Əzizlərim... son bölüm... ilk bölümdən bura yanımda olan hər kəsə minnətdaram. Bundan sonra yeni bir hekayə yaza bilərəmmi bilmərəmmi bilmirəm. Ancaq bir gün bəlkə sabah bəlkə bir ay bəlkə də bir il sonra yenidən görüşmək ümidi ilə sağlıqla qalın.
Gecə səhərə nəfəsiniz kəsilənə qədər ağladığınız günlər olubmu heç? Heç kim eşitməsin deyə üzünüzü yastığa sıxıb içdən içə hıçqırıqlara boğulduğunuz olubmu heç? Birdən səbəbsiz gələn gözyaşlarının yastığınızı islatdığı olubmu bəs? Olubmu sizdə də səbəbini bilmədən gecələr axan gözyaşları? Bəzi insanlar vardır səbəbsiz yaşayan, səbəbsiz gülən, səbəbsiz xoşbəxt olan və səbəbsiz ağlayan... O insanları sevin əzizlərim... o insanları sevin...
17.11.1996-cı ildə bir körpə dünyaya gözlərini açdı. İri qara gözləri qıyılaraq əllərini havaya qaldırıb gülümsəyən bir körpə. Bir qız uşaqı, gələcəyin bir anası, həyat yoldaşı... İllər bir-birini qovaladıqca ruhu yaralandı o günahsız körpənin...Böyüdü... 5 yaşında parka getmək istədi ancaq əlindən tutacaq atası yox idi yanında... 10 yaşında ondan dərslərini soruşacaq, ona nəzarət edəcək anası yox idi yanında. Qız yaralandı... daha sonra qız yaralarını sağaltmağı öyrəndi, daha sonra təkliyi, acını, güclü olmağı, güvənməməyi öyrəndi. Qız böyüdü... 18 yaş və o sevməyi öyrəndi... bu günə kimi özünə öyrətdiyi hər şeydən fərqli bir dad buraxdı damağında... qız sevməyi öyrəndi... sonu olmayan o dibsiz quyuya buraxdı özünü... sonunu bilmədən, görmədən təslim etdi özünü sonsuzluğa...
DÖRDÜNCÜ AY.
Mələyim... varlığının mənə necə güc verdiyini kaş başa sala bilərdim sənə. Tərifi mümkün olmayan ən gözəl cümləmsən sən. Ən gözəl sevgi, ən gözəl hiss, ən gözəl an, bir sözlə ən böyük xoşbəxtçilik sənsən.Artıq Toğrul ilə Türkiyəyə gəlişimizin üzərindən 4 ay keçirdi. Kiminə görə bir ömür, kiminə görə boşa keçən zaman. 4 ay hər günüm bu lənət olası xəstəxananın divarları arasında keçirdi. Qarnımda bir canlı daşıyırdım... və o anadan olmadıqca ölmək fikrim yox idi. Yaşamalı idim... Bu dünyada mənə aid olan ən gözəl parçamı buraxmadan gedəcək deyildim. Hər gün, hər lənət olası gün biraz daha ümidlənirdim Tanrım... sadəcə bir neçə ay... Bir neçə ay daha möhlət... Artıq saçlarımı tamam kəsdirib keçəl olmuşdum. hah bir qadının ən böyük faciəsidir elə deyilmi? Deyildi... ən böyük faciə falan deyildi... Bir qadın saçları olmadanda gözəl idi... Gözlərimin altı çökmüş, baxışlarımdan yorğunluq axırdı. Ancaq ilk dəfə özümü qüsursuz hiss edirdim... Səbəb nə idi bilirsiz? Ana... mən ana olmaq hissini dadırdım. Bütün hər şeyə dəyəcək, yaşadıqlarıma, yaşaya bilmədiklərimə, xəstəliyimə, yorğunluğuma hər şeyə dəyəcək bir canlı hər gün böyüyürdü bədənimdə.
Beşinci ay.
Qızım...Mələyim... ruhuma yaxşı gələn tək varlığım... gəlişini gözləyərkən zaman o qədər gec keçirki qorxuram... Sadəcə bircə dəfə qoxunu içimə çəksəm, bircə dəfə o balaca əllərin əllərimin aradında itsə olmazmı? Gözlərin... görən gözlərinin rəngi necə olacaq? Mavi... onun gözləri kimi olsun istərdim... Tanrı yalnız ona məxsus yaratdığı tonu sənin gözlərinədə hədiyyə etsin istəyərdim mələyim. Gözəl qızım ən çox bilirsən nədən qorxuram? Bir gün... birini sevəcəyin gün anam mənə sevgi öyrətməyib deyə ağlayacağından qorxuram...ağlama mələyim... çünki bu sətirlərin hər biri mənim sənə olan sevgimdir. Hər biri ruhumdan dilimə dilimdən isə kağıza tökülən ən saf cümlələrimdir. Sevgi sənin içindədir... kimi zaman onu qaranlıq bir quyuya atar, kimi zaman onu o qaranlıqdan çıxarmağa ehtiyac duyarsan. Sevgini qaranlığında itirmə mələyim.ALTINCI AY.
Quzum... bu gün altıncı ayın olur. Sənə qovuşmağıma 3 ay qalır. Varlığını bədənimdə hiss etmək o qədər gözəl duyğudurki. Səncə də möcüzə deyilmi? Bədənim də bir canlı daha daşıyıram.Hər keçən gün biraz daha böyürsən... Mənə aid olan, sevdiyim adama aid olan. Şşt sakit... bəli bəli quzum sevdiyim adam... Mən atanı çox sevdim quzum... çox sevdim... sevməyi öyrənə öyrənə sevdim. Yavaş-yavaş ruhuma
qarışa-qarışa hər gün biraz daha sevdim. Əgər bir gün sənə həqiqətləri danışmaq cəsarəti göstərsə mavi gözlü adamım. Ona, atana onu çox sevdiyimi deyərsən mələyim. Mən onun mavilərindəki qaranlığı sevdim, ara bir başını aşağı salıb gülümsəməsini sevdim, cəsarətini sevdim, mən onu günahları ilə sevdim. Ancaq ən çox nəyi sevdim onda bilirsən? Ən çox imkansızlığı sevdim... ən çox imkansızlığını...