Salamlar.gecdə olsa yazdım. Üzürlü sayın. Bu arada tebrik edirəm dollar qalxıb manatın dəyəri ölüb. Bir iqdisadçı kimi deyimki dövlət batır millətimiz yatır. Əslinə qalsa dövlətin nə vecinə olan aşağı təbəqəyə olur. Dövlət dövlətdiyində qalır. Hər şeyin düzəlməsi ümidi ilə. Ümid edirəm bəyənərsiz. :)
"Günay üzr istəyirəm"- dedim dolan gözlərimi ondan gizlədərək. Orxanla sevgili olduğumuzu ona deməmişdim. Gizlətmək istəmişdim? Xeyr! Sadəcə bunları oturub danışacaq qədər uzun zamanımız olmamışdı.
"Günay, bax doğurdan çox pis oluram belə eləmə"-dedim titrəyən dodaqlarımın arasında Günayı qucaqlamağa çalışaraq.
"Az yaxşı inciməmişəm burax qolumu"
İncimişdi. Bilirdim, tanıyırdım mən onu. Sağ qaşımı qaldırıb dodaqlarımı büzərək, dolmuş gözlərimlə inanmayaraq ona baxdım.
"Yaxşı, yaxşı bəlkə biraz incimiş ola bilərəm"-dedi qollarını əlimdən çəkib məndən uzaqlaşaraq. Yənə qaşımı qaldırıb inanmayan gözlərlə ona baxdım. Çox incimişdi bilirdim. Günay mənim üçün nə zamandan bu qədər dəyərli olmuşdu?
"Yaxşı çox incimişım Günəş! Həm də çox! Sən belə bir şeyi mənə necə deməzsən axı! Mənim ən yaxın rəfiqəm sevdiyi oğlanla sevgili olub və mənim bundan xəbərim yoxdur!"-dedi bir nəfəsə,yenidən qaşlarını çatıb ciddi olmağa çalışaraq. İncimişdi məndən. Ancaq küsməmişdi bilirdim. O da bilirdi. O, məndən küsməzdiki. Ona bu qədər ehtiyacım olduğunu bilə-bilə məni tək buraxmayacaq biri idi.
"Günay bəsdir qırıq erməni radiosu kimi eyni şeyləri təkrarladın. Sus bir danışacam."-dedim bir tərəfdən dolmuş gözlərimi silib gülümsəyərək.
Günaya bütün olub bitənləri danışarkən zaman keçirdi. Zaman hər zaman keçməzmiydi? Keçər gedərdi... saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər həftələri, həftələr ayları, aylar illəri qovardı. Xoşbəxt idim... çox xoşbəxt idim və zaman tez keçirdi... zaman xoşbəxt olduğum üçün tez keçirdi...
"Günəş, çox sevindim inanki çox. Sən xoşbəxt olmağa laiqsən"-dedi məni bərk-bərk qucaqlayaraq. Gülümsədim. Qəlbdən gələn gülümsəmə... ən səmimisindən...
"Hər kəs xoşbəxt olmağa laiqdir"-dedim qollarımı bədəninə dolayaraq.
Hər kəs xoşbəxt olmağa laiqdir... Hər kəs..."Səncə də gözəl deyil Orxan?"-dedim gözlərimi dənizin içində olan yosunla örtülü fərqli fərqli qayalarda gəzdirərək. Hövsanda dənizin neft çıxarılan bölgəsində idik. Sahilə yaxın bölgələrdə böyük qaya parçaları, suyun içində yosunla örtülü qaya parçaları var idi... Bura dənizin ən dayaz bölgəsi idi... Suyun içindəki yosunlar dənizin ləpələnməsi nəticəsində suyun içində sanki ahəng tutaraq rəqs edirdilər. Böyüklü-kiçikli rəngli balığqulağılar suyun içində torpağa qarışaraq yosunların ahənginə ayaq uydururdular. Zəif külək əsirdi. Dənizin suyu, kənardakı neft çıxaran hissələrdəki neftin iysinə qarışırdı. Suyun içində kiçik balıqlar görünürdü bəzən. Bəzən isə su ilanları üzə çıxıb yenidən suyun içində itirdilər. Hər şey o qədər gözəl idi ki. Hələ bir də gözləri mavi adamın qollarının arasındasansa hər şey daha gözəl idi.
"Gözəldir"-deyə qısa cavab verdi saçlarımdan öpərək. "Amma sən... sən daha gözəlsən"-dedi yenidən.
Bir utanc hissi keçdi bədənimdən. Dəvəquşu olmağı arzuladım bir anlıq. Başımı torpağa salsamda heç çıxartmasam deyə. Niyə bu qədər utanırdım axı mən?!
"Orxan ən çox hansı rəngi sevirsən"-dedim mövzunu dəyişmək üçün. Güldü... utandığımı oda bilirdi... Bunuda durub-durub üzümə vurmağdan heç çəkinmirdi..
"Qara"-dedi çox uzatmadan. Qısa və net... uzun cümlələr onun işi deyildi... Bu cəhətini sevirdim... çünki mən də elə idim. Son zamanlarda nə qədər dəyişdiyimi hiss etsəm də içimdə bir yerlərdə o Günəş üsyan edib geri qayıtmağ istəyirdi...
"Sənin?""Qara"-deyə təkrarladım. Qara. Çünki qara rənglərin ən gözəli idi...Çünki qara günahları olan insanların günahlarını gizlədə biləcək yeganə rəng idi. Çünki qara keçmişi yox sayıb, gələcəyə apara biləcək yeganə rəng idi... insanlar isə o qədər axmaq idilərki o rəngdəki gözəllikləri görmürdülər... o rəngdəki gizli qalan heç nəyi anlamırdılar. Hər kəsin keçmişinin, gələcəyinin, varlığının, yoxluğunun o rəngdə gizli qaldığını anlamırdılar. "Bir də... bir də mavi"-dedim başımı qaldırıb gözlərinə baxaraq. Gözlərimə baxaraq gülümsədi gülüşünü sevdiyim adam.
"Bilirsən anamda mavi rəngi sevərdi. Çox sevərdi... bir çox əşyaları mavi rəng idi. Mavinin müxtəlif tonlarında olardı. Anamla aramızdakı fərq ondan belə bilinərdi. Mən qaranı bu qədər sevərkən onun maviyə bu qədər sevgisi belə aramızdakı fərqi göstərirdi."-dedim anamı xatırlayaraq. Üzümdə kədərli təbəəssüm yarandı. Külək saçlarımı dalğalandıraraq uçurdub Orxanın sifətinə vururdu. Orxanın məni qucaqlayan qolu mən hər danışdıqca biraz daha sıxlaşıb yumruq halını alırdı. Gözlərini yumub udğunduğunu hiss etdim. Anamı itirdiyim üçün pis olurdu mavi gözlü adam. Yazığı gəlirdi bəlkədə. 18 yaşında yetim qalmış gənc qız. Orxan heç nə demədən yenidən sözə başladım.
"Soruşdum bir gün. Bir gün mavi rəngi niyə bu qədər çox sevməyinin səbəbini soruşdum.Güldü həmin gün. İşə gecikirdi hər zamanki kimi. Sadəcə mözvü açıb bir necə kəlmə danışmaq istəmişdim. Ayaqqabısını geyə-geyə başını qaldırıb mənə baxdı. Atan dedi... atan. Mavi rəngi sevməyimin səbəbi atandır. Mən onun gözlərində sevdim mavi rəngi dedi."-dedim yanağımdan axan gözyaşlarımın arasında gülümsəyərək. Nə zaman ağlamağa başlamışdım mən? Burnumu çəkib koftanın qolları ilə gözlərimi silib yenidən Orxana baxdım.
"Mənim mavi rəngi sevməyimin səbəbi sənsən"-dedim utanaraq.
Anaların taleyi qızlarına yazılarmış. Anam mavini sevmişdi...sevdim... anam yox olmuşdu... mən də olacaqdım mı? Anaların taleyini qızları yaşayardı... xoşbəxtliyi tapmışkən yox olmaqdan qorxurdum. Telefonuma gələn mesaj səsi ilə Orxandan uzaqlaşaraq mesajı açıb oxumağa çalışdım."Bu qədər sevgi ilə baxma onun gözlərinə. Qısqanıram.Sevgiyə layiq olmayan insanlara görə necə də ölməyə hazırsan axmaq qız.
Toğrul"Mesajı dəfələrcə və dəfələrcə oxudum. Nə istəyirdi? Orxanı hardan tanıyırdı? Məndən nə istəyirdi? Ağzımın qurumağına baxmayaraq dəfələrcə udğunmağa çalışdım.
"Kimdir?"- Orxan qaşlarını çataraq əlimdəki telefona baxırdı.
"He..heç heç kim"-dedim dilimin dolaşmağına maneə olub əlimlə telefonu arxamda gizlədərək. Orxan qaşlarını qaldırıb inanmayam gözlərlə mənə baxırdı. Nə qələt edəcəkdim indi? Ona nə deməli idim! Lənət olsun!
"Günəş!!!"-dedi əllərini uzadıb telefonu istəyərək. Səsi etiraz qəbul etmirdi. Başımı sağa-sola sallayaraq telefonu əlimdə sıxdım.
"Günəş telefonu ver bura!" Səsi dənizdə səda doğurarkən istəmsiz olaraq yanaqlarımdan yaşlar süzüldü. Başına bir şey gəlsin istəmirdim. Qorxurdum... ona bir şey olacaq deyə qorxurdum... Bir anlıq boşluqumdan yaranlanaraq əlimdən alınan telefon... mənim çırpınışlarım... oxunan mesaj... sıxılan çənə sümüyü... yumruq halını almış barmaqlarda yaranan ağ buxumlar... alınıb verilən sərt nəfəslər... qorxu hissi...
"Onu öldürəcəm"-dedi dişlərinin arasında əlindəki telefonu sıxaraq.
"Orxan... Orxan mənə bax!"-dedim qışqırıb əllərindən tutmağa çalışaraq. Niyə bu qədər soyuq idi əlləri?
"Onu öldürəcəm"-deyə təkrarladı yenidən dişlərinin arasında. Məni eşitmirdi?! Necə qorxduqumu görmürdü mü?!
" Orxan bax o oğlanı tanımıram. Mənə bir dəfə parkda səni tanıdığını deyib, axmaq-axmaq danışıb getdi. Heç nə dediyi yadımda da deyil! Bəsdir qorxudursan məni!!!"-dedim əllərimlə yanaqlarından tutub başını özümə tərəf çevirməyə çalışaraq. Sakitləşdiyi düşündüyüm o qısacıq anda ayağa durub "sən evə get mən sənə xəbər verəcəm" deyərək onu saxlamağa çalışmağıma baxmayaraq çıxıb getdi. Getdi!!! Məni bu qədər qorxu içində qoyaraq çıxıb getdi!!!
Gözəl anlar bu qədər qısa olmamalı idi."Ah Günəş ah"-dedi bir səs arxamdan.
"Sevgilim indi hər deşikdə məni axtarır."
İyrənirmişcəsinə üzünə baxdım. Bu oğlanın dərdi nə idi?! Nə istəyirdi?!
"Nə istəyirsən bizdən!"-dedim sinəsindən itələyib sahildəki qayalardan birinə dəyib müvazimətini itirməyinə səbəb olaraq. Sahildə səsim əks sadə doğururdu. O isə arsızcasına üzümə gülürdü.
"Oooo vəhşi qız. Orxan ağzının dadını yaxşı bilir""Əclaf..."-dedim yenidən sinəsindən vurmağa çalışaraq. Bu dəfə biləklərimdən tutub məni özünə çəkərək biləklərimi sıxaraq gözlərini gözlərimə dikdi. İçimdən gələn dəli cəsarətlə üzünə tüpürüb biləklərimi əllərimdən qurtardım. Əli ilə üzünü silib mənə tərəf kiçik addımlarla addımlayırdı.
"Sevgin səni kor eləyir, balaca."-dedi arsızca gülməyə davam edərək."Balaca sənin beynindir axmaq!"-dedim yenidən qışqıraraq.
"Cəsur amma kor. Sən korsan axmaq qız. Öz işıqın gözlərini kor eləyib. Heç nəyi görmürsən."-dedi yenidən mən arxaya getdikcə mənə yaxınlaşaraq. Çılpaq ayaqlarım sahildə torpağa bata-bata kiçik adımlarla addımladıqca suya dəyirdi. O isə dayanmaq bilmirdi.
"Zamanı gələcək Günəş zamanı gələcək. İşıqın tamamilə yox olub qaranlığa qarışdıqda zamanı gələcək hər şeyin."-deyərək məndən uzaqlaşıb arxasını dönərək getdi.
Tək qaldım... bir dəniz... bir mən... bir səma...
Gəlməsim deyə yalvardım... o zaman gəlməsin....