BÖLÜM.3

689 105 30
                                    

Oxuyub oxumadığınızı bilmirəm. Amma əyər oxuyan varsa bəyənib rəy yazsa çox sevinərdim. Bu mənim üçündə ən böyük motivasya olacaq.

Bundan bir neçə gün qabaq polislər yanıma gəlib hadisənin necə baş verdiyini soruşdular. Dodaqlarımı aralayıb tək bir kəlimə,
" rədd olun gedin " demək istədim. Uzun zamandır olduğu kimi, sözlər yenə boğazımda düyün oldu. Hər dəfə gəlib məndən bu sualı soruşmaları məndə onları boğma istəyi yaradırdı. Sadəcə lənətə gəlmiş bir avtomobil qəzası idi bu qədər uzatmaqlarını anlaya bilmirdim. Atama əsəbləşirdim dəfələrcə. Mənə bir açıqlama borclu olduğu halda tək buraxmışdı sonu olmayan cavabsız suallarımın içində.

Hah!!! Nə böyük faciə!!!
Bugün xəstəxanadan çıxacaqdım.Məni kimsə gəlib götürəcəkdi, götürməyəcəkdi onu belə bilmirdim. Sumkamı yavaş-yavaş yığmağa başladım. Hər nə qədər o evə getmək istəməsəmdə, artıq, burdan çıxmalı idim. Ehtiyacım varıydı buna hiss eləyirdim. Dərslərin başlamağına az qaldığını bilirdim, bəlkədə hər şeyə yenidən başlamağın zamanı gəlib çatmışdır.
Düşüncələrimə xəyanət eləməyin zamanı gəlib çatmışdı, yaşadıqlarıma xəyanət etməyin zamanı çatmışdı.

Qoca skamyada oturub gözünü bir nöqtəyə dikmişdi. Mənim pəncərədən gözlərimi ona dikdiyim kimi. Gözləri hər hansısa bir nöqtə də fikirləri başqa yerdə, gözlərim düşüncələrə getmiş qoca da, fikrim cavabsız suallarda idi. Gün yavaş-yavaş keçirdi. Məni nə axtaran var idi, nə arayan. Özüm isə getməyə cəsarət eləmirdim. Bilirdim, bilirdim atam bu hadisə də məni günahlandırırdı. Mənim özümü hər gün günahlandırdığım kimi oda məni günahlandırırdı, hər gün özümə nifrət elədiyim kimi oda mənə nifrət eləyirdi. Bu qədər sadə idi hər şey. MƏN GÜNAHKAR İDİM!!!

Günəş batmaq üzrə idi. Pəncərənin yanından ayrılmırdım, gözlərim elə hey bir nöqtəyə dalıb gedirdi.Qoca getmişdi, yenə tək qalmışdım.

Birinin otağa girdiyini hiss elədim, pəncərənin yanına düşən kölgəsindən atam olduğunu bilirdim. Başımı yana çevirib, sağ çiynimdən göz ucuyla ona baxdım. Bir anda içimdən gələn dəli cəsarətlə ona tərəf dondum. O an o qədər qarmaşıq hislər yaşadım ki, anladılması belə çətin olan bir şey idi. Sevgi, nifrət, kin, qəzəb gözlərimdən keçdi. Ən ehtiyacım olan zaman da, ən ehtiyacım olan insan yanımda deyildi. Bir anda ona nifrət elədim.
Suallarım varıydı hər nə qədər deməsəm də, onun cavablarına ehtiyacım olduğunu bilə-bilə getmişdi. Bir anda ona kin bəslədim. Hər şey bir anlıq keçib gedirdi gözlərimdən, isə sadəcə mənə baxırdı. Anlamağa çalışırdı, anlamadığı isə hər halından bəlli idi.
Görmədiyim müddət də ya yaşlanmışdı yada gözlərim mənə oyun oynayırdı. Saçlarının ağlarını aramaz da olan məsafəyə baxmayaraq görə bilirdim. Yanıma gəlib-gəlməmək qarşısında tərəddüd elədiyini hiss eləyirdim. Onu bu tərəddütdən qurtarmaq ən yaxşısı idi. Saatlardır hazırladığım sumkamı götürüb ona tərəf yaxınlaşdım. Mən daha nə olub bitdiyini bilmədən atamın qolların da idim. Nəfəs alış-verişlərindən ağladığını bilirdim.
O an, o bir neçə dəqiqəlik zaman da hər şeyi kənara buraxmaq istədim, qucaqlamaq istədim atamı, sənə ehtiyacım var idi demək istədim, sənə ehtiyacım var demək istədim, məni bağışla demək istədim. Olmadı. Bacarmadım. Sağ çiynimdəki şeytan qəhqəhələrlə gülürdü. İçimdən bilmədiyim mənə tanış olmayan o səs sən günahsızsan deyir, kəlimələri düyün edib kənara atırdı.
Gözlərim dolmağa başlayırdı,göz yaşlarım yenə xəyanət eləyirdilər mənə.
Ağlamayacaqdım artıq! Ağlamayacaqdım!
Ağlamağı sevməzdim ki, mən.
Ağlamayacaqdım!

Maşında səssizlik hökm sürürdü.

" Həkimdən soruşdum bir neçə müddət özünü çətinə salmamalısan. "

Susdum. Deyiləcək heç nə yox idi.

" Çat yerlərində ağrıların olmur? "

Boş gözlərlə ötüb keçən yollara baxdım, başımı "xeyr" anlamında salladım. Rahatlamış kimi bir halı vardı.

" Əgər...əgər onları görmək istəyir...istəyirsənsə aparım səni. "

Gözlərimin dolduğunu hiss elədim. Lənətə gəlsin heç bir anı əldən qaçırmamaq üçün and içmişdilər elə bil. Qəzadan sonra həkimlər yas yerində olmağımın yaxşı fikir olmadığını bildirmişdilər, buda mənə sərf eləmişdi. Daha ölümlərini qəbullana bilməmişdim ki, mən məzarlarını necə qəbullanacaqdım.
Başımı yenidən "xeyr" anlamında salladım.
Ən qısa zamanda gedəcəkdim, ancaq o gün bu gün deyildi.

Xəstəxanadan evə gəlməyimin üstündən bir həftə keçmişdi. Həyatım monoton olaraq davam eləyirdi. Səhərlər oyanır, yemək yeyir, kitab oxuyub biraz vaxt öldürür, televizora baxıb saat 10 olmamış başımı qoyub yatırdım. Əvvəlki kimi deyildim, düzəldiyimi hiss eləyirdim. Daha az düşünürdüm, daha çox yatırdım.

Dərslərin başlamağına az qalırdı, yeni bir başlanğıc eləməyin zamanı gəlirdi.
Bugün daha yaxşı hiss eləyirdim özümü. Günlük rutin işlərimi həll eləyib, paltar şkafından rahat ola biləcəyim şalvar, koftanı əynimə keçirtdim. Heç vaxt paltar seçmək üçün saatlarını itirən qızlardan olmadım, olmaq fikrim də yox idi. İntihar səbəbim olacaqdılar o qızlar.
Saçımı yuxardan dağınıq toppuz yığdım. Və...mən hazır.
O, toppuz yığan qızlar şirin olur deyirlər haa...bax mən orda ən böyük istisna olmalı idim. Bu cümləni hər kim demişdi bilmirəm amma məni görsəydi dediyi sözdən utanacaqdı.
Tam qaranti!
Aşağı düşüb yemək üçün stula əyləşdim. Həmişə ki, kimi Kəmalə xala (evin xadiməsi) səhər yeməyi üçün süfrə açıb mətbəxə keçmişdi.
Kəmalə xala 50-60 yaşlarında şirinmi şirin qadın idi. Uşağı olmadığına görə məni öz qızı kimi çox sevərdi. Xəstəxanadan gələndən sonra dəfələrcə otağıma gəlib məni danışdırmağa çalışmışdı.
Yanıma gəlmək istədiyini, atama dəfələrcə onu aparmaq üçün xahiş etdiyini deyirdi. Özü yaşlı olduğu, yolları yaxşı tanımadığı üçün heç vaxt tək çıxmazdı bir yerə. Ona görə mən ondan incimirdim ki, öz atam məni tək qoyduğu halda mənim başqalarından inciməyə haqqım yox idi.

" Sabahın xeyir "

Atamın səsiylə başımı ona tərəf çevirdim.

" Yaxşısan? "

Başımı "hə" anlamında salladım

" Qızım buna nə qədər davam edəcəksən? "

Qurduğu cümlə də ilişib qaldığım tək nöqtə "qızım" olmuşdu.
Mənə qızım demişdi. Axrıncı dəfə bu kəliməni ondan nə vaxt eşitdiyimi xatırlamağa çalışdım.
Çalışdım çalışmağına amma xatırlamağın yanından belə keçmədim. Çox uzun zaman keçmişdi. Çox, çox uzun zaman.
Atamın səsiylə düşüncələrimdən ayrıldım.

" Günəş! Sual verdim. Cavab ver mənə! Nə qədər davam edəcəksən uşaqlıq eləməyə! "

Nə dediyini anlamağa çalışırdım. Qaşlarım məndən aslı olmadan çatılmışdı. Nə demək istədiyini başa düşmürdüm.

" Günəş, qızım, danışmamağa nə vaxt son verəcəksən? Bu uşaqlığa son verməyin vaxtı çatmadı? "

Bir gün də iki "qızım" kəliməsi ağır gəlmişdi yorğun bədənimə

" Bilirəm ağır günlər keçirtdik. Bəs deyilmi səncə də? İstəsən danışa biləcəyini ikimizdə bilirik, bəsdi bu qədər uşaqlıq elədiyin. Bunu nə özünə nədə mənə eləmə, qızım, eləmə.
Qoy qaysaq tutsun yaramız.
Durub-durub qanatma "

Bunu mənə ən ehtiyacım olan vaxtlarda məni tək qoyan adam deyirdi? Uşaqlıq eləməymiş. Danışmaq necə də asan idi.

" Məni düşünürmüş kimi göstərməyinə ehtiyacım yoxdur "

Sözlər dodaqlarımdan tökülmüşdü, düyünlər açılmışdı. Həftələrdən sonra boğuq çıxan səsimi qəribsəmiş kimiydim. Atam donuq baxışlarla gözlərini məndən ayırdı. Ayağa durub yavaş addımlarla pilləkənə yönəldim. Səhər özümü yaxşı hiss elədiyimi düşünürdüm. Lənətə gəlsin ki, artıq yaxşı filan hiss eləmirdim.

Hekayəsi Yox Olan QadınWhere stories live. Discover now