günəş!
Üzümə ən səmimi gülümsəməmi yerləşdirib Günaya tərəf çevirildim.
Bəzi zamanlar vardır...bütün qan bədəninə hücüm edər...nəbzin tez-tez atmağa başlayar...bütün bədənin sıradan çıxar...gözlərin bir nöqtəyə dikilib qalar...istilik bədəninə yayılar... bax həmin anlardan birində idim. Sinif qapısına söykənib əlləri cibində, üzün də arsız gülümsəmə ilə mənə baxan Vuqara baxdım. Onun burada nə işi var idi?!

Hekayəsi Yox Olan QadınWhere stories live. Discover now