ANA

1.7K 166 81
                                    


Ana; bu üç hərf, nə qədər önəmli olarmış insanın həyatında! Nə qədər anlatılmaz gözəlliklər bəxş edərmiş insana!

Ah... Necə də xatırlayıram o günü. Hələ məni bətnində daşıyarkən, ikinci mərtəbədən aşağıya yıxıldığını. -"Aha, deyəsən indi öləcəyəm! Dünyaya göz açmaq xəyallarım puç oldu!"- deyə düşünərkən, mənə yenidən can verməyini. Sınıq-sınıq olmuş, qabırğalarına fikir vermədən hələ də məni düşünməyini.

Dünyaya gözlərimi açdığım ilk anda məni qucağına aldığını. Necə də xatırlayıram o yaşıl gözlərinə ilk dəfə, gözlərimin təmas etdiyi anı. Necə də xatırlayıram nəfəsini hiss etdiyim, cənnət qoxunu duyduğum o anı.

Yox, yox! Mən bunları heç də xatırlaya bilmərəm. Bəlkə də o qədər dəqiqliklə anlatmısan ki o günləri, sanki hər anını xatırlayıram. Əslində doğulduğum zaman çox çirkin bir uşaq olduğum üçün, sevincdən çox məyusluq hiss etdiyini, hətta üzümə belə baxmaq istəmədiyini düşünürəm. Hər nə qədər bunun belə olmadığını söyləsəndə, məni buna inandırmağa çalışsanda, belə olduğuna əminəm!

Amma nə isə, bunları unutmaq asandır. Əsas olan sənin hər zaman yanımda olamağındır. Hər nə olursa olsun, bir gün bir-birimizdən uzaqlaşacaq olsaq belə, bir nəfəs uzaqlığımda olduğunu bilməkdir. O yaşıl gözlərində dünyanı görməkdir. O cənnət qoxunu yenidən və yenidən hiss etməkdir. Mən səni çox sevirəm Ana! Sözümüz bir-birimizə xoş gəlmədiyində də, mənə acıqlandığında da, bu heç vaxt dəyişmir. Mən səni hər zaman sevirəm və sevəcəyəm də.

Sən mənim bu dünyada ki, ən dəyərli varlığımsan.

Sən mənim bu həyatda ki, tək xəzinəmsən.

Sən mənim yaşam səbəbimsən.

Bəzən...Where stories live. Discover now