Əlini uzatdı səmaya doğru. Toxunmaq istədi işım-işım işıldayan ulduzlara. Göylərə yüksəlib , milyonlarca ulduzdan biri olmaq istədi hətta. Qaranlıqda parlayaraq hər kəsin diqqətini cəlb etməyi, sevgisini hiss etməyi arzuladı bir anda.
Yorulmuşdu hər şeydən, hər kəsdən. Sevgisiz yaşamaqdan yorulmuşdu. Sevmək, sevilmək istəyir, kimsəsizliyə dözə bilmirdi artıq. İçindəki boşluğu, sevgisizliyi dolduracaq insanlara ehtiyacı vardı onun.
Hər daim axtarışdaydı gözləri, düşüncələri, qəlbi. Fərqli bir həyata dalmaq, yeni insanlar tanımaq istəyirdi, o. Həyatında dönüşü olmaz dəyişikliklər olmasını diləyirdi, sonda peşman olacağı ehtimalına razı gələrək. Sevgi olsun deyirdi həyatımda, nə olursa olsun sevgi olsun.
![](https://img.wattpad.com/cover/55575194-288-k722307.jpg)