Salamlar. Geç gələn bölümlərdən biri daha ;) Oxuyub,bəyənib, pis yaxşı fikrini bildirən hər kəsə təşəkkürlər. Buyurun )))
"Oturma burada!"
Sumkamı qoyub, əllərimlə Orxanın oturacağını tutub, yanımda oturmamağı üçün dirənirdim.
Oturmasın burda!!! Yanımda!!! Qoxusunu hiss eləməyim!!! Mavi gözlərini üzərimdə hiss eləməyim!!! Səsini eşitməyim!!!
"Orxan...!"
"Çək əllərini,balaca"
Əlləri sumkama gedəndə istəmsiz olaraq əllərini tutdum. Hər şeyi dərk elədiyim bir neçə saniyədə tez geri çəkirəm.
Afərin Günəş!
"Özünsən balaca"-dedim qaşlarımı çatıb yalandan əsəbləşərək.
Mən ona həqiqətən əsəbləşə bilməzdimki. Mən o mavilərə qıya bilməzdim...
Sağ çiynimdəki şeytan gülürdü bu halıma...
"Həm get bax qabaq sıralar boşdur orada otur"
Üzümə sən ciddisən deyər kimi baxdı.
Bir anlıq boşluğumdan yararlanıb sumkamı partaya qoyub, əllərimi itələyib oturdu.
Başımı göyə qaldırıb səbr dilədikdən sonda sol əlimin yumruğunu onun sağ çiyninə vurdum.
Mavi gözlərini mənə çevirdi. İlk dəfə gülürdü o gözlər. İlk dəfə o gözlər də yorğunluğunu gizlədə biləcək bir xoşbəxtlik gördüm.
Dodaqlarında kiçik bir təbəssüm yaranmışdı. Xoşbəxt idi mavi gözlü adam...Aynur onu bu qədər mi xoşbəxt edirdi? Bu qədər mi çox sevirdi?
Bu qədər mi güclü idi onun sevgisi?
Aynurun düşüncələrimi zəbt etməsi ilə bütün əhvalım dəyişmişdi. Xeyr! pis olmayacaqdım hal-hazırda mənə kiçik də olsa gülüşünü bəxş edən mavi gözlü adamın yanında pis olmayacaqdım.
Mən də ona kiçik bir gülümsəmə göndərib qabaqa çevirdim başımı.Günay görəsən harada idi?
Niyə bu qədər gecikmişdi?
Bu divarlar niyə belə rəng də idi?
Niyə bu qız gülürdü görəsən?
Bu müəllim harada qalmışdı axı?Xeyr...xeyr utanmırdım... utanmamışdım... niyə utanacağdım ki... mavi gözlü adamın baxışlarının hələ də mənim üzərim də olduğu üçün mü? Ah... bəlkə biraz ola bilərdi... bəlkə biraz utanmış ola bilərdim...
"Güləndə yanağın batır"
Orxanın səsi ilə yenidən başımı ona tərəf çevirdim. Dodaqlarının kənarındakı gülümsəmə solmamışdı.
"Doğurdan? Heç bilmirdim"-dedim qaşlarımı çatıb yalandan gözlərimi böyüdərək.
"Bir də gül"-dedi etiraz qəbul etməyən ancaq bir o qədər də yumuşaq səs tonu ilə.
"Get Aynur gülsün"
Aman Tanrım!!! Mən nə demişdim!
Heç düşünülmədən ağızdan çıxan bir neçə kəlimə.
Sol çiynimdəki şeytan ayaqlarını yerə çırparaq "qısqanc Günəş"-deyə qışqırıb qəhqəhələrlə gülürdü.Axmaq şeytan!
Mələk isə əl-ayağa düşüb tez söhbəti düzəltmək üçün yüzlərcə bəhanə axtarırdı.
Orxan bir an anlamayan gözlərlə mənə baxdı, daha sonra qaşları çatıldı. Anlamağa çalışırdı. Daha sonra isə yenidən dodağının kənarında bir gülümsəmə yarandı və o gülüsəmənin yerini qəhqəhələr aldı.