2 Saniyə...

854 104 43
                                        

Aylardan dekabr, günlərdən çərşənbə axşamı idi. Saat ona qalırdı. Hava qaralmış, soyuq küləklər ətrafı əsir almışdı. Avtobusdaydıq... mən və rəfiqələrim. Dayanacağa çatdıq və avtobusdan düşdük. İşıqforda qırmızı işıq yanmadığı üçün keçidə tərəf üz tutduq. Yenicə keçidə düşmüşdük ki, səni gördüm. Beş-altı nəfərdən ibarət, bir qrup gəncin arasından, gözlərim səni gördü, baxışlarım səni seçti.

Dostlarınla birlikdə, başqa bir dostunun gəlişini gözləyirdin. Nə təsadüf ki, o dostun, bizimlə eyni avtobusdan düşmüşdü və bir addım qabağımızda irəliləyirdi. Dostunu gördükdə, bütün dostların, onu sevinclə qarşıladı. Sən isə bir addım kənarda, yəni ki, olduğun yerdə dayanmışdın və sadəcə gülümsəyirdin. Ah!.. o gülümsəmən. Qaranlığı aydınladacaq gücə malik olan gülümsəmən.

Qara rəngli dəri pencək və eyni rəngli cins şalvar geyinmişdin. Soyuq hava üçün heç də uyğun bir seçim deyildi. Üşüdüyün hər halından bəlli idi. Əllərini mənim kimi, pencəyinin ciblərinə gizlətmişdin ki, soyuq hava gəlib onları tapa bilməsin. Bir anlıq mənə baxdın... Gözlərimi gözlərindən qaçırtdım. Sənə tərəf baxmamağa çalışdım. Amma 2 saniyə!

2 saniyəlik, qısa bir zamanda gözlərim gözlərinə təmas etdi. İçində sevinclər, kədərlər və hətta uçurumlar gizlətdiyin o qara gözlərinə, cəmi 2 saniyə baxdım. Gəlib yanından keçdim və pilləkənlərə doğru irəlilədim. Arxaya dönüb, gözlərinə yenidən baxamağa cəsarətim çatmadı. Çünki, gözlərindəki uçurumlardan düşməkdən qorxdum!

Bəli, qorxdum cənab! Səni sevməkdən, sənə bağlanmaqdan, gözlərinə uzun-uzun baxmaqdan qorxdum. Buna görə də arxama baxmadan getdim. Mən getdiyimi düşündüm, cənab. Lakin, gözlərim gözlərində, sevgim ürəyində, duyğularım səndə, düşüncələrim isə orada qaldı. Mən yarım qaldım cənab: yarım səndə qaldı. Yenə gəlsəm o keçidə, orada olarsanmı? Baxışlarını mənə bir daha layiq görərsənmi? Gülüşünü seyr etməyə icazə verərsənmi? Mənə yenidən, sadəcə 2 saniyəni hədiyyə edərsənmi?

Bir gün, hər kəsin yaşayacağı və yenidən yaşamağı arzulayacağı 2 saniyəsi olacaqdır!







Bəzən...Où les histoires vivent. Découvrez maintenant