Əgər dünyanın xilaskarı olsaydım.
Dünyanı nədən və ya kimdən xilas edəcəyəm? Xilaskar olacaq gücə malikmiyəm?
"Dünya gözəl yerdir"- deyirlər, bəs dünyanı gözəl edən nədir? Əslində dünyaya gözəllik qatanlar elə bizlərik. Buna görə də, xilaskar olmaq üçün böyük bir gücə malik olmağa eyhtiyacımız yoxdur. Çünki, əsas olan dünyanı xilas etmək yox, içərisində ki, insanları xilas etməkdir.
Təəssüflər olsun ki, insanlığı xilas etmək çoxda asan bir iş deyil. Amma yenə də, insanları xilas etmək və ya gözlərində xilaskar kimi görünmək istəyiriksə, üzlərində kiçicik də olsa bir təbəssüm yaratmaqla işə başlaya bilərik.
İnsanlar üzlərini güldürəcək, rahatca arxalana biləcəkləri insanları xilaskar olaraq görərlər.
Bu da demək olur ki, xilaskar olmaq, o qədər də çətin bir iş deyilmiş. Xilaskar olmaq, xoşbəxt ailə, sadiq bir dost və sevgili olmaq deməkmiş.
![](https://img.wattpad.com/cover/55575194-288-k722307.jpg)