BÖLÜM.27

273 45 11
                                    

Salam eleküm :) 8000 oxuyucu və oxuyan oxumuyan hər bir gözəllərimin 8 mart bayramını təbrik edirəm. Ən gözəl günlər ən gözəl gecələr həyatın sizə hədiyyəsi olsun əzizlərim. Çalışın sizin hekayəniz yox llmasın. Buna icazə verməyin.
Bu arada bir də ümimilokdə Yel çərşənbənizidə bir ayri təbrik edirəm. Hekayədə bütün sirlə demək olarki açılıb töküldü. Qaldı son 2 bölüm...
29-cu bölümdə tamamlayıram. Son... deyə :) Bəyənməyiniz diləyi ilə buyurun. Bu arafa bilmirəm niyə multiyə mahni yükləmək olmur. Remembrance-Balmorhea ilə oxusaz əla olar.

Zaman keçirdi 30 saniyə tikkk... 30 saniyə takkk... Toğrulun əllərindəki saçlarım biraz daha çəkilərək saç köklərimin yanmasına səbəb olurdu... Ancaq Tanrı adına kim idi bu ağrını düşünəcək olan?! Mənim ruhum yanırdı bədənimi düşünəcək gücdə deyildim.

"Başla!!!"

Toğrulun gur səsi bir daha qarajda əks səda doğuraraq geri qayıtdı.
Sağ çiynimdəki mələk fəryad qopararaq gözyaşlarını tökürdü. Yalvarırdı... gözyaşlarının arasında dəli kimi yalvarırdı Orxana sussun deyə. Danışmasın deyə dualar edirdi... Sol çiynimdəki şeytan isə əllərini çənəsinə qoyub çiynimdə oturub alov saçan gözləri ilə diqqətlə ətrafı incələyirdi.

"Orxan bizə Günəşin ailəsindən danış!"-deyə bir əmr daha verdi Toğrul.

Ailəm... onların bura nə aidiyyatı var idi Tanrım? Burada nələr olurdu?!

"Sənin bəlani..."-deyə söyüşlər
ardı-ardına töküldü mavi gözlü adamın gözlərindən. Qışqırmır zəncirlərə bağlanmış aslan kimi kükrəyirdi sanki. Çarəsiz idi... qorxurdu... yorğun idi...
Məndən nələr gizlədirdin adam? Səni bu qədər qorxudacaq nə gizlədirdin məndən?!
Bir anlıq saçlarımdakı əllərinin boşaldığını görüb rahatlasamda Toğrulun itələməyi ilə Orxanın ayaqlarının altına yıxılmışdım. Yenidən yanımıza gələn Toğrul saçlarımdam tutaraq başımı qaldırıb Orxana baxmağım üçün əmr verdi.
"Ona bax Günəş!!! Çox sevdiyin adamın gözlərinə bax və canının necə ağrıdığını de"
Dağılmış saçlarım, günlərdir yorğunluqdan çökmüş gözlərim ilə sevdiyim adamın gözlərinə baxaraq gur bir qəhqəhə atdım.
"Ağrıtmadı"-deyə. Ağrıtmadı sevdiyim... mənim canımı ağrıtmadı heç biri...
Orxanın gözlərində peşmanlıq görürdüm. Nə idi məndən gizlətdiklərin adam...
"Sıxıldım! Gəlin sizə bir hekayə danışım"-dedi Toğrul əllərini saçlarımdan çəkib məni rahat buraxaraq. Yenidən Orxanın ayaqları altına düşürək dərin nəfəs alıb gözlərimi ona dikərək gülümsəməyə çalışdım.
"Hə deməli belə"-dedi Toğrul əllərini bir-birinə vurub qarajda gəzməyə başlayaraq "Biri varmış biri yoxmuş. Bir oğlan varmış. Hər qızı əldə edə biləcək yaraşığa, gücə sahib. Oğlan sevməzmiş heç kimi, onu sevənlərində dəyərini bilməzmiş. Oğlanın tək dəyər verdiyi insanlar valideynləriymiş. Atası böyük bir mafiyanın başında dayanan oğlan atasından çox çox ayrı düşüncələrə sahib olmasına baxmayaraq atasına qarşı ayrı bir sevgisi varıymış."-dedi Toğrul qarajda tur ataraq əlindəki silaha baxmağa davam edərək. Danışdığlarından heç nə başa düşə bilmirdim! Bu hekayənin nə yeri nə zamanı idi!!! Ürəyim bulanırdı vəziyyətim heç də ürək açan deyildi, Orxanda əldən düşmüş vəziyyətdə idi!
Başımı qaldırıb ona baxanda dişlərini sıxaraq Toğrula baxırdı, mavi gözlərinə qara duman çökmüşdü sanki. Narahat idi... mavi gözlü adam çox narahat idi...
"Hə bir də hekayəmizin əsas qızı var. Bir zamanlar uzun gur saçları olan. Soyuq, bir buz parçasının arxasında gizlənib özünə yalnız yaşamağı öyrədən. İnsanlardan uzaq, valideynlərindən uzaq, həyatdan uzaq, dünyadan uzaq öz dünyasını yaradıb orada yaşamağa çalışan bir qız. Ancaq sizə bir sual verirəm bir insan buzdan divarlarının arxasında nə qədər yaşa bilər?"-dedi Toğrul gözlərini bizə çevirərək.

Hekayəsi Yox Olan QadınTempat cerita menjadi hidup. Temukan sekarang