İntihar

101 6 3
                                    


 İntihar... Bu söz sizin üçün nə məna kəsb edir? Nələr ifədə edir? Qısaca sual etsək intihar etmək nədir sizin fikrinizcə? Niyə intihar edər insan? Cəsarətli olduğundan yoxsa aciz? Bəlkə yaşamaqdan qorxduğundan? Bəlkə də sadəcə tələskən olduğundan?
Həyata, yaşamağa, gülməyə, ağlamağa, arzuladığı şeylərin gerçəkləşməsi üçün nə qədər tələsirsə, ölümə də bir o qədər çox tələsdiyindən edər bunu. Hər şey tez olsun bitsin istəyər. Bu zamana kimi yaşadıqlarının ona bəs etdiyini, daha yaşamaq istəmədiyini düşünər. Gələcəyin ona nələr gətirəcəyini düşünmək əvəzinə, başına gələnlərdən dərhal ümidsizliyə qapılaraq intiharı çıxış yolu olaraq seçər bəlkə də...


 Kim tam olaraq bilə bilər intihar edən insanın keçirtdiyi hissləri, düşüncələri, səbəbləri? Yuxarıda qeyd etdiklərim sadəcə bizim bildiklərimiz və ya bilmək istədiklərimizdir əslində. İnsanların niyə, hansı səbəblərdən irəli gələrək intihar etdiklərini tam olaraq öyrənmək istəmir, təfərruatlarını geniş şəkildə araşdırmırıq çünki, o dərinlikdə boğulmaqdan qorxuruq. Onlar yaşamaqdan qorxduqları üçün intihar edərkən, biz ölümdən qorxduğumuz üçün yaşayırıqdır bəlkə də.

Bəzən...Onde histórias criam vida. Descubra agora