Cənab

1K 127 30
                                    


Mən səni çox sevdim, cənab.

Sonunu düşünmədən, sevgimin necə bitəcəyinə əhəmiyyət vermədən sevdim.

Mən səni çox sevdim, cənab.

Fraqmentinə göz gəzdirmədən, sonunu bilmədən izlədiyim film kimi sevdim.

Ön sözünü oxumadan vərəqlədiyim kitab kimi sevdim.

Hər səhifədə, hətta hər sətirdə, səni gördüm, səni duydum, səni hiss etdim və yalnız səni sevdim!  

Mən səni çox sevdim, cənab. 

Sahildə gəzişərkən günəşin şəfəqlərinin isitdiyi qum dənəciklərinin ayaqlarıma təmas etməsi kimi sevdim.

Mən səni dənizi sevdiyim kimi sevdim.

Mən səni, yaz mövsümünü sevdiyim kimi sevdim.

Mən səni, nərgiz gülünün mükəmməl qoxusu kimi sevdim.

Mən səni, səssizliyimin səsi olduğun üçün sevdim.

Mən səni sadəcə sevdim, cənab. Sadəcə sevdim!

Bəzən...Tempat cerita menjadi hidup. Temukan sekarang