BÖLÜM.28

265 45 18
                                    

Salamlar :) gec olsada gəldi. Ümid edirəm bəyənərsiniz. Buyurun
Və fikirlərinizi bölüşməyinizi gözləyirəm :)


Zaman keçirdi... hekayəm silinməyə başlayırdı yavaş-yavaş. Canımı
ala-ala, sümüklərimdəki son ilik damlalarını canına çəkə-çəkə həyatda mənim hekayəmi silirdi. O hekayə mən idim. Və mən yavaş-yavaş yox olurdum.

"Günəş"

Tanrının yaratdığı o səs... Tanrının mənim möhtac olmağım üçün yaratdığı o səs əks səda doğuraraq qulaqlarımı doldurur. Ruhum bədənimdə çırpınır. Ruhum qan qusur. Baxışlarımı səsin gəldiyi tərəfə çevirirəm istəmsiz olaraq. Hər şeyi ilə gözəl adam çökmüş gözaltı, yorğun baxışları ilə mənə baxırdı dumanların arasında. Bir insana günah belə bu qədər yaraşardımı? Yaraşardı...
Gözlərimi məndən metrələrcə uzaqda olan gözlərindən qaçırdıram. O gözlərə baxmaq günah idi. O gözlər mənim bütün keçmişim idi. O gözlər ailəmin qatilinə aid idi.

"Günəş"-deyə bir daha əks səda doğurur sonsuzluqda. Əllərimlə qulaqlarımı tutaraq gözlərimi yumuram. Getsin... yalvarıram Tanrım... getsin...

1

Sakit ol Günəş...

2

Sakit

3

Hər şey yaxşı olacaq

4

O olmayacaq

5

Və sən yox olacaqsan...

Gözlərimi açıram. Bilmədiyim bir yerdə bilmədiyim bir məkanda tək başınayam.

"Qızım"

Mənə qızım demə deyə qışqırmaq istəyirəm. Qaçaraq sinəsindən tutub bütün nifrətimi qusmaq istəyirəm. Sən!!!Sən anamın qatilisən! Sən həyat yoldaşının qatilisən! Sən bacımın! Sən qızının qatilisən deyə bütün nifrətimi qaytarmaq istəyirdim. Ancaq o hər şeydən xəbərdarmış kimi gözyaşları içərisində yoxa çıxır toz buludların arasında.
Dizlərimin üzərinə çökərək ağlayıram, nifrətimi qusuram. Ruhum qan qusur bu gecə.
Biri gəlir əllərini uzadaraq başımın üzərində dayanır. Anam... yarımçıq xəyallarımın səbəbkarı... sevgisizliyimin səbəbkarı... acizliyimin səbəbkarı... mənə təkliyi öyrədən qadın bu səfər mənə əllərini uzadır.

"Ana"-deyirəm hıçqırıqlara boğularaq.

"Ana məni bağışla"-deyirəm yenidən ayaqlarından tutaraq.

"Əlini ver Günəş"-deyir gülümsəyərək.

Mən də ona gülümsəməyə çalışaraq əllərindən tuturam. 5 yaşında hara getdiyini bilməyən uşağın anasının əlindən tutub getdiyi kimi mən də hara getdiyimi bilmədən ona güvənərək əllərindən tutub addımlayıram.

Xəstəxananın o tanış qoxusu ilə qarşılaşaraq gözlərimi açıram. Bir müddət özümə gəldikdən sonra otağa girən tibb bacısı artıq çıxa biləcəyimi deyərək yenidən otaqdan çıxır.
Heç kim yox idi... bundan aylar əvvəl olduğu kimi yenə heç kim yox idi yanımda.
Onu harda tapacağımı çox yaxşı bilirdim. İtirəcək zamanım yox idi. Xəstəxanadan çıxdıqdan sonra bir müddət dənizin sahilində vaxtımı öldürməyə çalışdım. Onun sənə sevgisini etiraf elədiyi yer dedi şeytan. Ruhum çökdü... ruhum dizlərinin üstünə çökərək ölümünü gözlədi ömürlük həps olunmuş məhkum kimi. Mənə sahilsiz dəniz olmaz demişdi o gecə... Ancaq dənizi olmayan sahil sahil deyildi... Dənizi olmayan sahil səhralıqdan başqa bir şey deyil... Deməmişdi... bir gün dəniz olmazsa sahilin öləcəyini deməmişdi.

Hekayəsi Yox Olan QadınWhere stories live. Discover now